Rusiya parlamentinin aşağı palatası Dumanın Büdcə Komitəsinin sədri Pavel Zavalnı Rusiya ilə dost olan ölkələrlə enerji ticarətini yerli valyutada, lazım gələrsə, “Bitcoin”lə də apara biləcəklərini deyib.
Sanksiyalara görə qazın dollar və avro ilə satışının problemli olduğuna diqqət çəkən Zavalnı, dost olmayan ölkələrin qazın pulunu rublla olduğu kimi qızılla da ödəyə biləcəyini bildirib.
Dost ölkələrlə enerji ticarətini yerli valyutada həyata keçirə biləcəklərini ifadə edən Zavalnı deyib: “Fərqli valyutalarda ticarət edə bilərik, bu normal bir təcrübədir. Lazım gələrsə, enerji resursları ticarətini “Bitcoin”lə də apara bilərik”.
Tahir TAĞIYEV