Bazar günü günü, 11 oktyabr 2026
     

Turistlər də, istirahət mərkəzləri də qiymətlərdən narazılıq edir, bəs turizmin inkişafı?..

Image


Azərbaycanda vaxtaşırı ciddi tənqid obyekti olan məqamlardan biri də istirahət mərkəzlərində qiymətlərin yüksək olmasıdır. Məsələ dəfələrlə gündəmə gəlsə də, real durum bu sahədə hər hansı ciddi dəyişikliyin olmadığını göstərir. Əksinə, istirahət mərkəzlərinə üz tutanlar yenə yüksək qiymətlərdən şikayətçidir.

Təbii ki, belə vəziyyət Azərbaycanda turizm sektorunun istənilən templə inkişaf etdirilməsinə imkan vermir. Xüsusən də yay mövsümündə insanların daha çox üz tutduğu regionlardakı qiymətlər nəinki xarici turistləri, hətta ölkəmizin vətəndaşlarını belə özünə cəlb edə bilmir. Qeyd edək ki, pandemiyadan əvvəl istirahət etmək istəyən Azərbaycan vətəndaşlarının çoxu xarici ölkələrə, daha çox isə Türkiyə və Gürcüstana üz tuturdu. Lakin pandemiya ilə əlaqədar bir çoxları xaricə səfər edə bilmədiyindən, daxili turizmdən istifadə edir. Bu baxımdan bu il daxili turizm xidmətlərindən istifadə edənlərin sayının daha çox olduğunu görmək olar. Amma qiymətlərə nəzər saldıqda, yemək və yol xərcləri daxil olmaqla iki nəfərin ölkədaxili hər hansı bir istirahət mərkəzində və ya oteldə dincəlməsinin xaricə səfərdən daha baha başa gəldiyini görmək o qədər də çətin deyil. Qeyd edilənlərin növbəti nümunəsini Lənkəran-Lerik yolunun üzərində yerləşən, Lənkərançay boyu uazanan obyektlərin timsalında görmək olar. Lerik şəhərinə qədər həmin çayın üstündə irili-xırdalı onlarla xidmət obyekti var. Onların arasında ailəvi istirahət yerləri, barlar, çayxanalar, təndirxanalar, mağazalar mövcuddur. İstirahətə gedənlərin bildirdiyinə görə, 5 nəfərlik ailənin şam yeməyi burada 50 manat tutur. Onun qeyd etməsinə görə, çox vaxt ərzaq alıb özləri yemək hazırlayırlar. İstirahət yerlərində bir gecəlik ailəvi otaqlar 40 manatdan başlayıb 100 manata qədər dəyişir. İstirahət mərkəzlərində isə əksinə, iddia edirlər ki, bu il də ötənilki qədər turist gəlsə də, qazancları azalıb. Həmin mərkəzlərdən birinin nümayəndəsi “Azadlıq” radiosuna bildirib: “Gəlirlər, az xərc çəkirlər. Otaqlar var, ailə orda üç-dörd gün qalır, bir dəfə nahar edir. Qənaət edirlər. Mövsüm başa çatmaq üzrədir, hələ də ötənilki qazanc yoxdur. Ərzaqda, kənd təsərrüfatı məhsullarında da qiymət artımı var. Təxminən 15 faiz. Kənd turizmi müştərilərimizi əlimizdən alır”. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikovun verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun Lerik hissəsində 15 istirahət və turizm mərkəzi rəsmi qeydiyyatdadır: “Amma ərazidə irili-xırdalı minə yaxın xidmət obyekti var. Bu istirahət mərkəzlərinin əksəriyyəti Bakının ayrı-ayrı rayonlarında qeydiyyatdadır. Vergi ödəmələrini də o rayonlara edirlər. Dəfələrlə demişik ki, obyektləriniz buradadırsa, burada işləyirsinizsə, Lerik rayonunda qeydiyyata düşün. Lerik dağ rayonudur, dotasiya ilə işləyən rayondur”. O qeyd edir ki, istirahət və turizm mərkəzləri rayonun inkişafında müsbət rol oynayır: “Rayona xeyri var. Yay mövsümündə həmin obyektlərdə 500 nəfərdən çox lerikli işləyir. Elə obyektlər var ki, ilboyu fəaliyyət göstərir. Təbii ki, belə yerlərdə daimi işləyən leriklilər də var. Həmin ərazilərdə olan kənd sakinləri evlərini kirayəyə verirlər, yaxşı pul alırlar. Dövlət həmin adamlara avadanlıq verdi ki, işlərini yaxşı qursunlar. 10 nəfərə 7 min manatlıq avadanlıq verildi”.

Lənkəranda yerləşən “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də turistlərin bu bölgəyə kütləvi şəkildə gəldiyini bildirir. O, eyni zamanda qeyd edir ki, bahalaşma da var: “Ölkədə bahalaşma gedir. Otellər də qiyməti artırır. Amma xidmətin keyfiyyəti olduğu kimi qalıb. Kotteclər təmir edilməyib. Turistlər gəlir, vəziyyəti görür, bəyənmirlər. Alternativ yol axtarırlar ki, xərcləri az çıxsın, yaxşı istirahət etsinlər. Turistlərin sayı həftəsonu daha çox olur. Hətta qalmağa yer çatmır”. Onun deməsinə görə, kənd turizmi bu il daha çox diqqəti cəlb edir: “Otellərdə qiymətlərin artması nəticəsində kənd turizmi meydana çıxıb. Otellər adamların sayına görə pul alır. Kənd yerində bir evdə beş-altı nəfər qalsa da, qiymət yerində qalır. Kəndlərdə evlərini turistlərə kirayə verənlərin sayı da kütləvi şəkildə artıb. Üstəlik, evlərin qiymətləri də artıb”. Bu vəziyyət turizm üçün cəlbedici olan digər regionlarda da müşahidə edilir. Ümumiyyətlə, indi regionlarımızdakı istirahət mərkəzləri və otellərin adambaşına bir günlük istirahət qiymətləri orta hesabla 100 manatdan baha başa gəlir. Belə olduğu təqdirdə bir həftəlik qiymət ən azı 800 manat edir. Həmin qiymətə isə turizm şirkətlərinin təklif etdiyi xaricdə istirahət paketlərini dəyərləndirib, məsələn, aviabilet, sığorta daxil olmaqla Türkiyənin kurort zonalarında istirahət etmək mümkündür. Elə bu səbəbdən, hər il olduğu kimi, indi də regionlarımızdakı bəzi istirahət qiymətlərinə nəzər saldıqda əksər şəxslər ya xaricə üz tutur, ya da istirahətdən imtina edir. Burada o da qeyd edilməlidir ki, istirahət qiymətlərinin formalaşmasına üç əsas xidmətin qiyməti təsir göstərir. Bunlar nəqliyyat, yerləşdirmə müəssisəsi və iaşə obyektlərinin göstərdiyi xidmətlərdir. Nəqliyyat xərcləri ilə bağlı ekspertlər bildirir ki,  Azərbaycanda taksi xidmətləri ucuz olsa da, aviaşirkətlərin qiymətləri çox bahadır. Yerləşdirmə müəssisəsi və iaşə obyektlərində də qiymətlər yüksəkdir və bu da daxili turizmin inkişafına mənfi təsir edir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ