Bazar günü günü, 16 avqust 2026
     

“İdarəetmədə yeni üsulların tətbiqi SOCAR-ın xərclərinin optimallaşdırılmasına və gəlirlərinin artmasına zəmin yaradır” - Vüqar Rəhimzadə

Image


“Hər dövrün öz yenilikləri olduğu kimi, öz tələbləri də vardır. Nəzərə alsaq ki, yeni texnologiyaların inkişaf etdiyi müasir zamanda yaşayırıq, bu halda davamlı islahatların qaçılmaz olduğunu unutmamalıyıq. Dövlət başçısı İlham Əliyev 2018-ci ildə keçirilən seçkilərdə yenidən Prezident seçildikdən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi.

Bir mühüm məqamı da nəzərə alaq ki, 2019-cu ilin sonlarında dünyada koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı ilk gündən dövlət başçısı İlham Əliyev iqtisadi islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Bu sahədə dövlət başçısı tərəfindən müəyyənləşdirilən vəzifələrin uğurla yerinə yetirildiyini sübut etmək üçün  son iki ildə iqtisadi islahatların dərinləşdirilməsi, idarəetmənin təkmilləşməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, atılan bu kimi addımlar idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına, yeni çağırışlara uyğunlaşmağa geniş yol açır.  Bir sözlə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır. Struktur islahatlarının faydalarından biri də ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsidir. Prezident İlham Əliyev 2020-ci ilin avqust ayının 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi  müşavirədə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinin prioritetliyini önə çəkərək dövlət şirkətlərinə və müəssisələrinə həllivacib tapşırıqlarını vermişdi. Qarşıya qoyulan əsas tələblərdən biri bu  idi ki,  dövlət şirkətləri yeni idarəetmə sisteminə keçməlidirlər. Görülən işlərin fonunda bu əminlik də ifadə edilirdi ki,  şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar həm pandemiya, həm də postpandemiya dövründə Azərbaycana yeni imkanlar qazandıracaq”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda imzaladığı  Fərman əsasında dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. Bu addım və sözügedən sahədə həyata keçirilən digər tədbirlər, xüsusilə islahatların təkmilləşdirilməsi həm dövlət xərclərinin azaldılmasına, həm də vəsaitlərdən daha səmərəli istifadə etməklə göstərilən fəaliyyətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradır.

Baş redaktor onu da əlavə edib ki, ötən ilin yanvarında Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzaladı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradıldı. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə yaradıldı. Son iki ildə SOCAR-ın fəaliyyətinə diqqət yetirdikdə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu görürük. Belə ki, idarəetmədə tətbiq edilən yeniliklər, təkmilləşmə Şirkətin xərclərinin optimallaşdırılması, maliyyə imkanlarının artması, həyata keçirilən layihələrin coğrafiyasının genişlənməsi ilə müşayiət olunur. Onu da qeyd edək ki, uğurlarda kadrların düzgün yerləşdirilməsi, karyera imkanlarının artırılması da öz müsbət rolunu oynayır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatının inkişafında, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsində  payından və rolundan geniş bəhs edən Vüqar Rəhimzadə diqqəti son illər qurumun fəaliyyətində özünü qabarıq şəkildə büruzə verən yeniliklərə, təkmilləşməyə yönəldərək bildirib ki,  dövlət başçısı İlham Əliyev SOCAR-ın modern, beynəlxalq standartlara cavab verən şirkətə çevrilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur: “SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri də onun beynəlxalq nüfuzunun göstəricisidir. 2018-ci ildə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun (NEZ) açılışı oldu. SOCAR  Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın, o cümlədən sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Onu da qeyd edək ki, inteqrasiya prosesləri SOCAR-ın təkcə Azərbaycanın daxilində yerləşən müəssisələrində aparılmır. Belə ki, “Petkim” və “Star” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində  hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.

Baş redaktor bu mühüm məqamı da xüsusi qeyd edib ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-ci ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb. İki il öncə Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb.

SOCAR-ın yeniliklərindən bəhs edən Vüqar Rəhimzadə onu da bildirib ki, Bakıda ənənəvi olaraq keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgiləri həm ölkəmizin, həm də SOCAR-ın imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: “Bu baxımdan bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgiləri və Bakı Enerji Forumu  xüsusi əhəmiyyətə malikdir. Nəticə etibarilə sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr qurmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı yaradır, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Ənənəvi  keçirilən bu tədbirlərin dəstəkçisinin SOCAR olduğunu nəzərə alsaq görərik ki, hər il qurum bir sıra uğurları, yeni təcrübələri ilə tərəfdaşlarına nümunə göstərilir, təcrübə mübadiləsinin aparılmasına xüsusi diqqət yetirilir”.

V.Rəhimzadə vurğulayıb ki, bu fikir beynəlxalq səviyyədə də səsləndirilir ki, SOCAR-ı daim uğurlar müşayiət edir: “Təbii ki, hədəf uğurlara aparan yolda daim inamla irəliləməkdir. Yeni texnologiyaların tətbiqi şəraitində idarəetmədə  aparılan təkmilləşmə bu hədəflərə daha tez və səmərəli şəkildə nail olmağa əsas yaradır. Hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılması, SOCAR-ın emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunması, hazır məhsulun rəqabət qabiliyyətinin  gücləndirilməsi məqsədilə Şirkətin neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə başlanılıb. Qeyd etdiyimiz kimi, məqsəd  səmərəliliyin yüksəldilməsi, fasiləsiz istehsalın təmin edilməsi, son nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır”.

“Bu mühüm məqam da xüsusi qeyd  edilir ki, emal və neft- kimya müəssisələrinin vahid mərkəzdən idarə edilməsi idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq” söyləyən baş redaktor bildirib ki, SOCAR bütün bu uğurları özünün fəaliyyətində birləşdirir: “Dövlət başçısı İlham Əliyevin gənclərin dinamizmi ilə təcrübənin vəhdətinin yaradılması ilə bağlı çağırışına əməl edilməsi SOCAR-ın atdığı addımlarda özünü qabarıq şəkildə büruzə verir. Qurumun bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrinin miqyasının genişlənməsindən bəhs edərkən hər zaman kadr potensialı vacib amil kimi önə çəkilir. İqtisadiyyatın inkişafı ilə kadr hazırlığının vəhdətinin yaradılması, onların karyera imkanlarının genişləndirilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Bu isə öz növbəsində dövlət başçısı İlham Əliyevin 2003-cü ildən irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda təsdiqidir”.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin ardıcıllıqla həyata keçirilməsi ölkəmizdə uğurla reallaşdırılan  neft siyasətinin məntiqi nəticəsidir: “Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim vurğulayır. Əbəs yerə ümummilli lider Heydər Əliyev neft-qaz sənayesini Azərbaycan iqtisadiyyatının onurğa sütunu adlandırmayıb. Reallıq budur ki, Azərbaycan təkmil iqtisadi modeli ilə dünyaya nümunədir. Azərbaycan artıq beynəlxalq bazarlarda təkcə xam neft və təbii qazın deyil, həm də karbohidrogen emalı məhsullarının etibarlı təchizatçısı kimi özünü təsdiqləyir. “Əsrin müqaviləsi”nin davamı olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin bütün sahələrdə malik olduğu imkanların təqdimatında, həmçinin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rola malikdir. Bir sözlə, bugünümüzün reallıqları həm ölkəmizin neft-qaz sektorunun, həm də SOCAR-ın gələcək inkişafı barədə aydın təsəvvür yaradır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ