Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünya fantastik neft qiymətləri şokuna hazırlaşır

Image


Yaxın günlər ərzində neftin qiymətində yeni fantastik artım gözlənilir. Buna səbəb “Böyük yeddilik” ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq planıdır. Məsələ burasındadır ki, “Böyük yeddilik” ölkələri Rusiya neft məhsulları üçün qiymət həddinin tətbiqinə başlayırlar. Bu şəraitdə Rusiya “Böyük yeddilik” ölkələrinə neft satışını tam dayandırmağa, hasilatı azaltmağa hazırlaşır. Elə bu da neft qiymətlərində yeni ciddi artıma təkan verəcək hal hesab edilir.

Məsələ ilə bağlı ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri də dünyanı yeni neft qiyməti şoku gözlədiyini bildirir: “Qərb Rusiyanın enerji gəlirlərini azaltmaq üzrə böyük ölçüdə uğursuz cəhdlərində yeni cəbhə açır. Rəsmilər qiymət həddinin necə işləyəcəyi ilə bağlı bir sıra çətin sualları həll etməyə çalışırlar. Dekabr ayına qədər məhdudiyyətlərin yekun mexanizmi hazırlanmalıdır. “Böyük yeddilik” ölkələri Rusiya neftinin qiymətlərini onun hasilat maya dəyərindən yuxarı, lakin hazırkı bazar qiymətlərindən xeyli aşağı müəyyən etmək niyyətindədir. Amma təşəbbüsün müəllifləri ehtiyat edirlər ki, tədbirlər Rusiya Federasiyasını hasilatı azaltmağa məcbur edə və dünya enerji qiymətlərinin daha da artmasına səbəb ola bilər. Bununla belə, ABŞ-ın maliyyə naziri Janet Yellen Vaşinqtonda britaniyalı həmkarı Nadeem Zahavi ilə görüşü zamanı bildirib ki, “Böyük yeddilik” ölkələri Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə ediblər. Bununla belə nəzərə alınmalıdır ki, Avropa İttifaqı və ABŞ-ın Rusiya neftinin alınmasına tətbiq etdiyi embarqo onsuz da qiymətlərin kəskin artmasına səbəb olub. Bu, Rusiya Federasiyasına böyük həcmdə xammalı kiçik endirimlə satmaqla da olsa digər bazarlara - ilk növbədə Hindistan və Çinə yönləndirməyə və hətta gəlirləri artırmağa imkan verib. Avropa İttifaqı və ABŞ inflyasiyanın yayılma təsiri də daxil olmaqla itkilərə məruz qalır”. Bunlar fonunda Rusiya baş nazirinin müavini Aleksandr Novak bu cür addımları bazar mexanizmlərinə müdaxilənin növbəti cəhdi adlandırıb. Onun fikrincə, bu yalnız bazarda balansın pozulmasına, enerji resurslarının çatışmazlığına və qiymətlərin artmasına gətirib çıxara bilər: “Ona görə də Rusiya öz neftini sərf etməyən qiymətə satmayacaq. Eləcə də Rusiya neft və neft məhsullarının qiymətinə məhdudiyyət qoyan ölkələrə neft satışını dayandıracaq”. Vaşinqtonun qiymət tavanının neftin dünya qiymətlərini aşağı salacağı ilə bağlı fikirlərini şərh edən Novak bu mexanizmin tətbiqinin bazarı tamamilə məhv edəcəyini vurğulayıb: “Məncə, qiymət tavanının tətbiqi tam absurddur. Neft sənayesi kimi mühüm sənayenin bazar mexanizmlərinə müdaxilə yalnız neft bazarının sabitliyinin pozulmasına gətirib çıxaracaq.Bunun əvəzini ilk növbədə bu gün yüksək qiymətlərlə ödəyən eyni istehlakçılar, avropalılar və amerikalılar ödəyəcəklər”,

Novak, həmçinin, müddəti 2022-ci ildə bitən OPEC+ sövdələşməsinin vaxtının uzadılmasına tərəfdar çıxıb. Rusiya rəsmisi hesab edir ki, 2016-cı ildə yaradılan OPEC+ pandemiya dövründə neft bazarının tənzimlənməsində müsbət rol oynayıb. Hesab edilir ki, Rusiyanın neft satışını dayandırması, eyni zamanda OPEC+ üzrə faəliyyətini davam etdirməsi həqiqətən də neft qiymətlərində ciddi artıma gətirib çıxaracaq. Elə “The Wall Street Journal” nəşri də məsələyə bu prizmadan yanaşır. Nəşr yazır ki, əslində, Ukrayna müharibəsindən sonra Rusiya neftinə Qərbin qadağası istənilən nəticəni verməyib: “Bu ilin yaz-yay aylarında rus neftçiləri neft tankerlərini Asiya bazarlarına yönləndirmək hesabına təchizat problemlərini həll etdilər. Belə ki, iyulda Çin və Hindistana Rusiya neft ixracının bu ilin ötən dövründə ötən ilin eyni müddəti ilə müqayisədə 42% artıb. Eyni zamanda, Rusiyada neft hasilatı yüksək olaraq qalmaqda davam edir. Hətta Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə, avqustda Rusiya neftinin ixracı tarixin ən yüksək səviyyəsinə çatıb”. Rus ekspert  Aleksandr Potavin isə hesab edir ki, Qərbin hazırlamaq istədiyi “qiymət tələsi” risqlərlə doludur. Xüsusən də o baxımdan ki, Qərbin addımlarından sonra neft qiymətləri 200 dollara çata bilər: “Sonradan bu göstərici həddə 300 dolları da keçəcək”.  Rusiya Milli Reytinq Agentliyinin direktoru Sergey Qrişunin əlavə edir ki, qiymət həddi yalnız Avropada neft qıtlığına gətirib çıxaracaq və daşınma nəzərə alaraq istehlakçılar üçün xərcləri artıracaq: “Moskva öz növbəsində Rusiya məhsulları üçün mümkün olan ən yüksək qiymətə nail olmaq üçün gəmilərini başqa istiqamətlərə yönləndirəcək. Belə olan halda dünya neft bazarında qiymətlərin kəskin artması baş verə bilər. Neft sövdələşmələri dekabrda bir barrel üçün 130-150 dollara qədər yüksələ bilər. Rusiya iqtisadiyyatına bunun hansı təsir göstərəcəyi isə məlumdur. Rusiya iqtisadiyyatı hazırda aşağı nöqtədədir və yalnız yuxarıya doğru irəliləməkdə davam edəcək. Bu baxımdan, Rusiya nefti ilə ticarətin məhdudlaşdırılması məsələsində ikinci dərəcəli sanksiyalar kimi alət önəmli olacaq. Amma bunlar yoxdur. Ona görə də Qərbin yeni qadağası yalnız nefti bahalaşdıracaq”. Neftin bahalaşması Azərbaycan kimi hasialtçı ölkələrin maliyyə durumuna müsbət fonda daha böyük təsir göstərəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
"Dərsliklərdə mətnlərin uyğunlaşdırılmasına plagiat müstəvisindən yanaşmaq düzgün deyil" - Zaur İsayev

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ