“Bloomberg” dünyadakı zəngin insanların yeni siyahısını açıqlayıb. Baki-xeber.com “Al Jazeera”ya istinadən bildirir ki, ilk dəfə olaraq asiyalı şəxs ilk üçlüyə daxil olur. Bu, hindistanlı Qautam Adanidir. O, gənc ikən kolleci yarımçıq qoyaraq kömür işinə qoşulub. Q.Adaninin hazırkı sərvəti 137 milyard dollar təşkil edir. O, Hindistanda ən böyük özəl limana, kömür mədəninə sahibdir.
Ceyhun MİRZƏLİ