Azərbaycan “Dayanıqlı İnkişaf Hesabatı"nda 5 pillə irəliləyib

img

Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı - 2022” sənədində mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb, 2021-ci il hesabatı ilə müqayisədə 5 pillə irəliləyib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkəmiz hesabatdakı mövqeyi ilə hər 3 ölkədən 2-ni qabaqlayıb və Cənubi Qafqazda lider mövqeyini qoruyub.

Belə ki, hesabata əsasən ölkədə 1-ci (Yoxsulluğun azaldılması), 6-cı (Təmiz su və sanitariya), 12-ci (Məsuliyyətli istehsal və istehlak) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişlərin olduğu, 4-cü (Keyfiyyətli təhsil), 11-ci (Dayanıqlı şəhərlər və icmalar), 13-cü (İqlim dəyişmələri ilə mübarizə) və 17-ci (Tərəfdaşlığın gücləndirilməsi) DİM-lər üzrə isə nailiyyətlərin müşahidə olunduğu qeyd edilib.

Həmçinin koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər, qlobal və milli məlumat bazalarına dair metodoloji uyğunsuzluqlar səbəbindən 5-ci (Gender Bərabərliyi), 7-ci (Sərfəli və Təmiz Enerji), 10-cu (Bərabərsizliyin azaldılması), 14-cü (Dəniz ekosisteminin mühafizəsi) və 16-cı (Sülh, ədalət və səmərəli institutlar) DİM-lərə nail olunmasında durğunluğun müşahişə edildiyi qeyd olunub.

“2030 Gündəliyi” üzrə qlobal öhdəliklərə qoşulan vaxtdan indiyə qədər DİM-lərin icrası istiqamətində Azərbaycanda əhəmiyyətli işlər görülüb və nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə edilib", - deyə S.Məmmədov qeyd edib.

Peşə etikası

Son xəbərlər