şənbə günü, 10 oktyabr 2026
     

Müstəqillik dövründə Azərbaycanın ən böyük büdcəsi – Mənfəət vergisi ƏDV-ni üstələdi...

Image


Aparılan hesablamalar göstərir ki, cari ildə Azərbaycanın büdcə gəlirləri 30 milyard 774 milyon manat, xərcləri 33 milyard 353 milyon manat olacaq. Ötən 2022-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə gəlirlər 5.4 faiz, xərclər 3.2 faiz artır. 2023-cü il büdcəsi müstəqillik dönəminin ən böyük büdcəsi hesab edilir.

Büdcənin ən böyük gəlir qaynağı Dövlət Neft Fondudur. Bu il fonddan büdcəyə gəlirlərin 36.7 faizinin - 11 milyard 280 milyon manatın transferi proqnozlaşdırılır. Onu da qeyd edək ki, Neft Fondundan büdcəyə proqnozlaşdırılan transferin həcmi nisbətən azaldılıb. 2022-ci il büdcəsində bu göstərici indikindən 238 milyon manat çox - 11 milyard 518 milyon manat idi. 2023-cü ilin dövlət büdcəsində ikinci ən böyük gəlir qaynağı hüquqi şəxslərin mənfəət vergisidir. Proqnoza görə, il ərzində bu vergi növü üzrə büdcəyə 6 milyard 417 milyon manat daxil olmalıdır. Bu, bütün büdcə gəlirlərinin 20.9 faizi deməkdir.  Bu vergi növü ilə bağlı diqqətçəkən bir məqam da hüquqi şəxslərdən mənfəət vergiləri üzrə daxilolmalardır. Həmin daxilolmalarla bağlı proqnozlar 2022-ci illə müqayisədə ciddi ölçüdə artıb. Ötən il bu qaynaqdan büdcəyə cəmi 5 milyard 290 milyon manatın daxil olması gözlənilirdi, amma bu il hüquqi şəxslərdən büdcəyə 1 milyard 127 milyon manat və ya 21.3 faiz daha çox mənfəət vergisi ödənilməsi proqnozlaşdırılır. Mənfəət vergisi üzrə proqnozların belə artması hesabına bu istiqamət büdcənin ən çox gəlir proqnozlaşdırılan ikinci istiqamətinə çevrilib. Ötən ilin büdcəsində Neft Fondunun transferlərindən sonra ən çox gəlir əlavə dəyər vergisi üzrə proqnozlaşdırılırdı. 2023-cü ilin büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz məbləği 1 milyard 680 milyon manatdır. Keçən il bu rəqəm 1 milyard 485 milyon manat idi. Beləliklə, bu il hökumət gəlir vergisi üzrə daxilolmaların 13 faiz artacağını proqnozlaşdırıb. 2023-cü ilin dövlət büdcəsində üçüncü ən böyük gəlir qaynağı əlavə dəyər vergisidir (ƏDV). İl ərzində bu vergi növü üzrə dövlət büdcəsinə 6 milyard 42 milyon manatın daxil olması nəzərdə tutulur. Bu, toplam büdcə gəlirlərinin 19.6 faizi deməkdir.  Nəzərə almaq lazımdır ki, bu vergi növü dolayı vergi sayılır, çünki məhsulun qiymətinə əlavə edilir və bu verginin ödəyicisi istehlakçılar olur. O da unudulmamalıdır ki, ötən il inflyasiyanın kəskinləşməsi bu verginin yığımlarını da artırıb. Axı ƏDV, qeyd edilən kimi, məhsulun qiymətinə əlavə edilir. Bu baxımdan, məhsulun qiyməti artdıqca, ona hesablanan ƏDV də artır. Bilindiyi kimi, ƏDV-nin azaldılması və ya dondurulması hökumətlərin qiymət artımları ilə mübarizədə yararlandığı başlıca alətlərdən biridir. Dövlət büdcəsi gəlirlərinin formalaşmasında növbəti ən böyük pay  aksizlər üzrə daxilolmalardır. Aksiz  aksizli malların satış qiymətinə daxil edilən dolayı, yəni istehlak vergi növüdür. Azərbaycanda aksizli mallara bunlar aid edilir: 1. İçməli spirt, pivə və spirtli içkilərin bütün növləri; 2. Tütün məmulatları; 3. Neft məhsulları; 4. Minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr; 5. İdxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz; 6. İdxal olunan xəz-dəri məmulatları. 2023-cü ildə Azərbaycan büdcəsinə aksizlər hesabına toplam 1 milyard 378 milyon manatın daxil olması proqnozlaşdırılır. Bu, büdcə gəlirlərinin 4.5 faizi deməkdir. Ötən illə müqayisədə 2023-cü ildə aksizlər üzrə daxilolmaların həcmi 100 milyon manat daha çox olacaq. 2023-cü ildə gömrük rüsumları hesabına büdcəyə daxil olması gözlənilən vəsaitin həcmi 1 milyard 348 milyard manatdır. Bu, toplam büdcə gəlirlərinin təxminən 4.4 faizidir. Gömrük rüsumları üzrə proqnoz ötən illə müqayisədə cəmi 48 milyon manat artırılıb. Büdcə gəlirlərinin formalaşmasında nisbətən iri paya sahib istiqamətlərdən biri də büdcə qurumlarının ödənişli xidmətlərdir. 2023-cü ildə bu istiqamətdə büdcəyə 726 milyon 500 min manatın daxil olması gözlənilir. Proqnozlaşdırılır ki, daha 272 milyon manat da büdcəyə dövlət rüsumları hesabına qazandırılacaq.

Azərbaycanın dövlət büdcəsinin başlıca xərc istiqaməti adətən tikinti xərcləridir. 2006-cı ildən bəri həmin xərclər büdcədə ən böyük xərc maddəsi olaraq qalmağa davam edir. 2023-cü ildə tikinti və şəhərsalma işlərinə büdcədən toplam 5 milyard 652 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Bu, büdcənin toplam xərclərinin təxminən 17 faizidir. Bu vəsaitin 2 milyard 650 milyon manatı dövlət əsaslı vəsait qoyuluşuna, yəni investisiya xərclərinə, 3 milyard manatı isə işğaldan qurtarılmış ərazilərin bərpasına yönəldiləcək. 2023-cü ilin büdcəsində tikinti və şəhərsalma ilə bağlı nəzərdə tutulan ayırmalar 2022-ci ilin proqnoz göstəricisindən azdır. O vaxt bu istiqamət üzrə 5 milyard 972 milyon manatın – indikindən 320 milyon manat çoxun xərclənməsi nəzərdə tutulmuşdu. Ancaq unutmaq olmaz ki, ötən ilin ortasında enerji qiymətləri hökumətin gözlədiyindən daha artıq olduğundan il ortası büdcədə dəyişiklik edilmişdi. Məhz həmin dəyişikliklərdən sonra tikinti xərcləri bir qədər də artırılmışdı. 2022-ci ilin əvvəlində büdcədən tikinti məqsədilə ayrılan xərclər 4 milyard 992 milyon manat idi. Bu baxımdan, enerji qiymətləri gözləniləni aşsa, bu il də tikinti xərclərinin bir qədər artırılması mümkündür. 2023-cü ilin büdcəsi hesablanarkən neftin bir barrelinin qiyməti 50 dollardan götürülüb. Dövlət büdcəsində tikinti və şəhərsalma xərclərindən sonra ən çox vəsait müdafiə və milli təhlükəsizlik istiqamətinə ayrılıb. 2023-cü ilin dövlət büdcəsindən bu istiqamətdə 5 milyard 331 milyon manatın xərclənməsi proqnozlaşdırılır. 2022-ci il büdcəsində həmin rəqəm 5 milyard 84 milyon manat idi. Deməli, bu il müdafiə və milli təhlükəsizliklə bağlı xərclər təxminən 5 faiz daha yüksəkdir. 2023-cü il büdcəsi xərclərinin təxminən 16 faizi müdafiə və milli təhlükəsizliklə bağlı olacaq. 2023-cü ilin dövlət büdcəsində ən çox yer tutan üçüncü istiqamət təhsildir. İl ərzində büdcədən təhsil istiqamətinə toplam 4 milyard 423 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, dövlət büdcəsinin xərc istiqamətinin 13 faizi deməkdir. Təhsil istiqamətindəki xərclərlə bağlı diqqətçəkən əsas məqam 2022-ci ilə nisbətdə ciddi artımın baş verməsidir. Belə ki, 2022-ci ilin dövlət büdcəsində təhsil istiqamətinə 3 milyard 887 milyon manat ayrılmışdı. Deməli, builki büdcədə təhsil xərcləri 14 faiz çox proqnozlaşdırılıb. 2023-cü ilin dövlət büdcəsində ən çox vəsait nəzərdə tutulan dördüncü istiqamət sosial müdafiə və sosial təminatdır. İl ərzində büdcədən bu istiqamətə toplam 4 milyard 416 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, büdcənin bütün xərclərinin 13 faizi deməkdir. Bütövlükdə 2023-cü il büdcəsinin toplam xərclərinin təxminən 60 faizi yalnız bu dörd istiqamətdə xərclənəcək. Bu il sosial xərclərlə bağlı büdcədən ayrılan vəsait 2022-ci illə müqayisədə təxminən 700 milyon manat və ya 18 faiz çoxdur. Minimum əməkhaqqı və ya minimum pensiyanın, eləcə də digər müavinətlərin artırılmasına dair qərarın icrası da məhz ayrılan bu vəsaitin hesabına həyata keçəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ