Bazar günü günü, 11 oktyabr 2026
     

Tikinti bazarında canlanma - evlər də, torpaq da bahalaşır...

Image


Azərbaycanda bir sıra tikinti mallarına tələb hələ də idxal hesabına ödənilir. Mütəxəssislər bildirir ki, müəyyən tikinti materiallarını başqa ölkələrdən idxal etdiyimiz üçün həmin məhsullar dünyada bahalaşdığından, ölkəmizdə də artım qaçılmaz olur. İndki halda isə Rusiya və Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bəzi tikinti materiallarının qiymətində artım var: “Bu da müəyyən dövr ərzində olacaq. Əsas səbəblər isə Ukrayna bazarlarında yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Buna görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin şəkildə bahalaşa bilər. Hazırda dik, karton məmulatları və dam örtüklərinin qiymətlərində 10% artım müşahidə olunur". Ümumiyyətlə, cari ildə qiymət artımı, əsasən, taxta və digər ağac materialları, gips, boyalarda, üzləyici materiallarda müşahidə olunur. Xüsusilə ağacdan hazırlanan tikinti materiallarının qiyməti ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb. Taxta satışı ilə məşğul olan sahibkarlar da qiymət artımını təsdiqləyir. Belə ki, müharibədən əvvəl taxtanın kubu 450 manat idi. Hazırda isə qiymət 500 manatı keçir. Bildirilir ki, müharibə davam etdiyinə görə taxta bazarına material əvvəlkindən az gəlir. Bundan başqa, taxta, eləcə də Rusiyadan gələn digər tikinti materiallarının qiymətinin artmasının əsas səbəbi rublun dəyər itirməsinə görədir. Rusiyada tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlar rublun məzənnəsinin düşməsinə görə ehtiyatlı davranırlar. Buna görə də ixracı azaldırlar. Belə olduğu təqdirdə ölkəmizin də bundan zərər çəkməsi qaçılmaz olur. İdxalın azalması fonunda tələbin yüksək olması qiymətlərin artmasına gətirib çıxarır. Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildə imzaladığı sərəncamla cari ilin yanvarın 1-dən etibarən oduncağın emal olunmamş formada idxalı qadağan edilib. Bu, o deməkdir ki, artıq yerli sahibkarlar xammal formasında ağac materialları idxal edə bilməz və son nəticə olan məhsul formasında ağac idxal edilir.  Bu isə malın maya dəyərində fərqin yaranmasına səbəb olur. Beləliklə də, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl artıq idxal olunan ağac materiallarının qiymətlərində artım qeydə alınır.  Onu da bildirək ki, Rusiya ağac materiallarının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır: Çin Rusiyadan ixrac olunan ağac materiallarının 50 %-ni, Özbəkistan və Azərbaycan isə hərəsi 9 %-ni alır. Bu isə çox böyük bir faizdir və özünü tikinti bazarında hiss etdirir. Taxtadan başqa dam örtükləri, döşəmə örtükləri, dəmir və dəmir məmulatları, armaturun qiymətləri də artır. Ekspertlər ölkəmizə idxal olunan ağac materiallarının yalnız Rusiyadan gəlmədiyini də bildirir. Rusiyadan idxal edilənlər sadəcə üstünlük təşkil edir. Bu sahədə alternativ bazar kimi Ukrayna və Qazaxıstan çıxış edir ki, Ukraynadan indiki dövrdə ağac materialları idxal etməyin özü çətin məsələdir. Belə olduğu halda bu sahədə sonuncu alternativ variant kimi Qazaxıstan bazarı çıxış edə bilər. Hazırkı situasiyada tikinti materiallarının, xüsusən də Rusiyadan idxal edilən tikinti materiallarının bahalaşması isə davam edəcək. Bu isə nəticədə tikintinin maya dəyərinə təsir etdiyindən tikinti bazarında da qiymətlərin artmasına səbəb olur. Elə əmlak eksperti Elnur Fərzəliyev də bildirir ki, torpaq sahələri və fərdi evlərin qiyməti yaz-yay mövsümündə artacaq: “Torpaq sahələrinə və fərdi evlərə tələbat yaz aylarından başlayır və avqust ayına qədər davam edir. Bu fəsillərdə hava mülayim, isti keçdiyi üçün insanlar inşaat işlərinə başlayır və üç-dörd ay ərzində yekunlaşdıra bilirlər. Hər il yaz-yay mövsümündə torpaq sahələrinə tələbat artdığına görə qiymət artımı da müşahidə olunur. Bakı və Abşeronda tikintiyə yararlı ərazilər az qalıb. Həmin sahələrin də qiyməti ilbəil artır". Onun sözlərinə görə, pandemiya başlayandan turistik regionlarda torpaq və ev alanların sayı artıb: "Pandemiya zamanı qoyulan məhdudiyyətlərə görə insanların həyət evlərinə meyili artıb. Vətəndaşların bölgələrdə torpaq və ev alması həmin yerlərdə daşınmaz əmlakın bahalaşmasına səbəb olur". Bahalaşmanı şərtləndirən səbəblərdən biri də tikinti materialalrının qiymət artımıdır.

Onu da qeyd edək ki, ölkə daxilində də istehsal edilən tikinti materiallarının qiymətində müəyyən artım var. Amma əsas qiymət etımı idxal məhsullarında özünü göstərir. Daha bir mühüm hal odur ki, idxal tikinti malları baha olduğundan yerli məhsullara tələb artır. Bu da daxili istehsalı artırır. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 121,4 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,8 % çoxdur. Son 1 ildə emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4 dəfə, asfaltın istehsalı 70,7 %, tikinti kərpicinin istehsalı 62 %, betondan yığma tikinti konstruksiyaların istehsalı 59,5 %, hörmə üçün hazır beton qarışığının istehsalı 52,1 %, tikinti gipsinin istehsalı 35,7 % artıb, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8,8 %, tikinti əhənginin istehsalı isə 43,1 % azalıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ