Cümə axşamı günü, 26 noyabr 2026
     

Nəhəng xarici bankların Azərbaycana gəlişi zərurətə çevrilib...

Image


Azərbaycanın bank sektorunda real vəziyyət, bu sahənin gələcəyi getdikcə cəmiyyətdə də xüsusi diqqət cəlb edir. Bunu şərtləndirən səbəblərdən biri banklarda əhalinin əmanətlərinin artımı, eyni zamanda sektorda hələ də zəif bankların mövcudluğudur. Bu məsələ xüsusən də “Günay Bank”ın bağlanmasından sonra gündəmə gəlib.

Hesab edilir ki, “Günay Bank”ın lisenziyasının ləğvi Azərbaycanda bank sektoruna təsir edəcək. Qeyd edilən xüsusda iqtisadçı Natiq Cəfərli qeyd edir ki, əslində “Günay Bank”la bağlı əvvəlcədən məlumatlar olsaydı, bank sektoru buna daha hazırlıqlı olardı: “Amma təəssüf ki, Mərkəzi Bankın və maliyyə institutlarının son hesabatlarında hansısa problemli bank haqqında məlumat yox idi. Birdən-birə “Günay Bank”la bağlı belə məlumatın olması bank sektorunda heç də yaxşı qarşılanmadı. Həm də vətəndaşlar tərəfindən də müəyyən suallar yarandı. Çünki son zamanlar bir sakitlik var idi. Vətəndaşların banklara güvəni artırdı. Həm manatla, həm dollarla depozitlərdə artım müşahidə olunurdu. Amma ard-arda ilin əvvəlindən depozitlərə gələn gəlirlərlə bağlı verginin tutulması bank sektorunda problem yaradıb. Üzərinə “Günay Bank”ın bağlanması da gələndən sonra bank sektorunda ən azından sualların yaranmasına səbəb oldu”.  Bu fondaAzərbaycanda bağlanma təhlükəsilə üzləşən digər bankların olması ilə bağlı ekspert qeyd edir: “Bu, təbii bir proses olsa heç bir problem yoxdur. Bəzən bəzi ekspertlər də, hətta məmurlar da deyirlər ki, Azərbaycanda bank çoxdur. Amma bu bankın çox və yaxud az olması nə əhali, nə ərazi ilə hesablanır. Məsələn, Lüksenburq kiçik bir ölkədir. Çox da az əhalisi var. Amma yüzdən çox bankı fəaliyyət göstərir. Yəni bankların sayının əhali və ya ərazi ilə aidiyyatı yoxdur. Təbii olaraq, bazarda rəqabət mühitinə görə kiçik bankların yaranması, orta bankların yaranması, birləşməsi baş verəndə bu normal qarşılana bilər. Amma Azərbaycanda bu orqanik proses deyil. Azərbaycanda bank sektorunda bir neçə dominant banklar var ki, bank sektorunun 70-75 faizinə nəzarət edirlər. Digər banklar sadəcə rəqabətə davam gətirə bilmir. Ya bağlanırlar, ya da kiçik banklar böyük banklar tərəfindən “udulur” necə deyərlər”. Natiq Cəfərli  “Amerikanın Səsi”nə açlıqlamasında  Azərbaycanda bank sektorunda iri xarici bankların demək olar ki, təmsil olumamasına da toxunub: “Azərbaycanda pis bir praktika var idi. 90-cı ildə Britaniya bankı fəaliyyət göstərirdi. BP-nin Azərbaycana gəlməsi ilə paralel olaraq bu baş vermişdi. Amma çox təəssüf ki, o bankın Azəbaycanda fəaliyyəti 90-cı illərin sonu 2000-ci illərin əvvəlində tamamilə dayandı. Bu çox pis siqnal oldu xarici banklara ki, Azərbaycan bank bazarına daxil olmaq problemlidir. Təəssüf ki, bu günə qədər də bu davam edir. Çünki xarici banklar Azərbaycana birbaşa daxil olsaydılar və birbaşa fəaliyyət göstərsəydilər, bu rəqabətli mühitin artmasına səbəb olardı. Bizdə kreditlərlə bağlı problemlərin olduğunu hamı görür. Çox yüksək kredit faizləri var.

İri banklar Azərbaycana daxil olsaydı, ən azından kredit bazarında ciddi bir rəqabət olardı. Necə ki, biz bunu məsələn Gürcüstanda görürük. Gürcüstanda həm Amerikanın, həm Avropanın bir neçə iri bankının, hətta Rusiyanın belə bir neçə bankının filialı, hətta birbaşa iştirakını biz müşahidə edirik. Azərbaycanda bu yoxdur. Azərbaycanın özünün iri bankları onlarla da rəqabət apara bilməyəcək deyə xarici bankların birbaşa ölkəyə girməsinə müəyyən maneələr yaranır”. Onun fikrincə,

Azərbaycanın klassik anlamda yəni iqtisadiyyat nəzəriyyəsinə görə bazar iqtisadiyyatı hələ oturuşmayıb:  “Pul-kredit siyasəti mütləq bazar iqtisadiyyatı institutları ilə paralel inkişaf edir. Bizdə birja yoxdur. Manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Ümumiyyətlə inzibati metodlarla pul-kredit siyasətləri ilə idarə olunması çox aydın şəkildə görünür. Ona görə də nəzarətin güclü olduğu, amma institutsional olaraq zəif olan pul-kredit siyasətimiz var. Düzdür nəzarət güclüdür, bankların hansısa bir formada kənarlaşdırılması, öz dövlət siyasətindən kənarlaşdırılmasına imkan verilmir. Məzənnə sabit saxlanılır. Yeddinci ildir ki biz sabit məzənnə rejimindəyik. Bunun da öz fəsadları var. Amma hər halda bu institutlaşmış bir sistem deyil. İnstitutlaşmış bir sistem o zaman baş verəcək ki, Azərbaycanda qiymətli kağızlar olsun. Banklar 19-cu əsrin düşüncəsi ilə deyil, 21-ci əsrin müasir bankçılıq yönündə inkişaf eləsin”. Hesab olunur ki, bu halda, eləcə də iri xarici bankların Azərbaycana gəlişi halında ölkədə kredit faizləri də ucuzlaşacaq. Türkiyə və Gürcüstan kimi qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə müqayisə etsək, ölkəmizdə kredit faizlərinin çox yüksək olduğunu görərik. Bəzən bu göstərici biznes kreditlərində 17-18 faizə qədər, istehlak kreditlərində isə 24 faizə qədər artır. Bu baxımdan da Azərbaycanda faizlərin aşağı düşməsinə böyük ehtiyac var.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:35
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ