OPEC genişlənməyə şad olar, hər kəs üçün açıqdır. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qeys jurnalistlərə məlumat verib.
"Mən Malayziya, Meksika, Bruney, Azərbaycana səfər etdim, amma onları OPEC-ə üzv olmağa dəvət etdiyimi demirəm. OPEC+ formal təşkilat deyil, bu kooperasiya alyansıdır və rəsmi olaraq OPEC+ üzvləri - Rusiya, Azərbaycan, Qazaxıstan OPEC-in üzvü deyil, lakin özlərini OPEC üzvü kimi hiss edirlər", - o bildirib.
Əl-Qeys qeyd edib ki, Rusiyanı OPEC-ə üzv olmağa dəvət etməyib.
"Mən Rusiyaya, yəgin ki, oktyabr ayında Rusiya Enerji Həftəsinə səfər etmək niyyətindəyəm. «Baxarıq», - deyə Əl-Qays Rusiyanı OPEC-ə üzv olmağa dəvət edib-etməyəcəyi sualına cavab verib.