Bazar günü günü, 11 oktyabr 2026
     

Manat və rubl əsas regional valyutaya çevrilir

Image


Məlum olduğu kimi, Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə bu xüsusda həmkarı Vladimir Putinlə razılıq əldə edildiyini bildirib: “Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq.

Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, “Mir” kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və otel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb”.

Rusiya baş nazirinin müavini Aleksandr Novak da bildirib ki, prezidentlər Rusiya qazının Türkiyəyə tədarükünü rublla hissə-hissə ödəməyə başlamağa razılaşıblar: “Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə nəql olunan qazın tədarükü müzakirə olunub: ildə 26 milyard kubmetr. Danışıqlar zamanı prezidentlər razılaşıblar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödənişi rublla edəcəyik. Söhbət mərhələli şəkildə milli valyutalara keçiddən gedir və birinci mərhələdə tədarükün bir hissəsi rus rublu ilə ödəniləcək. Bu, həqiqətən də yeni mərhələdir, yeni imkanlardır, o cümlədən pul-maliyyə münasibətlərimizin inkişafı üçün”. Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri maliyyə-bank blokunu müzakirə ediblər, bu sahədə razılaşmalar əldə olunub: “Fəal müzakirə olunan sahələrdən biri də odur ki, kommersiya şirkətlərimizin, vətəndaşlarımızın turist səfərləri zamanı ödəniş edə bilməsi, ticarət çərçivəsində pul mübadiləsi apara bilməsi üçün biz maliyyə-bank blokunu müzakirə etdik ki, bunun üzərində böyük razılıqlar da əldə olunub. Danışıqlar çərçivəsində çox mühüm qərarlar qəbul edilib ki, bunlar əslində ticarət, iqtisadiyyat və demək olar ki, bütün sahələrdə əlaqələrimizin inkişafında yeni səviyyəyə qalxır. Biz prezidentlərin qarşıya qoyduğu tapşırığı yerinə yetiririk ki, ticarət dövriyyəsini 100 milyard dollara çatdıraq, biznesimizlə əlaqə saxlamağa imkan verən prosedurları sadələşdirək, ölkələrimiz arasında, bütün istiqamətlərdə iqtisadi əməkdaşlığı, o cümlədən ticarət və ticarət sahəsində əlaqələri inkişaf etdirək”. Dövlət başçıları Soçidəki danışıqların yekunlarına görə, ticarətin həcmini artırmaq, iqtisadiyyat və energetika sahələrində yarı yolda görüşmək, o cümlədən nəqliyyat, ticarət, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq üçün addımlar atmaq barədə razılığa gəliblər. Qeyd edək ki, Rusiya və Türkiyə uzun müddətdir dollar asılılığından xilas olmaq üçün cəhd edirlər. Hazırda xeyli güclənın rus rublu bunun üçün yeni imkanlar açıb. Eyni zamanda ticarətin rublla həyata keçirilməsi dollar vasitəsilə ABŞ-ın Türkiyı və Rusiya iqtisadiyyatlarına təsir imkanlarını zəiflədir.  Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanal da ticarətdə Rusiya milli valyutalarla dövriyyəni əhəmiyyətli dərəcədə artıra bilib. Ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla həyata keçirilir və bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici neqativ amillərə o qədər də həssas deyil, qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. Onu da xatırladaq ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə əsasən, Rusiya və Azərbaycan milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmalıdırlar. Artıq bu istiqamətdə iş gedir. Ölkələrimiz arasında ikitərəfli ticarəti həyata keçirən bankların üzərinə isə məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün yeni kanallar tapmaq tapşırılıb. Bütün bunlar fonunda Azərbaycanın Rusiya ilə ticarətində dollar artıq arxa plana keçir. Rublla yanaşı, Azərbaycan manatının da qarşılıqlı ticarətdə istifadə həcmi artır. Eyni fikirləri Türkiyə barədə də demək olar.

Xatırladaq ki, Azərbaycan manatı artıq Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib. Türkiyə Mərkəzi Bankının məlum qərarından sonra manatın regional valyutaya çevrilmə şansı da əhəmiyyətli dərəcədə yüksəlib. Məsələ burasındadır ki, Azərbaycan manatı Türkiyə ilə yanaşı qonşu İran və Gürcüstanda da geniş istifadə edilir. İndi Türkiyə Mərkəzi Bankının bu addımından sonra İran və Gürcüstan Türkiyə ilə ticarət əməliyyatlarını manatla apara bilər. Bu da həmin ölkələrin dollar və avrodan asılılığının aradan qalxması üçün mühüm önəm kəsb edir. Çünki manatı əldə etmək və onu Türkiyə ilə ticarətdə istifadə edə bilmək üçün əlverişli şərait yaranıb. Hadisələrin indiki inkişaf axarı isə bu qənaətə gəlməyə əsas verir ki, manat artıq regional valyutaya çevrilir. Ümumiyyətlə, gözləntilər bundan ibarətdir ki, regionda manat və rubl ticarət dövriyyəsində istifadə olunan əsas pullar olacaq. Hazırda Azərbaycanın və Rusiyanın malik olduğu valyuta rezervləri və beynəlxalq bazarlarda vəziyyət bu ölkələrdə makroiqtisadi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın və rublun məzənnəsini bundan sonra da sabit saxlamaq üçün bütün imkanlar var. Elə bu üzdən həmin valyutalarla ticarətdə region ölkələri getdikcə dollardan imtina edir. Hesab edilir ki, bu ölkələrlə ticarət milli valyutalar üzərindən həyata keçirilsə, manat və rubl tezliklə regional valyutaya çevrilə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ