
“Naxçıvanbank” ASC-nin səhmdarlarının tərkibi tam dəyişib, Talıbovun ailəsi öz səhmlərini satıblar.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bankın illik hesabatın aəsasən, 1 fevral 2023-cü ildən etibarən bankın səhmdarları 3 fiziki şəxsdir: Hüseyn Məmmərov (63,66%), Rüfət Məmmədov (26,52%) və Binnət Novruzova (9,82%).
Öncə bankın səhmdarların strukturu aşağıdakı kimi olub: Rza Talıbov (63,66%), Seymur Talıbov (20,48%), Baharxanım Talıbova (9,82) və Sevil Sultanova (6,04%).
“Yeni səhmdarlar əvvəlki səhmdarlardan bütün səhmləri alıblar”, - hesabatda vurğulanır.
BMHS üzrə hesabata əsasən, 1 yanvar 2023-cü il tarixinə “Naxçıvanbank”ın aktivləri 342,9 milyon manat həcmində qiymətləndirilir.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında fəaliyyət lisenziyası əldə edib. yeganı regional bankdır. Bankın nizamnamə kapitalı 94 milyon manata bərabərdir.