Baş prokuror Kamran Əliyev Laçın şəhərində keçirdiyi əməliyyat müşavirəsində bir sıra məsələlər barədə fikirlərini açıqlayıb.
Baş prokuror bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə başlanıb, bir sıra beynəlxalq əhəmiyyətli layihələrə start verilib. Bundan başqa ağıllı şəhər və kəndlərin inşasına başlanıb, enerji infrastrukturu qurulub, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq aeroportların tikintisinə başlanılıb, bunlardan Füzuli və Zəngilan aeroportlarının tikintisi başa çatdırılaraq açılışları edilib. Laçın aeroportunun isə qısa müddətdə açılışı nəzərdə tutulur.
Mətləb