Mərkəzi Bank avtomobil sürücülərinin icbari sığorta haqqını dəyişdi - azalma, ya artma?

İlkin İbrahimov: “Vətəndaş buna uyğun olaraq daha çox, yaxud daha az sığorta haqqı ödəməli olacaq, bu əslində…”

img

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” təsdiq edilib.

Qaydalara əsasən, yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkən müqavilə bağladığı sığortaçıya birbaşa müraciət edəcək. Eləcə də risq amilləri üzrə yeni əmsallar müəyyən edilib, bonus-malus sisteminə dəyişikliklər edilib. Qeyd edək ki, yol-nəqliyyat hadisələri ilə bağlı sürücülər adətən sığota şirkətlərinin zəif fəaliyyətindən şikayətlənirlər.

Maraqlıdır, yeni qərarla Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları necə hesablanacaq?

  • “Sığorta haqları ilə bağlı qaydalarda müəyyən dəyişiklik oldu, bir neçə il əvvəl…”

Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov  bildirdi ki, sığorta haqları ilə bağlı qaydalarda müəyyən dəyişiklik oldu. Bir neçə il əvvəl qaydalar icbari sığorta haqqında qanunla müəyyən olunurdu: “Hazırda qanunvericilikdə motora görə, sığorta haqqının müəyyən olunması qaydası var. Baza sığorta haqqı olaraq 50 manat müəyyən olunur. Lakin burada bir neçə düsturdan istifadə olunur. Bu düsturların istifadə olunma qaydası müəyyən olunacaq ki, həmin düsturlar əsasında avtomobilin növü, istehsal tarixi, sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobilin sürüldüyü regiona görə əmsallar bölünür".

Ekspertin sözlərinə görə, Bonus sistemi də bütün bunların üzərinə əlavə edilir, yaxud çıxılır: "Məsələn, avtomobillə bağlı əmsal 1 olarsa (1 əmsal = minimal olaraq 50 manat əvvəlki qayda üzrə) bunlar qeyd edilən düsturlarla vurulur. Sonda Bonus sistemi də onun üzərinə gəlinir. Beləliklə, vətəndaş buna uyğun olaraq daha çox, yaxud daha az sığorta haqqı ödəməli olacaq. Bu, əslində mütərəqqi ideyalardan biridir. Hazırki dövrdə Bonus sisteminin işlədiyi ölkəmizdə Malus sisteminin də tətbiqinə oktyabrın 1-dən başlanılacaq".

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər