Bazar günü günü, 16 avqust 2026
     

Dünya ölkələri rekord inflyasiyalarla çalxalanır...

Image


Bu gün dünya ölkələri üçün ciddi problem mənbəyinə çevrilən məsələlərdən biri də müxtəlif məhsullar üzrə qiymətlərdə qeydə alınan artımlardır. Bu vəziyyətdə ABŞ prezidenti Cozef Bayden bəyan edir ki, rekord inflyasiya ölkənin lənətinə çevrilib.

Əhalinin administrasiyanın yürütdüyü siyasətdən narazılığı barədə suala Bayden belə cavab verib: “İnflyasiya lənətdir. O, əsasən məhsulların və benzinin qiymətinə təsir edir”. Neft sənayesinin analitiki, “Lipow Oil Associate” konsaltinq firmasının prezidenti Endi Lipou ABŞ-da benzinin qiymətlərinin tezliklə ölkə üzrə orta hesabla hər qallona 5,05 dolları keçəcəyini deyib. Lipou ölkə üzrə orta göstəricinin yaxın 10 gün ərzində bu səviyyəyə çatacağını bildirib. Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, yanacaqdoldurma məntəqələrində benzinin qiymətləri mart ayında 4,33 dollar olub. Bu rəqəm bazar ertəsi rekord səviyyəyə qalxaraq 4,87 dollara yüksəlib. Bir il əvvəl bir qallon benzinin ölkə üzrə orta qiyməti 3,05 dollar idi. Beynəlxalq qeyri-kommersiya təşkilatı “Oxfam”ın son hesabatında deyilir ki, ABŞ-da yoxsulların gəlirlərinə ən çox zərbə vuran ərzaq və enerjinin sürətlə artan qiymətləri qlobal bərabərsizliyi artıracaq.  Xatırladaq ki, daha əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen inflyasiyanın yaxın perspektivdə yüksək qalacağını və bunun ölkənin əsas iqtisadi probleminə çevrildiyini bildirmişdi. O, həm özünün, həm də Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelin inflyasiya ilə bağlı proqnozlarda yanlışlığa yol verdiklərini etiraf edib. Amma yüksək inflyasiya təkcə ABŞ üçün problem deyil. Avropa ölkələri də eyni çətinliklə üz-üzədir. Fransanın maliyyə naziri Brüno Le Mer bildiriri: “Hazırda Fransa həftələr və ya aylarla davam edə biləcək inflyasiya pikini yaşayır”. Nazir bu şəraitdə hakimiyyətin yerli kənd təsərrüfatı məhsullarının alınması üçün çek tətbiq etmək niyyətində olduğunu, avtomobil yanacağına endirimlərin isə avqust ayının sonuna qədər davam edəcəyini bildirib. Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, Fransada istehlak qiymətləri indeksi may ayında illik ifadədə 5,8 faiz artıb. Bu, enerji tariflərində, xidmət sektorunda, o cümlədən ərzaq və sənaye mallarında qiymət artımının sürətlənməsi ilə bağlı olub. Ötən həftə Qərbin Rusiya neftinə tətbiq etdiyi yeni sanksiyalar fonunda dünya bazarlarında yanacağın qiymətinin artması Fransadan da yan keçməyib. Hökumətin avtomobil yanacağına tətbiq etdiyi endirimə baxmayaraq, yanacaqdoldurma məntəqələrində qiymətlər yenidən psixoloji həddi – bir litr üçün iki avro səviyyəsini keçib. May ayının yekunlarına əsasən, digər Avropa ölkəsi olan Avstriyada inflyasiya 1975-ci ilin sentyabrından sonra maksimum həddə çatıb. Məlumata görə, ölkədə inflyasiya səviyyəsi 8 faiz təşkil edib. İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib.Enerji qiymətlərindəki yüksək artımlar inflyasiyanın hərəkətverici qüvvəsi olmaqda davam edir. İnflyasiya göstəricisi apreldəki yavaşlamadan sonra may ayında yenidən yüksəlib. Belə ki, may ayında İtaliyada inflyasiya 6,9 faiz səviyyəsində olub. Bu, 1986-cı ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir.

Almaniyada qida məhsulları və kommunal xidmətlər də daxil olmaqla hər şeyin qiyməti artıb. Almanlar artıq ehtiyat etməyə başlayıblar ki, yaxın gələcəkdə onların pulları, hətta əsas qida məhsulları almağa belə çatışmayacaq. Son aylarda, demək olar ki, bütün qida məhsulları bahalaşıb. İnsanların başqa alış-veriş üçün qalan pulları get-gedə azalır. Bu isə ailələrin maddi rifahına mənfi təsir göstərir. Artıq heç kəs şübhə etmir ki, yüksək qiymətlər Ukraynadakı vəziyyətlə birbaşa bağlıdır. Bu ölkədəki vəziyyət istehlakçıları əvvəlki kimi narahat edir. İngiltərə və digər Avropa ölkələrində də inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb. Ümumiyyətlə, avrozonada istehsalçı qiymətləri indeksi aprel ayında martla müqayisədə 1,2 faiz, keçən ilin müvafiq ayına nisbətən isə 37,2 faiz artıb. Hesabat dövründə Avropa İttifaqı ölkələrində istehsalçı qiymətləri illik müqayisədə enerji sektorunda 97,2 faiz, aralıq məhsullarda isə 25,4 faiz artıb. Qeyd edək ki, may ayında Avrozonada inflyasiya yeni rekord göstəriciyə - 8,1 faizə yüksəlib. Qonşularımızdan Türkiyədə qiymət artımı 50 faizə çatıb. Rusiyada bu göstərici 10 faizi keçir. İranda qiymət artımalrı 60 faizdən yuxarıdır. Digər dünya ölkələrində də analoji durum müşahidə edilir.  Koronavirus pandemiyası və Ukraynadakı müharibə Yaxın Şərq,  Şimali Afrikada ağır iqtisadi və sosial fəsadlara səbəb olub. Bu regionların ölkələrində inflyasiyanın rekord həddə çatacağı proqnozlaşdırılır. “The Global Economy” nəşri 2022-ci ilin sonunadək region ölkələrində inflyasiyanın səviyyəsi ilə bağlı məlumat yayıb. Cari ilin birinci rübündə Şimali Afrika və bütün dünya üzrə ən yüksək inflyasiya Sudanda (248 faiz) qeydə alınıb. Efiopiyada bu göstərici 54 faiz, Misirdə 10,66 faiz, Əlcəzairdə 9,53 faiz, Tunisdə isə 8,40 faizdir. Bu ölkələrdə ilin sonunadək inflyasiyanın səviyyəsinin daha da artacağı gözlənilir. Şimali Afrikanın hər beş ölkəsi ərzaq qıtlığı, xüsusən taxıl çatışmazlığı problemi ilə üzləşib. Yaxın Şərqin ölkələri sırasında ən yüksək inflyasiya Yəməndə (45,98 faiz) qeydə alınıb. Dünya bazarlarında xam neftin qiymətinin bahalaşması nəticəsində gəlirləri artan iki ərəb ölkəsində inflyasiyanın səviyyəsi ən aşağı həddədir. Belə ki, ilin birinci rübündə Səudiyyə Ərəbistanında 2,51 faiz, Qətərdə isə cəmi 1,18 faiz inflyasiya qeydə alınıb. Yaxın Şərq regionunun 16 ölkəsində inflyasiyanın orta həcmi 8,97 faiz təşkil edir. Dünya Bankının hesabatına görə, ən acınacaqlı vəziyyət Afrikanın Sahil və Buynuz regionundadır. İnflyasiyanın səviyyəsinin 40-50 faizə çatdığı bu ölkələrdəki problemlər Afrika İttifaqının sədri və Seneqal Prezidenti Maki Sallın rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə dilə gətirilib. Kəskin ərzaq qıtlığı olan Afrikada humanitar fəlakətin dərinləşdiyini bildirən ittifaqın sədri bildirib ki, qitə ölkələri Rusiya və Ukraynadan idxal etdikləri taxılın 45 faizindən məhrum olub.

Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir ki, bunun da əsas hissəsini idxal olunmuş inflyasiya təşkil edir. Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz təşkil edib. Hazırda hökumət inflyasiya göstəricilərinin aşağı salınması istiqamətində fəal iş aparır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ