şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan Rusiya - İran ticarətində əsas söz sahibi olacaq

Image


Qərb və Rusiya arasında kəskinləşən ziddiyyətlər tranzit-logistika marşrutları ilə bağlı Avrasiya məkanında vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Bu fonda Azərbaycan üzərindən yükdaşımalara həm Rusiya, həm də Qərbdə maraq artır. Elə bununla bağlı olaraq Azərbaycanın istəklərinə müvafiq şəkildə Cənubi Qafqazda bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması qlobal miqyasda dəstəklənir.

Eyni zamanda  “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam reallaşması üçün də işlərin intensivləşməsi müşahidə edilir. Bu məsələ Rusiya xarici işlər naziri Sergey Lavrovun İran Xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşündə də xüsusi diqqət mərkəzində yer alıb. Lavrov bu fonda bildirib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin realizə edilməsi, eləcə də Cənubi Qafqazda nəqliyyat-iqtisadi əlaqələrinin blokdan çıxarılması bu layihələrin iştirakçısı olan ölkələrə Qərbdən asılı olmayan logistik zəncirlər qurmağa imkan verəcək. Nazir qeyd edib ki, Cənubi Qafqazda ticari, iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələləri ətrafında Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup məşğul olur: “Eyni zamanda, bu günlərdə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya məsələləri üzrə növbəti təmaslar olub. Razılaşmaların əldə edilməsində əhəmiyyətli dərəcədə irəliləyiş var. Onlar, ümid edirəm, artıq ən yaxın vaxtda rəsmiləşdiriləcək. Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu iş “vakuumda”, təcrid olunmuş şəkildə deyil, bizim və İran tərəfdaşlarımızın da maraqlı olduğu “Şimal-Cənub” dəhlizi layihəsi də daxil olmaqla, daha geniş nəqliyyat layihələri ilə sıx əlaqədə həyata keçirilir”. Onun sözlərinə görə, İran XİN başçısı ilə görüşdə tərəflər Rəşt-Astara dəmir yolu xəttinin bərpası ilə bağlı Rusiya, İran, Azərbaycan arasında davam edən müzakirələrə toxunub: “Sentyabr ayında artıq uyğun profilli mütəxəssislərin təmasları planlaşdırılır. Odur ki, mənə elə gəlir, praktiki baxımdan proses çox inkişaf edib”. İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahian isə bildirib ki, ölkəsi “Şimal-Cənub” nəqliyyat dəhlizini tranzit yolların, müxtəlif şaxələndirilmiş xətlərin möhkəmləndirilməsi, regionun inkişafı, həmçinin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən mühüm amil hesab edir: “Biz ümid edirik ki, bütün üçtərəfli yollar mümkün qədər tez vaxtda tam gücü ilə işə salınacaq. Şərq qolunu biz keçən ay Rusiyadan Hindistana keçməklə işə saldıq, layihə uğurla realizə olundu. “Şimal-Cənub” nəqliyyat dəhlizinin qərb qoluna gəldikdə, biz Rəşt-Astara dəmir yolu xəttinin başa çatması üçün əlimizdən gələni etməyə hazırıq. Onun başa çatdırılması zərurəti Moskva ilə Tehran arasında razılaşmaların mövzusu olub. Bizim texniki ekspertlərimiz sırf bu məsələ ilə məşğul olurlar, onu tədqiq edirlər. İran tərəfi çox ciddi yanaşma ilə bu dəmir yolu xəttinin birinci hissəsinin tikintisinə başlayıb”.

Qeyd edək ki, Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin ən vacib seqmentidir. İranın birinci vitse-prezidenti Məhəmməd Müxbir bildirir ki, bu yol dövlətlərin tranzit və ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacaq. Tehranda səfərdə olan Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi İqor Levitin ilə görüşən vitse-prezident vurğulayıb ki, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması tərəflər üçün prioritet istiqamətdir. İqor Levitin Rusiya mətbuatına verdiyi açıqlamada qeyd edib ki, Rəşt-Astara dəmir yolu iki ölkə arasındakı tranzit və ticarət əlaqələrinin inkişafına səbəb olacaq. Rusiya bu yoldan istifadə edərək Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirəcək. Xatırladaq ki, Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt-hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Lakin sanksiya altında olan İran iqtisadiyyatı yolun tezliklə inşa edilib başa çatmasına imkan vermir. Bu yolun Rusiya üçün əhəmiyyəti böyük olduğu üçün rəsmi Moskva İrana yardım etmək qərarına gəlib. Xatırladaq ki, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xətti çəkilib və körpü salınıb. Rəştdən Astaraya qədər 160 kilometrlik dəmir yolu tikildikdən sonra Rusiya, İran və Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu isə hər 3 dövlətə Fars körfəzi ölkələri ilə yanaşı, Hindistan və Cənub Şərqi Asiyanın digər ölkələri ilə tranzit və ticarət əlaqələrinin yaranmasına səbəb olacaq. Eyni zamanda, bu dövlətlər Avropa ilə Asiya arasında yükdaşımalardan gəlir əldə edəcəklər. Mütəxəssislərdən ibarət Rusiya nümayəndə heyəti İrana səfəri zamanı artıq Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə yerində maraqlanıblar. İranın Dəmir Yolu Tikintisi Dövlət Şirkətinin direktor müavini Abbas Xətibi bildirib ki, Rusiya Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdırılmasında maraqlıdır: “Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək. “Şimal-Cənub” dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələrinə, Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə daşınacaq”. Rusiya Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını təmin edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ