Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən İşçi Qrupun tərkibi aşağıdakı kimidir:
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.