01/10/2023 19:20
728 x 90

Valyutadəyişmə məntəqələrinin bağlanması bizi 90-cı illərin qara bazarına qaytardı - Deputatdan təklif...

img

Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Bunlar bağlandı, onun yerinə qəliz bir sistem yaradıldı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin növbədənkənar iclasında deyib.

O qeyd edib ki, indi puldəyişmə qara bazarda fəaliyyət göstərir, metroların yanında, 90-cı illərin qara bazarına qayıtmışıq. “Turistlər gəlir Azərbaycana. İndi bu turistlər şənbə və bazar günü harda dəyişməlidir pulları? Elə olur 7 gün iş günü olmur. İndi camaat pulu harada dəyişməlidir? Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsinə baxılmalıdır”, - deyə o əlavə edib.

Peşə etikası

Son xəbərlər