Cümə günü, 09 oktyabr 2026
     

Xaricdən Azərbaycanın regionlarına pul axını kəskin artır...

Image


Son dövrlərdə Azərbaycana xaricdən köçürülən pulların həcmində dinamik artım müşahidə edilir. Xüsusən də ötən ilin yekunları bu istiqmətdə dinamik artımdan xəbər verir. Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda pul köçürmələrində rekord qeydə alınıb. 

Ötən il xarici ölkələrdən Azərbaycana 3 milyard 620 milyon dollar köçürülüb. Halbuki, 2021-ci ildə həmin rəqəm 1 milyard 133 milyon dollar olub. Beləliklə,  2022-ci ildə Azərbaycana xaricdən daxil olmuş pul baratlarının həcmi 2.5 milyard dollar və ya 3.2 dəfə artıb. Daha bir il öncə - 2020-ci ildə sözügedən köçürmələrin həcmi 1 milyard 94 milyon dollar, 2019-cu ildə isə 934 milyon dollar olmuşdu.

Xaricdən göndərilən pulların həcmindəki bu kəskin artım, əsasən, Rusiyadan qaynaqlanır. Rəsmi rəqəmlərə görə, ötən il Rusiyadan Azərbaycana 2 milyard 969 milyon dollar köçürülüb. 2021-ci ildə həmin rəqəm beş dəfə az - 623 milyon dollar idi. Bu, həm də o deməkdir ki, 2022-ci ildə Azərbaycana göndərilən pul həcmindəki 2 milyard 487 milyon dollarlıq artımın 2 milyard 346 milyon dolları - 94 faizi Rusiyadan gələn pullardır. Daha bir önəmli nüans odur ki, xaricdn gələn pullar daha çox regionlara göndərilir. Dövlət Statistika Komitəsi (DSK) ölkə üzrə 10 min 200 ailənin göstəriciləri əsasında əhalinin gəlirlərinin strukturu ilə bağlı araşdırma aparıb. Bu araşdırma ölkənin iqtisadi regionlarında pul köçürmələrindəki fərqləri görməyə imkan verir. Həmin araşdırmaya görə, ölkənin iqtisadi rayonları arasında xaricdən adambaşına ən çox pul köçürməsi qeydə alınan bölgə Qazax-Tovuz iqtisadi rayonudur. Söhbət Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarından gedir. Bu bölgədə ötən il adambaşına aylıq 13 manat pul köçürməsi qeydə alınıb. Deməli, bu bölgədə yaşayan hər bir şəxs il ərzində xaricdən ortalama 156 manat pul alıb. Müqayisə üçün: 2021-ci ildə eyni göstərici 8 manat 10 qəpik idi. Belə çıxır ki, ötən il Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən orta aylıq pul köçürməsinin məbləği 60 faizdən çox artıb. Adambaşına düşən pul köçürmələrinin orta məbləğinin ən yüksək olduğu ikinci iqtisadi rayon Lənkəran-Astaradır. Bu iqtisadi rayonun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı daxildir. Bu regionda qeydə alınan orta aylıq pul köçürməsinin məbləği 12 manat 10 qəpikdir. Maraqlıdır ki, 2021-ci ildə həmin göstərici nisbətən yüksək – 13 manat 10 qəpik olub. Deməli, digər bölgələrdən fərqli olaraq, Lənkəran-Astara iqtisadi rayonunda yaşayan şəxslərə xaricdən köçürülən pulun orta aylıq məbləği 2021-ci illə müqayisədə 8 faiz azalıb. “Azadlıq” radiosunun məlumatına əsasən, xaricdən köçürülən vəsaitlərin adambaşına düşən orta aylıq məbləğinin ən yüksək olduğu üçüncü iqtisadi rayon Gəncə-Daşkəsəndir. Burada adambaşına orta aylıq pul köçürməsinin məbləği 12 manatdır. 2021-ci ildə eyni göstərici 8 manat 50 qəpik idi. Deməli, ötən il ərzində bu regionda da xaricdən adambaşına pul köçürməsinin məbləği 42 faiz artıb. Bu iqtisadi rayonun tərkibinə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları, eləcə də Naftalan və Gəncə şəhərləri daxildir. Şərqi Zəngəzur bölgəsi nəzərə alınmasa, xaricdən göndərilən pul vəsaitlərinin adambaşına ən aşağı məbləği Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – 1 manat 50 qəpik. Bu, Qazax-Tovuz iqtisadi rayonu ilə müqayisədə doqquz dəfə daha azdır. Mil-Muğan iqtisadi rayonunun tərkibinə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları daxildir.

Xaricdən pul köçürmələrinin adambaşına məbləği qədər, toplam gəlirlərdə payı da çox önəmlidir. DSK-nın araşdırmasına görə, 2022-ci ildə xaricdən göndərilən pul köçürmələri ən çox Qazax-Tovuz iqtisadi rayonunda rol oynayıb. Bu bölgədə adambaşına gəlirin 4.3 faizi məhz həmin mənbə hesabına formalaşıb. Beləliklə,  sözügedən iqtisadi rayonda adambaşına orta aylıq gəlirin hər 100 manatından 4 manat 30 qəpiyi pul köçürmələri hesabına formalaşıb. Xaricdən pul köçürmələrinin toplam gəlirdə payına görə öncəki illərdə lider olan Lənkəran-Astara iqtisadi rayonu ötən il ikinci pilləyə geriləyib. Bu iqtisadi rayonda adambaşına gəlirin 4.1 faizi xaricdən göndərilən pul vəsaitləri hesabına formalaşıb. Belə köçürmələrinin toplam gəlirlərdə payının ən çox olduğu üçüncü iqtisadi rayonsa Dağlıq Şirvandır. Söhbət Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarından gedir. Adıçəkilən bölgədə əhalinin gəlirlərinin formalaşmasında xaricdən pul köçürmələrinin payı 3.5 faizdir. Xaricdən pul köçürmələrinin əhalinin gəlirlərində ən az paya sahib olduğu iqtisadi rayonsa Mil-Muğandır. Bu bölgədə əhalinin gəlirlərinin tərkibində pul köçürmələrinin payı cəmi 0.5 faizdir. Eyni göstəriciyə görə ikinci ən aşağı nəticə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Xızı və Abşeron rayonlarının, eləcə də Sumqayıt şəhərinin daxil olduğu iqtisadi rayonda əhalinin gəlirlərinin cəmi 0.6 faizi xaricdən göndərilən pul köçürmələri hesabına formalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycana xaricdən göndərilən pullar kənd əhalisinin gəlirlərinin formalaşmasına şəhərlərlə müqayisədə daha çox təsir göstərir. Ötən il kənd sakinlərinin gəlirlərinin tərkibində bu tip köçürmələr 2 faizlik paya sahib olub. Şəhərlərdə eyni göstəricinin payı 1.5 faizdir. Azərbaycana göndərilən pul köçürmələrinin həcminə görə Rusiyadan sonra ikinci yeri ABŞ tutur. Ötən il ABŞ-dan Azərbaycana pul köçürmə sistemləri ilə 155 milyon dollar göndərilib. ABŞ-dan gələn köçürmələrdə diqqətçəkən məqam son illər bu istiqamətdə də ciddi artımların baş verməsidir. Məsələn, 2021-ci ildə ABŞ-dan Azərbaycana 72 milyon dollar, 2020-ci ildə 53 milyon dollar, 2019-cu ildə 40 milyon dollar göndərilmişdi. Bu o deməkdir ki, son üç ildə ABŞ-dan Azərbaycana pul köçürmələrinin həcmi təxminən dörd dəfə artıb. Ölkəyə ən çox pul göndərilən üçüncü ölkə Türkiyə olub. Ötən il Türkiyədən Azərbaycana 122 milyon dollar göndərilib. Bu, toplam köçürmələrin 3.4 faizi deməkdir. Almaniyadan Azərbaycana göndərilən pul köçürmələrinin həcmində də kəskin artım qeydə alınıb. Ötən il belə köçürmələrdə dördüncü yerdə olan Almaniyadan Azərbaycana köçürülən pulun həcmi iki dəfə artaraq 27 milyon dollardan 54 milyon dollara yüksəlib. 

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ