Cümə axşamı günü, 26 noyabr 2026
     

Dünya iqtisaiyyatı batır, Azərbaycan barədə xəfif proqnozlar…

Image


Dünya iqtisaiyyatı  kəskin problemlər məngənəsində boğulmaqda davam edir. Hadisələrin inkişaf axarı isə bəzi ölkələrin iqtisadi tənəzzüldən xilas ola bilməyəcəyini göstərir. Bunu beynəlxlq maliyyə qurumları da təsdiq edir.

Bildirilir ki, qlobal iqtisadiyyatda tənəzzül risqləri artıb. Bu fonda Beynəlxalq Valyuta Fondu 2022-ci ilin çətin il olduğunu etiraf edib. 2023-cü ilin isə daha da çətin olacağı proqnozlaşdırılır. Xatırladaq ki, bir müddət əvvəl qurum qlobal iqtisadiyyat üçün proqnozun növbəti dəfə pisləşdiyini və qlobal tənəzzül risqlərinin artdığını açıqlayıb. Fond tərəfindən bu il üçün qlobal iqtisadi artım proqnozu 4,4%-dən 3,6%-ə endirilib. Digər maliyyə təşkilatları da hesab edirlər ki, qlobal geosiyasi və geoiqtisadi proseslər dünya iqtisadiyyatını daha çətin fazaya doğru sürüklənir, iqtisadi böhran riski daha da artır. Bir tərəfdən,əksər ölkələrdə koronavirusa yoluxma sayında yenidən artımlar var, digər tərəfdən Rusiya-Ukrayna müharibəsi avrozona daxil olmaqla əksər aparıcı dövlətlərinin iqtisadiyyatına mənfi təsirini artırır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu bu şəraitdə Dünya Bankı tərəfindən  4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. ABŞ, Çin, Hindistan, Rusiya və əksər ölkələrin də iqtisadiyyatı üçün bədbin proqnozlar səslənir. Qeyd edilənlər fonunda Azərbaycanda fərqli vəziyyət nəzərə çarpır. Məsələn, məlumdur ki, bu ilin altı ayında Azərbaycan iqtisadiyyatı 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənayesi 11,5% artıb. Əhalinin gəlirləri təxminən 20% çoxalıb.  Bu artım tempini Azərbaycan cari il ərzində qoruyub saxlaya biləcək. Bunu beynəlxalq maliyyə qurumları da etiraf edir. Elə bu fonda “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi diqqəti ona yönəldir ki, Azərbaycan yüksək neft-qaz qiymətlərindən dəstəklənən güclü iqtisadi bərpa ilə Rusiya-Ukrayna böhranını dəf edir.Agentlik hesab edir ki, Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsirə malik olub. Reytinq agentliyi davamlı iqtisadi fəaliyyətin getdikcə daha güclü biznes imkanlarına və banklar üçün daha yaxşı aktiv keyfiyyətinə çevriləcəyini və bankların müstəqil kredit profillərini yaxşılaşdıracağını gözləyir.

Xatırladaq ki, elə bu günlərdə “Moody's Investors Service” Azərbaycan hökumətinin uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borcunu “Ba2” səviyyəsindən “Ba1”ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib. Reytinqin yüksəldilməsi son illər siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları önləmək qabiliyyətinin artması deməkdir. Bu xüsusda qurum bildirir: “Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ehtiyatlı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır”. “Moody's” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacaq. Eyni zamanda, “Moody's” Azərbaycanın yerli və xarici valyutada reytinqini müvafiq olaraq “Baa3” səviyyəsindən “Baa2”yə və “Ba2”dən “Ba1” səviyyəsinə qaldırıb. Bu da ölkənin maliyyə müstəvisində mövqelərinin daha da güclənməsi deməkdir. “Moody's” ölkə iqtisadiyyatında qeydə alınanların bank sektoruna da müsbət təsir göstərəcəyini bildirir. Qeyd olunur ki, Azərbaycan bankları daha güclü iqtisadi aktivlik və kifayət qədər valyuta axını təmin edən yüksək neft qiymətləri sayəsində sabit valyuta ilə dəstəklənən təkmilləşdirilmiş əməliyyat mühitindən faydalanacaq. Agentlik Azərbaycan bankları üçün əməliyyat mühitinin 12-18 ay ərzində yaxşılaşacağını bildirir, bunu isə Azərbaycanın suveren reytinqinin yüksəldilməsi sübut edir: “Koronavirus pandemiyası zamanı dözümlülük nümayiş etdirən, əksər ölkələrlə müqayisədə daha kiçik tənəzzülə səbəb olan və sabit valyutanı qoruyan Azərbaycan yüksək karbohidrogen qiymətləri ilə dəstəklənən güclü iqtisadi canlanma ilə Rusiya-Ukrayna böhranının mənfi təsirlərini uğurla dəf edir. Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsir göstərib və bu il Azərbaycanın real ÜDM-nin 4 % artacağı gözlənir. Azərbaycan banklarının uzunmüddətli reytinqləri üzrə stabil proqnoz, onların maliyyə göstəricilərinin güclü qalacağına dair gözləntiləri əks etdirir. Azərbaycan banklarının vaxtı keçmiş kreditləri üzrə əmsalı 2019-cu ilin sonundakı 9,4 %-dən 2021-ci ilin sonunda 4,7 %-ə enib”. “Moody's” hazırkı yüksək neft qiymətlərinin və daha güclü iqtisadi artımın növbəti 12-18 ay ərzində bankların aktivlərinin keyfiyyətini dəstəkləyəcəyini gözləyir: “Nəticə etibarilə bankların vaxtı keçmiş kreditləri üzrə əmsalı məhdud aşağı yönlü risqlə birliktə sabit qalacaq. Neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına ümumilikdə müsbət təsir göstərir, valyuta likvidliyinin artması isə xarici valyutada borcalanların ödəmə qabiliyyətini dəstəkləyərək manatı sabit saxlayacaq”. Ümumilikdə görülən işlər, postpandemiya və postmüharibə dövründə qeydə alınan iqtisadi artım Azərbaycanda inkişaf tempinin bundan sonra da qorunub saxlanacağını göstərir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ