01/10/2023 18:53
728 x 90

Valyutadəyişmə məntəqələri yeni formada qayıdır, özü ilə nələr gətirəcək...

Fuad İbrahimli: “Valyutadəyişmə məntəqələri müasir dövrün tələblərinə uyğun formada yaradılmalıdır”

img

Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bildirib ki, valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur:

“İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur".

Qeyd edək ki, ölkədə “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb.

Maraqlıdır, Azərbaycanda “Exchange”lər yenidən açıla bilərmi?

  • “… məhdud sayda olması istər-istəməz qara bazarın formalaşmasına səbəb olur”

Iqtisadçı Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, valyutadəyişmə məntəqələrinin yeni formada açılması gözlənilir. Hətta Mərkəzi Bank sədri də bu barədə öz fikrini bildirib.

Ekspert hesab edir ki, birmənalı şəkildə valyuta mübadilə mərkəzləri yenidən yaradılmalıdır. Valyuta məntəqələrinin məhdud sayda olması istər-istəməz qara bazarın formalaşmasına səbəb olur: "Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan idxal amilindən asılı bir ölkədir. Valyutanın ölkədən giriş və çıxışı üçün xüsusi mühit formalaşmalıdır. Bu mühit formalaşmazsa, qara bazar daha da inkişaf edəcək. Bu da qara bazarda gizli iqtisadiyyatın dəstəklənməsinə səbəb olacaq".

Həmsöhbətimiz onu da əlavə etdi ki, valyutadəyişmə məntəqələri müasir dövrün tələblərinə uyğun formada yaradılmalıdır. Həmçinin, yaradılacaq valyutadəyişmə məntəqələrinin iş qrafikində müəyyən nizam olmalıdır. Bir sözlə, valyuta mübadilə mərkəzləri dövrün tələblərinə uyğun formada yaradılmalıdır: “Danılmaz faktdır ki, valyutadəyişmə məntəqələrinin olmaması və ya məhdud sayda olması turistlərin ölkəmiz haqqında düşüncəsinə təsir edir. Bu səbəbdən də adıçəkilən məntəqələrin yaradılması vacibdir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər