Cümə günü, 02 oktyabr 2026
     

Neft bazarı uğrunda yeni kəskin rəqabət başlanır

Image


Dünya neft bazarında cərəyan edən son hadisələr bu istiqamətdə yeni maraqlı proseslərin başlandığından xəbər verir. Hadisələrin gedişi göstərir ki, neft qiymətləri lə bağlı böyük güclərin rəqabəti daha ciddi xarakter alacaq. Bu isə, ekspertlərin fikrincə, neftin qiymətlərinə müxtəlif istiqamətlərdə təsir edəcək. Yəni bundan sonra neftin kəskin bahalaşması və ya ucuzlaşmasını gözləmək mümkündür.

Hazırda qeyd edilən müstəvidə ən çox diqqət cəlb edən məqam ABŞ Konqresi Nümayəndələr Palatasının Hüquq komitəsinin son addımlarıdır. Belə ki, məhz bu komitə  OPEC üzvü olan ölkələrə qarşı antiinhisarla bağlı məhkəmə iddialarına icazə verən qanun layihəsini təsdiqləyib. Bundan sonra layihəyə Nümayəndələr Palatası tərəfindən baxılmalıdır. Qanun layihəsi ABŞ Ədliyyə Nazirliyinə OPEC üzvü ölkələrə qarşı antiinhisar iddialarını başlatmaq imkanı yaradır və ABŞ məhkəmələrinə bu kimi işlərə baxmaq səlahiyyətini verir. Layihə müəllifləri iddia edirlər ki, OPEC üzvləri qiymətlərə nəzarət məqsədilə xam neft istehsalını məhdudlaşdırmaq üçün qəsdən sövdələşir və xam neft qiymətlərini şişirdirlər.

İndi maraq doğuran odur ki, ABŞ-da bu qanun layihəsi qüvvəyə minsə, bunun neft bazarına təsirləri necə olacaq. İqtisadçı Natiq Cəfərli hesab edir ki, onsuz da OPEC kartel sövdələşməsini gizlətmir: "Yəni kartel sövdələşməsi vasitəsilə qiymətlərə təsir mexanizmlərinin yaradılmasını OPEC özü də elan edir. İlk dəfə 2000-ci illərin əvvəllərində ABŞ-da məhkəmə qaydasında OPEC-lə bağlı qərar verilməsi cəhdi olmuşdu. Amma bununla bağlı qanun olmadığı üçün iddia ləğv edilmişdi. Bu qanun qəbul edilsə, iddiaların qaldırılması mümkün olsa, OPEC-in gələcək taleyi sual altına, şübhə altına düşəcək. Çünki digər sahələrdə kartel sövdələşmələri vasitəsilə qiymətlərin qaldırılması qadağandır. Dərhal antiinhisar qanunvericiliyi işə düşür, böyük cərimələr tətbiq edilir və ölkələr həmin şirkətləri çox ciddi cəzalandırırlar. Neftlə bağlı OPEC təşkilatına bir az tolerant yanaşılırdı. Amma görünür, indi bununla bağlı yeni qanun layihələrinin qəbul edilməsi ehtimalı artır". Onun fikrincə, burada əsas məsələ həm də bir presedent yaratmaqdır: "Çünki digər sahələrin istehsalçıları da oxşar təşkilatlar yaratmağa cəhd göstərirdilər. Məsələn, bir müddət öncə qaz üzrə OPEC yaratmaq və yaxud əlvan metallar üzrə təşkilat yaratmaq cəhdləri olmuşdu. Düşünürəm ki, bu, gələcəkdə kartel sövdələşmələri vasitəsilə dünya bazarlarında qiymətlərə təsirinin olmaması üçün zəmin yaratmaq ideyasıdır". Bu qanun qəbul edildiyi halda, ekspertə görə, neft qiymətləri daha çox tələb-təklif əsasında tənzimlənəcək: “Amma OPEC hasilatı süni şəkildə azaltmasaydı, neftin qiyməti indiki 65 dollar səviyyəsində olmazdı. Yəni hasilatın həcmi süni şəkildə azaldıldı və qiymət qalxdı. İndi OPEC belə qərarlar qəbul edə bilməsə, neft qiymətlərini, əvvəllər olduğu kimi, tələb və təklif müəyyən edəcək. Bu da qiymətlərin ilkin mərhələdə ucuzlaşmasına səbəb ola bilər".

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə “sputnik” portalına bildirib ki, son dövrlər ABŞ tərəfindən reallığa uyğun olmayan addımlar atılır: "Bu gün OPEC+ ölkələri neft bazarını tənzimləyir və bu normaldır. Hazırda ABŞ neft məhsullarının ixracına görə ilk üçlüyə daxil olub. Əvvəllər ABŞ ancaq neft idxal edirdi, indi isə ən böyük neft ixracatçılarından birinə çevrilib. Ona görə ABŞ yeni bazarlar əldə etmək istəyir və belə yollara əl atır. ABŞ-ın addımı neft bazarına təsir edə və qiymətlər ucuzlaşa bilər. Lakin ABŞ-ın bu addımı normal deyil. Əksinə, ABŞ-ın özü süni yolla müdaxilə edib bazarı əldə etmək istəyir. Bu gün Avropa və Asiya bazarları uğrunda savaş gedir. ABŞ istəyir ki, OPEC hasilatı artırmasın və o, öz məhsullarını bazara çıxarsın. Yəni ABŞ bu təzyiq alətlərindən istifadə edərək OPEC+ ölkələrinə təsir etmək istəyir". İndi gözlənilir ki, OPEC+ ölkələri də ABŞ-a qarşı preventiv addımlar atsın. Bu da neft bazarı uğrunda rəqabətin daha da kəskinləşməsi deməkdir. Kəskin rəqabət neft qiymətlərini müxtəlif vaxtlarda həm ucuzlaşdıra, həm də bahalaşdıra bilər. Hələlik isə qiymətlərin artan xətt üzrə inkişafı gözlənilir. Belə ki, “Bloomberg” agentliyi bu günlərdə koronavirus pandemiyası səbəbindən meydana gələn böhran zamanı yaranmış misli görünməmiş neft ehtiyatlarının, demək olar, bitdiyi xəbərini yayıb. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadla bildirildi ki, fevral ayında saxlanclarda yığılmış yanacaq həcminin beşdə birindən az hissəsi qalıb, mart və aprel ayının əvvəllərində isə bu həcm daha da azalıb. Təbii resurslar bazarının araşdırma rəhbəri Ed Morze bu xüsusda bildirib: “Pandemiya zamanı yığılan dünya ehtiyatlarının qalıqları indi, demək olar, tamamilə daim neft ehtiyatı yaradan Çində cəmlənib. ABŞ-da da anbarlardakı ehtiyatlar demək olar bitib: ümumi neft və neft məhsulları ehtiyatları 1,28 milyard barrelə düşüb”.

“Citigroup” bankı isə tələbat bərpa edildikcə neft ehtiyatlarının 2021-ci ilin ikinci yarısında gündəlik 2,2 milyon barrel azalmağa davam edəcəyini, bununla da “Brent” markalı neftin qiymətinin bir barrel üçün 74 dollara və ya daha yüksək qiymətə yüksələ biləcəyini proqnozlaşdırır.

Ramil QULİYEV


 

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ