Türk Fondunun yaradılması prosesi başa çatır. Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.
"Noyabrda bu fondla bağlı müvafiq sənədin tamamlanaraq imzalanması gözlənilir. Bu vəsait kiçik və orta biznesin inkişafına, infrastrukturun yaradılmasına yönəldiləcək. Qarabağın bərpası da onun əsas prioriteti olacaq. 2023-cü ilin yanvarından bu fond öz fəaliyyətinə başlayacaq və bizim iştirakçı ölkələrin maliyyə strukturları ilə əməkdaşlığı genişlənəcək”.