şənbə günü, 10 oktyabr 2026
     

Avropa və Çin Azərbaycanın tranzit imkanlarından daha asılı vəziyyətdə...

Image


İqtisadi müstəvidə dünya ölkələrinin üzləşdiyi çətinliklər davam edir. Bu fonda cari il ərzində bir sıra ölkələrin böhranla üzləşməsi qaçılmaz hesab edilir. Hadisələrin gedişini diqqətlə izləyən Azərbaycan qlobal iqtisadiyyatda baş verənlərin mənfi təsirlərinin minimallaşdırılması istiqamətində aktiv siyasət yürüdür.

İqtisadi tərəqqi templərini qoruyub saxlamağa çalışan Azərbaycan inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirir. Bura ölkə üzərindən tranzit yükdaşımalar da daxildir. Hazırda Azərbaycan üçün əsas məsələlərdən biri bu fonda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsidir. Bunun üçün İran ərazisində Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması əsas şərtdir. İran bu prosesi ləngidir və bu daha çox maliyyə çətinliyi ilə bağlıdır. Məhz bu şəraitdə Azərbaycan, eləcə də Rusiya Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması üçün maliiyələşməni üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər. Bu həftə Azərbaycan, İran və Rusiya nümayəndələrinin Bakıda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirəyə çıxarması da bununla bağlıdır. İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib ki, Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsi artıq öz həllini tapacaq. Xatırladaq ki, Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq. İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək. Bakıda üçtərəfli görüş bu fonda Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir. İranın “Mehr” agentliyi yazır ki, bununla bağlı olaraq  Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədir. İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, İran Mərkəzi Asiya, Cənubi Asiya və Qərbi Asiyanın qovşağındadır: “Rusiya, İran və Hindistan “Şimal-Cənub” dəhlizinin qurucuları hesab olunur, lakin son illər bu dəhlizlə yüklərin tranzitində çox az irəliləyiş var. Hökumət rəsmilərinin Azərbaycanda keçirilən görüşündə Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə sərmayə qoyuluşu prosesi müzakirə olunacaq”. Bu fonda Rəşt-Astara dəmir yolunun tikintisinin tezliklə başaçatması gözlənilir. Bu da Azərbaycan üzərindən yükdaşımaların miqdarının artması deməkdir.

İndiki halda Rusiya ilə tranzit əlaqələrindən imtina edən Avropa da Azərbaycanın tranzit imkanlarına xüsusi diqqət edir. Hətta Almaniyanın Avropa, Asiya və Cənubi Amerikada fəaliyyət göstərən məşhur logistika şirkəti “Rhenus Logistics” Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ilə bağlı ümumi layihə hazırlayıb. “Rhenus Logistics”in baş direktoru Tobias Bars bu xüsusda bildirib: "Bu ölkələrin, o cümlədən Türkiyə iqtisadiyyatının gələcəyini görürük, çünki o, maraqlı istehsal və ticarət bazarıdır, həm də digər təchizat zəncirlərinin mərkəzindədir. Qazaxıstan, Azərbaycan, Gürcüstanı Türkiyə ilə birləşdirməyi nəzərdə tuturuq. Türkiyə dəniz və ya quru daşımaları üçün ən uyğun yerdir. Türkiyə coğrafi baxımdan uyğun mövqedədir, məhsuldarlıq və istehsal baxımından güclü və yüksək ixtisaslı işçi qüvvəsi mövcuddur”. “Rhenus Logistics”in baş direktoru məsafə baxımından yaxın istehsal mərkəzlərinin və yüksək səviyyəli logistikanın mövcudluğunun getdikcə daha çox əhəmiyyət kəsb etdiyini və bu səbəbdən Türkiyəyə böyük sərmayə qoyduğunu bildirib. Türkiyəni tədarük zəncirinin mərkəzi olaraq gördüyünü əlavə edib. Mərkəzi Asiya ölkələri də Azərbaycanın tranzit imkanlarına xüsusi diqqət etməyə başlayıblar. Qazaxıstanın “Reqistr TV” televiziyası bu fonda qeyd edir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyətli tərəfdaşdır: “Bakı-Tiflis-Ceyhan yolu ölkəmizə ildə 1,5 milyon barrel Qazaxıstan neftinin dünya bazarına çıxarılmasını vəd edir. Odur ki, Çindən Avropaya ixrac yük axınlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun istiqamətləndirilməsi ilə əlaqədar tranzit və nəqliyyat əməkdaşlığının genişləndirilməsi istiqamətində müəyyən inkişaf çox vacib hesab olunur”. Qeyd olunur ki, bu istiqamətdə təkcə Qazaxıstan, Azərbaycan və regionun digər ölkələri deyil, Çin və Avropa İttifaqı da maraqlıdır: “Yaranan təşkilati-texniki məsələlərin vaxtında həlli hər iki dövlətə bu istiqamətdə sürətlə irəliləyiş imkanı verir. Mart ayında Qazaxıstan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri baş tutub, aprelin sonunda isə artıq nazirlik rəhbərləri səviyyəsində və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu nümayəndələrinin iştirakı ilə danışıqlar aparılıb”. Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktor müavini Sanat Kuşkumbayev bu xüsusda bildirib: “Azərbaycan ilk növbədə Qazaxıstan üçün strateji əhəmiyyətli tərəfdaş və qonşu ölkədir. Üstəlik, qonşuluqdan danışırıqsa, bu halda Xəzər ölkələrimiz üçün ayırıcı xətt deyil, birləşdirici körpüdür. Bizim həm iqtisadi, həm də təhlükəsizlik məsələlərində siyasi olmaqla oxşar gündəmlərimiz var. Ortaq maraqlarımız var, xüsusən də iqtisadiyyatımızda islahatların aparılması üçün biz eyni məqsədləri qarşımıza qoyuruq. Bu gün biz ölkələrimiz arasında nəqliyyat arteriyalarının inkişafından danışırıq. Xəzər bu halda birləşdirici körpü rolunu oynayır”.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ