Cümə axşamı günü, 26 noyabr 2026
     

Qəzet kağızı ƏDV-dən azad olunandan sonra bir az da bahalaşdı - son bir ayda 100 dollar...

Image


Bu ilin may ayında Nazirlər Kabineti idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısını təsdiqləyib. ƏDV-dən azad edilən kağız məhsulları sırasında qəzet kağızı da var. Qəzet kağızı ƏDV-dən azad edildikdən sonra bir az da  bahalaşıb. Halbuki, qəzet kağızının qiymətində ucuzlaşma gözlənilirdi.

Qəzet kağızının qiymətinin bir qədər də bahalaşması redaksiyaları hansı çətinliklərlə üzləşdirir?

  • Şakir Ağayev: “ƏDV-dən azad edildikdən sonra biz onun daha da ucuzlaşacağını gözləyirdik, çox təəssüf ki, əksini gördük”

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, bu olduqca aktual məsələdir və hər bir qəzet redaksiyasını, rəhbərliyini ciddi narahat edir: “Qəzet kağızı ƏDV-dən azad edildikdən sonra biz onun daha da ucuzlaşacağını gözləyirdik, çox təəssüf ki, əksini gördük. Hazırda bu sahədə bahalaşma prosesi baş verir. Bilirsiz, bunun səbəbi həm daxili, həm də xarici amillərlə bağlı ola bilər. Birincisi, çox istərdim ki, aidiyyatı qurumlar, bu işlə məşğul olanlar, kağız biznesi ilə məşğul olan şirkətlər bahalaşmanın səbəblərinə aydınlıq gətirsin. Eyni zamanda da Gömrük Komitəsi və qəzet kağızını ölkəmizə gətirən sahibkarlar açıqlama verib bahlaşmanın səbəblərini izah etməli idi. Prezidentin bu yöndəki sərəncamının məqədi bu idi ki, qəzet kağızı ƏDV-dən azad olunsun və bu da çap mediasının inkişafına təkan olsun, qəzet kağızının qiymətləri ucuzlaşsın, mətbələrdə qəzetlərin çap xərci azalsın. Prezidentin sərəncamı qəzetləri əlavə yüklənmədən xilas etmək üçündür. Amma bu gün bazarda bahalaşma baş verir, bu da qəzertlərin iqtisadi çətinliyini artırır”.

Bahalaşmaya səbəb ola biləcək xarici amillərin hansılar olduğuna gəlincə, Ş.Ağayev qeyd etdi ki, Rusiya, Ukrayna hadisələri nəticəsində, ola bilsin, Rusiyanın özündə qiymətlər artıb. Onun  vurğuladığına görə, bununla belə Azərbaycan və Rusiya arasında sazişlər, əmtəə dövriyyəsi var ki, bu Azərbaycana o qədər təsir etməməlidir. “Bilirsiz ki, Azərbaycanda yerli malın qiyməti qalxanda belə bunu xarici amillərlə daha çox bağlayırlar. Ucuzlaşanda xarici amillər Azərbaycana təsir etmir, amma bahalaşanda edir”.

Gömrük Komitəsinin və ölkəyə qəzet kağızı gətirən  sahibkarların bu məsələyə aydınlıq gətirməli olduğunu deyən Ş.Ağayev hesab edir ki, qəzet kağızının ölkəyə gətirilməsi sahəsində monopoliya olduğu barədə əlində fakt yoxdur, amma daha çox sahibkar qəzet kağızı gətirməyə çalışmalıdır, ucuzluq olması üçün bu məqsədə uyğun olardı.

  • Elçin Mirzəbəyli: “Əgər müqayisə aparsaq və ƏDV-nin də qəzet kağızının üzərindən götürüldüyünü nəzərə alsaq, qiymətlərin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin isə məsələyə mövqeyi belə oldu: “Sizin sualınızdan sonra qəzet kağızının qiyməti ilə bağlı dünya bazarında olan rəqəmlərə diqqət yetirdim. Bildiyim qədər, biz qəzet kağızını əsasən Rusiyadan alırıq. Rusiyada topdansatış qiymətlər bir tona görə təxminən 620 dollar təşkil edir. Təbii ki, bunun daşınma xərcləri və sair var. Mən iqtisadçı deyiləm və bu kontekstdən tam dəqiqliyi ilə bütün rəqəmlərə münasibət bildirə bildirə bilmərəm. Amma əgər müqayisə aparsaq və ƏDV-nin də qəzet kağızının üzərindən götürüldüyünü nəzərə alsaq, qiymətlərin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Ümumiyyətlə, Azərbaycanda qiymətlərin bahalaşmasının iqtisadi əsasları olmur. Bahalaşmanı hansı əsaslarla həyata keçirirlərsə, bunu bugünə də müəyyənləşdirə bilməmişəm. Şübhəsiz ki,  istisnalar da var.  Yəni dünya bazarında ərzaqla bağlı müəyyən problemlərin olması üzündən bizdə də ərzaq məhsullarının qiymətinin arması məsələsinə müəyyən qədər anlayışla yanaşmaq olur. Amma bu halda da qiymət artımı Azərbaycandakı qədər olmur. Biz hər zaman bütün trendləri aşıb keçirik. Tutaq ki, hər hansı bir ölkədə qiymət artımı 1 manat civarında baş verirsə bizə həmin qiymət mütləq 3-ə vurulmalıdır. Eyni yanaşma tərzi kağıza münasibətdə də nəzərə çarpmaqdadır. Amma düşünürəm ki, bu məsələlərə ciddi yanaşmaq lazımdır. Qiymət nə üçün artıb, hansı əsaslar var, səbəblər nədən ibarətdir? Mətbuat mahiyyət etibarı ilə qismən nəfəs alacağına ümid bəsləyirdi...Nəzərinizə çatdırım ki, kağız üzərindən ƏDV-nin götürülüməsi və bütövlükdə vergi güzəştləri mahiyyət etibarı ilə ölkənin media sektorunda həyata keçirilən islahatlarən tərkib hissəsidir. Burada müxtəlif konponentlər var”.  E.Mirzəbəylinin sözlərinə görə, hüquqi bazanın formalaşdırılmasından başlamış medianın iqtisadi müstəqilliyinin təmin edilməsinə, mediaya vergi güzəştlərinin tətbiq edilməsinə qədər görülən bütün işlərin məqsədi  medianın, xüsusən də çap mediasının özünə gəlməsi, inkişaf etməsinə dəstək olmaqdır:  “Mahiyyət etibarı ilə bu gün ortaya rəqabətə davamlı məhsullar qoymaq imkanına malik olsun. Amma indiki şəraitdə prosesin əks istiqamətdə getdiyinin şahidi oluruq. Bir tərəfdən dövlət mediaya güzəştlər tətbiq edir, digər tərəfdən isə hanısa maraqlar bu güzəştlərin tam mənasında medianın həyatına təsir göstərməsinə maneə yaradırlar. Düşünürəm ki, ümumiyyətlə kağızın beynəlxalq bazardakı qiyməti ilə Azərbaycandakı satış qiyməti araşdırılmalıdır. Bununla bağlı məsələyə iqtisadçılar konkret rəqəmlər üzərindən münasibət bildirsələr çox yaxşı olar. Amma mən təbii ki, indiki şəraitdə internet axtarış sistemlərindən istufadə edərək Rusiya bazarında bir neçə kağız satışı ilə məşğul olan şirkətin son qiymətlərinə diqqət yetirdim. Hətta daşınma xərclərini maksimal dərəcədə həmin qiymətlərin üzərinə gəlsək belə, Azərbaycandakı qiymətlərlə müqayisə etmək mümkün deyil”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ