şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan və Türkiyə Rusiyadan daha sərfəli qiymətə enerji məhsullarının alışına başlayıb

Image


Ukrayna müharibəsinin Brüssellə Moskvanın münasibətlərini pisləşdirməsi fonunda bu il Rusiyanın təbii qaz ixracının 15 faizədək azalacağı gözlənir. Amma buna rəğmən, Rusiya bu il enerji ixracından gəlirlərinin 100 milyard dollaradək artacağını proqnozlaşdırır. Buna, ixrac həcminin azalmasına baxmayaraq, xammalın bahalanması səbəb olur.

Rusiyanın İqtisadiyyat Nazirliyi bu il enerji ixracından gəlirin 338 milyard dollar olacağını gözləyir. Ötən il bu gəlir 244 milyard dollar idi. İxrac gəlirlərinin atması prezident Vladimir Putinə iqtisadiyyatın resessiyaya girdiyi, inflyasiyanın yaşam standartlarını pisləşdirdiyi bir dönəmdə maaş və pensiyaları qaldırmasına imkan verir. Belə ki, enerji ixracı Rusiyanın federal büdcə gəlirlərinin təxminən yarısını təşkil edir. Amma enerji məhsullarının bahalaşması Rusiyanın daha çox gəlir əldə etməsini şərtləndirir.
Ümumilikdə isə, Rusiya iqtisadiyyatı sanksiyalar qarşısında gözlənildiyindən daha yaxşı duruş gətirir. Enerji gəlirində artım hökumətə digər sektorları dəstəkləmək imkanı verir. Digər tərəfdən, Rusiya enerji məhsullarını sata bilmək üçün çevik şəkildə yeni bazarlar tapıb və ya bir sıra ənənəvi bazarlara ixrac həcmini artırıb. Xüsusən də Rusiyanın qiymətlərdə müəyyən endirim etməsi Kremlə enerji resurslarının satışında hansısa ciddi çətinlik yaratmır. Onuda qeyd edək ki, Rusiyanın enerji məhsullarını endirimli qiymətə satmasından yararlanan tərəflər sırasında Azərbaycan və türkiyə də yer alır. “Refinitiv Eikon” saytının məlumatına görə Türkiyə bu il Rusiyadan neft idxalını iki dəfə artırıb. Qeyd edilir ki, NATO üzvü Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb və Moskva ilə sıx enerji əməkdaşlığını davam etdirir. “Reuters” agentliyi yazır ki, Avropa şirkətlərindən fərqli olaraq Türkiyə şirkətlərinə Rusiya ilə əməkdaşlıq qadağan olunmayıb və Ankara Moskva üçün Avropanı getdikcə daha çox əvəzləməyə başlayıb. Türkiyə Rusiyadan bu il günə 200 min barreldən çox “Urals” və “Siberian Light” markalı neft idxal edib, halbuki bu rəqəm 2021-ci il üçün günə 98 min barrel idi. Türkiyənin Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamasının bir səbəbi də Ankaranın Moskvadan enerji asılılığıdır.

“Reuters” yazır ki, Türkiyənin əsas neft emalı şirkəti “Tupras” və Azərbaycanın SOCAR şirkətinin STAR neft emalı firması bu il Ural və Sibir neftinin idxalını artırıblar. Bu şirkətlər bunun əvəzində Şimal dənizi, İraq və Qərbi Afrika markalı neftin idxalını azaldıb. Daha sonra “Reuters” yazır ki, son bir neçə ildə STAR şirkəti Norveçdən “Johan Sverdrup” markasının və İraq neftinin qəbulunu artırmışdı. Bu neft markaları keyfiyyətinə görə Rusiyanın Ural neftinə yaxındır. Amma bu il Rusiya neftinin qiymətləri “Brent” markasından olan neftlə müqayisıədə kəskin düşüb, əksinə Şimal dənizi və İraq markalarının qiymətləri artıb. Proqnoz göstəricilərə görə STAR bu ilin yanvarından avqustunadək Rusiyadan günə 90 min barrel neft idxal edib. Bu rəqəm ötən ilin müvafiq dövründə günə 48 min barrel idi. Eyni proqnoz göstəricilərə görə, “Tupras” bu ilin yanvarından avqustunadək Rusiyadan günə 111 min barrel neft alıb. Bu rəqəm ötən ilin müvafiq dövründə günə 45 min barrel idi. Aralıq dənizi neft bazarından bir tacir “Reuters”ə deyib ki, Türkiyə neft emalı şirkətlərinin Rusiya neftini almaq üçün məhdudiyyəti yoxdur. Adının çəkilməsini istəməyən bu treyder də bildirib ki, Türkiyə Ural neftindən xeyli gəlir götürür. Çünki qiymətlər daha ucuz və sərfəlidir. “Reuters” yazır ki, Türkiyənin Enerji Nazirliyi, “Turpas” və SOCAR şirkətləri onun sorğularına cavab verməyiblər. Azərbaycan və Türkiyə ilə yanaşı, Çin də Rusiyadan enerji məhsullarının idxalını kəskin artırırb. Belə ki, Çin 2022-ci ilin mart-iyul ayları arasında Rusiyadan neft, qaz və kömür alışını keçən ilin eyni dövrü ilə müqayisədə 15 milyard dollar artırıb. Bu barədə  “Bloomberg” agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verib. Agentlik qeyd edir ki, Çin getdikcə daha çox Rusiyanın enerji daşıyıcılarına etibar edir.Məlumata görə, 2022-ci ilin mart-iyul aylarında Çin Rusiyadan ümumilikdə 35 milyard dollara neft, qaz və kömür alıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 20 milyard dollara təşkil edib. Təkcə iyul ayında Çin 2021-ci ilin iyul ayı ilə müqayisədə 14% daha çox kömür idxal edib. Qeyd edək ki, Rusiya ardıcıl üçüncü aydır ki, Səudiyyə Ərəbistanını arxada qoyaraq Çinə ən çox neft ixrac edən ölkə olaraq qalır. Xüsusilə, iyul ayında Çin gündə təxminən 1,68 milyon barel Rusiya nefti alıb. İlin əvvəlindən Rusiya Çinə təxminən 48,4 milyon ton neft ixrac edib. Özü də burada nəzərə almaq lazımdır ki, Çin və Rusiya artıq öz maliyyə sistemlərinin birləşməsini də müzakirə ediblər, Moskva Pekini əmin edib ki, prosesi sürətləndirmək üçün xarici ehtiyatlarında yuandan istifadə etməyə hazırdır. Bu da avro və dolalr olmadan Rusiyanın öz enerji resurslarını daha sasn şəkildə Çinə satmağa imkan verir. Hindistan şirkətləri də Rusiyadan eneji alışını kəskin artırıblar. Özü də ödənişlər daha çox rublla həyata keçirilir. Elə bu da Qərbin Rusiya eneji resurslarına sanksiyalarının nəticəsiz qalmasına səbəb olub.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ