BVF-nin direktor müavini Gita Gopinath bildirib ki, Rusiyaya qarşı sanksiyalar səbəbindən ABŞ dollarının dominant ehtiyat valyuta mövqeyini tədricən itirmək təhlükəsi ilə üzləşib.
Financial Times-a verdiyi müsahibədə Gopinathın fikrincə dollar bu mühitdə vacib qlobal valyuta olaraq qalır, lakin bu mövqenin aşağı düşmə ehtimalı çox yüksəkdir. Bəzi ölkələr artıq müxtəlif valyutalarla ticarət üçün danışıqlar aparır. Gopinath qeyd edib ki, digər valyutaların qlobal ticarətdə istifadə edilməsi Mərkəzi Bankların da ehtiyatlarında müxtəlifliyə səbəb olacaq.
Tahir TAĞIYEV