Cümə axşamı günü, 26 noyabr 2026
     

Rus turistlərin Azərbaycana böyük axını başlayır

Image


Aparılan hesablamalar göstərir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 138 ölkəsindən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Rəqəmlər göstərir ki, Azərbaycana üz tutan turistlərin sayında yenidən ciddi artım qeydə alınır. Rusiya-Ukrayna müharibəsi fonunda isə ümumiyyətlə bu il ərzində ölkəmizə gələn turistlərin sayında böyük artım proqnozlaşdırılır. Xüsusən də rus turistlərin sayında əhəmiyyətli yüksəliş proqnozlaşdırılır.

Hazırda Rusiyanın tur operatorları xaricdə turizm proqramlarının artırılması üzərində işləməkdə davam edirlər. Bildilirilir ki, bu il rusiyalı turistlərin istirahət edə biləcəyi ölkələrin sayı cəmi 12-dir. Bu fonda “Fun&Sun” tur operatoru Rusiyadan Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Tailand, Qətər, Misir, Maldiv adaları, Seyşel adaları, Şri-Lanka, İndoneziya (Bali), Serbiya və Ermənistana birbaşa və ya üçüncü ölkələrlə reyslər təklif edir. Şirkət qeyd edib ki, aprelin 9-dan sonra Rusiyanın dünyanın 52 ölkəsinə, o cümlədən çarter reyslərinə COVİD məhdudiyyətlərini aradan qaldırması səbəbindən mövcud ölkələrin siyahısı genişlənə bilər: "Lakin bu proses vaxt və diqqətli araşdırma tələb edir, çünki bu, digər dövlətlər tərəfindən qoyulan məhdudiyyətlərdən, həmçinin birbaşa və ya əlaqə ilə hava hərəkətini təşkil etmək imkanlarından asılıdır". Hazırda əsas problem Türkiyə və Misir kimi ən kütləvi çıxış istiqamətlərində bazarın ehtiyaclarını ödəmək üçün sərfəli çarter reysi tapmaqdır. Lakin bununla yanaşı qeyd edilir ki, problem artıq həll olunmaqdadır. “Anex Tour” şirkətindən bildirilib ki, aprelin 29-dan "Türk Hava Yolları" (THY) Türkiyəyə uçuşlara başlayacaq. Tur operatorları xaricə səyahət edən turistlərə maksimum xidmət çeşidi və hər şey daxil yemək paketləri seçməyi tövsiyə edib.

Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin isə bildirib ki, Soçidən populyar uçuş istiqamətləri sırasında Azərbaycan da yer alıb. Onun sözlərinə görə, hazırda açıq əlçatan istiqamətlər üzrə yenilənmiş uçuş proqramları formalaşdırılır: "Nəqliyyat qovşağı olan Soçi hava limanının imkanlarından istifadə etmək olar. Hazırda təkcə Türkiyə və BƏƏ-yə deyil, Ermənistan, Özbəkistan, Azərbaycana da uçuşlar var və bu istiqamətlər populyardır". Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov isə qeyd edir ki, indiki halda Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub: “Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək. Ümumiyyətlə, Azərbaycana səfər edən rusiyalı turistlərin sayı artır”. Onun sözlərinə görə, Azərbaycan hər zaman turizm baxımından Rusiya üçün cəlbedici ölkə olub. Səfir qeyd edib ki, pandemiya səbəbindən Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı azalsa da, quru sərhədinin açılması, həmçinin “Mir” ödəniş kartının işə salınması rusiyalı turistlərin Azərbaycana axınının artmasına kömək edə bilər. "Mir" ödəniş sistemindən istifadə Rusiyadan azərbaycanlı miqrantların ölkəmizə vəsait göndərməsini də asanlaşdıra bilər. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı özü də ölkə vətəndaşlarına xaricə gedərkən nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunur: "Xaricə səfər zamanı nağd pul və “Mir” kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır". İndiki vəziyyətdə Azərbaycanın da  "Mir" ödəniş sisteminin ölkədə tətbiqi üçün müvafiq addımlar atması zəruri sayılır. Bununla yanaşı, Boçarnikov Rusiyanın bir sıra aviaşirkətin uçuşuna icazə verməsini Azərbaycana təklif edib və bildirib ki, bu, ölkələr arasında hava əlaqəsini aktivləşdirməyə imkan verə bilər. Ekspertlər hesab edir ki, müxtəlif məqsədli turizm səyahətləri ilə bağlı tələbin yüksək olması Rusiyadan və digər ölkələrdən Azərbaycana gələcək turistlərin sayına çox ciddi şəkildə təsir göstərə bilər. Gözlənilir ki, sektorun hazırlıq səviyyəsi, ölkədə mehmanxana nömrə fondunun yetərliliyi, daha çeşidli təkliflərin olması 2022-ci il üçün statistik göstəricilərə müsbət təsir edəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, 85-dən artıq ölkə ilə səyahət məhdudiyyətlərinin aradan qaldırılması da turizm axınında müsbət saldonun yaranmasına səbəb olacaq. Bu baxımdan, ekspertlərin fikrincə, dövlət-özəl sektor əməkdaşlığı dərinləşdirilməlidir. Hava daşımaçılığında liberallaşdırma siyasəti və hava limanlarının qovşaq rolunu oynaması üçün dövlətin subsidiya və dəstək mexanizmləri işlənib hazırlanmalıdır. Dünyanın əksər aviaşirkətlərinə bərabərhüquqlu biznes şərtləri yaradılmalıdır. İpək yolu layihəsi daha geniş tətbiq olunmalıdır. Tranzit turistlərin ölkədaxili səyahətləri stimullaşdırılmalıdır. Eləcə də mədəni turizm, işgüzar turizm, sağlamlıq turizmi, aqro turizm və digər alternativ turizm növlərinin inkişafı üçün bütün imkanlar təmin olunmalıdır. Turizmin inkişafına dəstək fondunun yaradılması da reallaşmalıdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ