Cümə axşamı günü, 26 noyabr 2026
     

Naxçıvana dair Dövlət Proqramı - liberal iqtisadiyyat üçün daha bir meydan...

Image


Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı, libveral iqtisadiyyatın və azad sahibkarlığın tərəqqisi dövlətin əsas hədflərindən biri kimi, diqqəti cəlb edir. İndiyə qədər respublikamızın ayrı-ayrı bölgələrinin, rayon və şəhərlərinin inkişafı üçün bir neçə dövlət proqramı, infrastruktur layihələri həyata keçirilib.

Dövlətimizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası da yeni inkişaf dövrünə qədəm qoyub və burada da liberal iqtisadiyyatın, habelə azad sahibkarlığın təşviqi istiqamətində işlər həyata keçirilməyə başlayıb. Bildiyimiz kimi iyunun 5-də Prezident İlham Əliyevin sərəncamı ilə  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

  • Dövlət proqramı yeni inkişafın rəhnidir…

Sərəncamda aydın vurğulanır ki, sənəd Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb. Sərəncama görə, Naxçıvan MR-də azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur. Dövlət proqramına görə, Naxçıvan Muxtar Respublikasında hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Sənədə əsasən, ilkin olaraq güzəşt tətbiq olunacaq fəaliyyət sahələrinin müəyyən edilməsi, daha sonra vergilərdən azad olunma, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yekun olaraq isə özəl sektorun inkişafı planlaşdırılır. Həmçinin muxtar respublikada bütün ərazisi üçün gömrük rüsum güzəştini (siyahı üzrə Azərbaycanda istehsal edilən mallar istisna olmaqla) nəzərdə tutan xüsusi gömrük rejiminin (zonasının) yaradılması nəzərdə tutulur. Dövlət proqramında qeyd olunub ki, aşağı büdcəli hava nəqliyyatı şirkətləri Naxçıvan MR ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil edəcək. Bundan əlavə, Naxçıvanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr həyata keçiriləcək. Zəngəzur dəhlizinin açılması səbəbindən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək. Bundan başqa, sənədə əsasən, Naxçıvanda Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq, əhalinin asudə vaxtının səmərəli təşkili üçün idman kompleksləri yaradılacaq və açıq hava idman qurğuları qurulacaq. Təhsil sahəsində də yeniliklər gözlənilir. Proqrama görə, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq. Bundan əlavə, Naxçıvanda yeni özəl təhsil və tibb müəssisələri fəaliyyətə başlayacaq. Yeni internat məktəbi binası inşa olunacağı da nəzərdə tutulur. Proqrama əsasən, Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqli üçün boru kəməri çəkiləcək. Yekun nəticədə Naxçıvan Muxtar Respublikası ərazisində qaz təchizatının dayanıqlığı yaxşılaşdırılacaq. Bundan əlavə, Naxçıvan-Türkiyə yüksəkgərginlikli elektrik xətləri çəkiləcək. Həmçinin, Naxçıvanın müxtəlif turizm növlərinin inkişaf etdirilməsi, Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılması, turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.

  • Sahibkarlığın inkişafına dəstək... 

Ekspertlərin fikrincə, Dövlət Proqramının təsdiq edilməsinin Naxçıvanın sosial, iqtisadi, mədəni həyatı üçün çox mühüm əhəmiyyəti var. Bu sənəd burada sahibkarlılğın inkişafına daha geniş şərait yaradacaq. Məsələn, iqtisadçı Eyyub Kərimov mətbuata "Bu proqramın icrası zamanı biz indiyə qədər Naxçıvanda müşahidə etmədiyimiz iqtisadi inkişaf, sahibkarlığın, turizmin, nəqliyyatın inkişafı, yeni iş yerlərinin açılması, sosial infrastrukturun daha da genişləndirilməsi, sosial layihələrin artmasının müşahidə edəcəyik. Naxçıvana qrant layihələrinin ayrılması vətəndaş cəmiyyəti institutlarının da inkişaf etməsinə, möhkəmlənməsinə dəstək olacaq. İndiyədək Naxçıvanda müasir dövrün tələblərinə, çağırışlarına cavab verməyən layihələr həyata keçirilirdi. Lakin bu proqram yeni bir yanaşmadır. Proqram Naxçıvan əhalisinin sosial təminatı üçün çox təsirli əhəmiyyəti olacaq”-deyə bildirib.

O, qeyd edib ki, proqramda Türkiyədən Naxçıvan qaz xəttinin çəkilməsinin nəzərdə tutulması əhalinin dayanıqlı, təhlükəsiz və alternativ qaz təminatını həyata keçirdəcək: “Bu həm də gələcəkdə sahibkarlığın, sənayenin və enerji istehsalında mühüm amil kimi çıxış edəcək”.

  • “Bu amillər Naxçıvanda sahibkarlığın inkişafına xüsusi şərait yaradacaq”

"Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, bütövlükdə regionların sosial-iqtisadi inkifaına dair Dövlət Proqramlarının səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanda vacib məsələlərdən biridir. “Çünki bildiyiniz kimi, Azərbaycanda əhalinin şəhərlərə axın etməsi prosesi gedir. Yəni əhali kənddən şəhərə doğru miqrasiya etməkdədir. Bu Naxçıvan Muxtar Respublikasına da aiddir. Bu baxımdan, hazırda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması təqdirəlayiq haldır. Dövlət  Proqramı ilə tanış olmuşam. Hesab edirəm ki, bu Dövlət Proqramının səmərəli həyata keçirilməsi Naxçıvanın inkişafına ciddi təkan verə bilər. Xüsusilə həmin Dövlət Proqramında vergi güzəştlərinin tətbiq edilməsini, bundan da vacib olan məsələ Naxçıvanda azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan maddələr böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Naxçıvan həm İranla, həm Türkiyə, həm də Ermənistanla həmsərhəd ərazimizdir. Azad İqtisadi Zonaların yaradılması əsasən xarici ölkələrlə həmsərhəd regionlarda daha çox səmərə verir, uğur qazanır. Bu gün Naxçıvanən ən real həyata keçiriləsi potensialı Türkiyə ilədir. Yəni Türkiyə ilə sərhəd zonasında azad iqtisadi zonanın yaradılması Naxçıvan iqtisadiyyatının Türkiyə iqtisadiyyatından bəhrələnməsi, Türkiyə vasitəsilə digər ölkələrin Naxçıvana investisiya qoyması kimi məsələsinin təmin edilməsi gündəmə gələ bilər. Amma hesab edirəm ki, İran və Ermənistanla gərgin münasibətlərimiz uzun müddət davam etməyəcək, bir müddətdən sonra həmin ölkələrlə də münasibətlər yaranacaq. Yəni həm İranla, həm Ermənistanla sərhəddə azad iqtisadi zona yaradılmasına şərait formalaşacaq. Həmin ölkələrlə də azad iqtisadi zonanın yaradılması gələckdə münasibətlər normallaşdıqdan sonra mümkündür. Məsələn, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmasından sonra artıq sərhədyanı zonalarda gömrük məntəqələrinin açılması və münasibətlərin normallaşması mümkün olacaq. Bundan sonra azad iqtisadi zonanın Ermənistanla sərhəddə də yaradılması mümkündür...”

A.Nəsirli qeyd etdi ki, bu amillər Naxçıvanda sahibkarlığın inkişafına xüsusi şərait yaradacaq. Təşkilat sədrinin qənaətinə görə, bu Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi həyatında mümhüm rol oynayacaq. Məlum layihələrin həyata keçirilməsi ilə Naxçıvanın regional əhəmiyyətini daha da artıracaq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:35
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ