Bazar günü günü, 11 oktyabr 2026
     

Qiymət artımı Qərb iqtisadiyyatını çökdürür, baş verənlər Azərbaycanda da diqqətlə izlənilir

Image


Qiymət artımı dünya iqtisadiyyatı üçün ciddi problem olaraq qalmaqda davam edir. İndi ən inkişaf etmiş ölkələr belə bundan ciddi əziyyət çəkir. Məsələn, ötən ay ABŞ-da inflyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir.

ABŞ-ın Əmək Departamentinin son hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib. Ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb. ABŞ-da yanacağın qiyməti də artmaqda davam edir. CNN-in məlumatına görə, ölkədə 1 qalon benzinin (4,55 litr) qiyməti 5 dollara çatıb. Bu da illik əsasda təxminən 62% artım deməkdir. Ötən ilin iyununda 1 qalon benzin 3,07 dollar idi. Xatırladaq ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen inflyasiyanın yaxın perspektivdə yüksək qalacağını və bunun ölkənin əsas iqtisadi probleminə çevrildiyini bildirmişdi. O, həm özünün, həm də Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelin inflyasiya ilə bağlı proqnozlarda yanlışlığa yol verdiklərini etiraf edib. Avropa ölkələri də inflyasiyadan ciddi əziyyət çəirlər. May ayında avrozona ölkələrində qiymətlər aylıq bazada rekord 8,1% səviyyəsinə çatıb ki, bu da proqnozlaşdırılan 7,8%-dən yüksəkdir.

Qiymət artımının daha çox enerji resursları (39,2%), ərzaq, alkoqollu içkilər və tütün məmulatları (7,5%) və qeyri-enerji sektorunun sənaye məhsulları (4,2%) sahələrində müşahidə olunduğu bildirilir. İllik əsasda may ayında orta qiymətlər ən çox Estoniyada (20,1%), Litvada (18,5%) və Latviyada (16,4%) yüksəlib. Avrozonada inflyasiya yeddinci aydır ki, rekord sürətlə artır.  Avrozonadan çıxan Böyük Britaniyada da qiymətlər durmadan yüksəlir. Burada ilk dəfə olaraq avtomobilin standart 55 litrlik yanacaq çənini benzinlə doldurmaq xərci 100 funt sterlinqi (təxminən 125 dollar) ötüb. Böyük Britaniyanın RAC kompaniyasının məlumatına görə, iyunun 8-dən bir litr benzinin orta qiyməti 1,82 funt sterlinqə (2,28 dollar) qalxıb və beləliklə, avtomobilin yanacaq çənini tam doldurmaq 100,3 funt sterlinqə başa gələcək. Dizel mühərrikli avtomobillər üçün bu məbləğ 103,4 funt sterlinq (129,48 dollar) təşkil edəcək. Belə ki, Birləşmiş Krallıqda dizel yanacağının litrinin orta qiyməti 1,88 funt sterlinqə (2,35 dollar) çatıb. Britaniyada il ərzində benzinin orta qiymətində 40 faizlik, dizel yanacağının qiymətində təxminən 43 faizlik bahalaşma qeydə alınıb. Ölkədə illik inflyasiya 10 faizə qədər sürətlənib ki, bu da son 40 ilin ən yüksək göstəricisidir. İngiltərə Bankının məlumatına görə, ilin sonuna bu rəqəm 12 faizi ötə bilər. Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın həyat standartlarında 1950-ci illərdən bəri ən böyük enişin ola biləcəyi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, pərakəndə ticarət şəbəkələri inflyasiyanın artması səbəbindən qiymətləri artırmağa davam edirlər.

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard yüksək inflyasiyanın hər kəs üçün əsas problem olduğunu etiraf edir. Laqard Ukraynadakı müharibənin təsiri də daxil olmaqla, enerji və ərzaq qiymətlərinin artması səbəbindən may ayında inflyasiya nisbətinin gözləniləndən daha yüksək seviyyəyə çatdığını bildirib. Rusiya -Ukrayna müharibəsinin Avropa qitəsi başda olmaqla iqtisadiyyatları sıxışdırdığını, qlobal ticarəti əngəllədiyini, material qıtlığına, enerji və əmtəə qiymətlərinin artmasına səbəb olduğunu ifadə edən Laqard enerji qiymətlərindəki artışdan qısa müddətdə iqtisadi fəaliyyətlərin zərər görəcəyinə diqqət çəkib. Oeyd edək ki, Avropa Mərkəzi Bank 2022-ci il üçün Avrozonada iqtisadi artım proqnozunu 3,7 faizdən 2,8%-ə, gələn il üçün isə 2,8%-dən 2,1%-ə endirib. Rusiya prezidenti Vladimir Putin isə bəyan edir ki, Qərb ölkələrinin iqtisadi siyasətdəki çoxillik səhvləri və qeyri-legitim sanksiyaları qlobal inflyasiya dalğasına, ənənəvi logistik və istehsal zəncirlərinin dağılmasına, yoxsulluğun kəskin artımına və ərzaq defisitinə səbəb olub: “Rusiyanın özündə isə  qiymət artımı mayın ikinci yarısından dayanıb, indi inflyasiya sıfır səviyyəsindədir. İnflyasiya nəzarət altına alınıb. Eyni zamanda, mayın ikinci yarısından başlayaraq qiymət artımı tamamilə dayanıb. Hakimiyyət bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərini diqqətdə saxlamalıdır. Burada müsbət cəhətlər var, xalqın dediyi kimi, müəyyən tələ də var, ona görə də vəziyyəti ən diqqətli şəkildə təhlil edib vaxtında qərarlar qəbul etmək lazımdır və həqiqətən biz bunu edirik”. İndi əksər proqnozlar Rusiya-Ukrayna qarşıdurmasının, Qərb ölkələri tərəfindən Rusiyaya tətbiq edilən sanksiyaların getdikcə daha da sərtləşməsi fonunda qiymət artımlarının davam edəcəyini göstərir. Xüsusən də Qərb ölkələrinə Rusiyadan idxal edilən neft-qaz resurslarının miqdarının kəskin azaldılması ilə bağlı ABŞ və Avropa dövlətləri arasında aparılan müzakirələr investorları, treyderləri və istehlakçıları daha çox narahat etməkdə, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olmaqdadır. Hazırda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Ölkəmizdə cari ilin ötən dövründə 12 faizdən artıq inflyasiya qeydə alınıb. Lakin əhalinin pul gəlirləri bundan artıq olub. İndilikdə dünyadakı qiymət artımlarının ölkə iqtisadiyaytına mənfi təsirlərinin neytrallaşdırılması üçün adekvat tədbirlər görülür. İnflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması hökumətin xüsusi diqqət mərkəzindədir. Xüsusən də idxal inflyasiyasının məhdudlaşdırılması əsas prioritetlər sırasında yer alır. Bu fonda minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının və bir sıra digər məmulatların yerli istehsal hesabına təmini üçün zəruri tədbirlər görülür.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ