şənbə günü, 03 oktyabr 2026
     

Beynəlxalq Bankın müştərilərlə qəribə iş təcrübələri -xüsusən də 60-65 yaşlılarla...

Image


Banklar müştərilərin maraqlarını əsas götürüb onlara daha rahat, daha səmərəli xidmət üsulları təklif etmək və müştəri məmnunluğuna səbəb olan addımlar atmaq əvəzinə, çox zaman müştərilərin maraqlarına zidd davranışlar sərgiləyirlər. Bəzi bankların açıq şəkildə olmasa da, gizlin şəkildə yaş kateqoriyasına görə müştərilər arasında ayrıseçkilik etməsi də tamamilə qanunaziddir.

 

Adının çəkilməsini istəməyən daimi oxucularımızdan biri redaksiyamızla əlaqə saxlayaraq bu günlərdə Beynəlxalq Bankın qəribə iş təcrübəsi ilə qarşılaşdığını bildirdi.   

Müştərinin dediyinə görə, təxminən 20 gün əvvəl sosial şəbəkədə Azərbaycan Beynəlxalq Bankının Tamkart taksit kartının təqdimatına rast gəlib və  şərtlər cəlbedici olduğundan, sifariş verməyi qərara alıb: “Dərhal bankın saytına daxil olub online sifariş formasını doldurdum. Bir neçə gün keçdikdən sonra bank əməkdaşı mənə zəng etdi və təvəllüdüm, iş yerim və maaşımla maraqlandı. Anket formasında bunların hamısını göstərməyimə baxmayaraq, bir də bank işçisinə bunları şifahi şəkildə bildirdim. Əməkdaş qeyd etdi ki, bankın mənə kart verməsində bir problem görünmür və mən istədiyim filiala yaxınlaşıb onu ala bilərəm. Evimə Nəsimi filialının yaxın olduğunu bildirdim, qeydə aldığını dedi. Ertəsi gün 28 May küçəsindəki həmin filiala getdim. Uzun növbədən sonra pəncərəyə yaxınlaşdığımda bank işçisi mənə bildirdi ki, sistem mənim maaşımı 200 manat göstərir, halbuki, rəsmi maaşım 600 manatdır və müraciətimdə də bu rəqəmi göstərmişdim. Lakin mənə deyildi ki, sistem belə göstərdiyi üçün heç nə edə bilməzlər. Evə qayıtdıqdan sonra, təbii olaraq, iş yerimlə məsələni aydınlaşdırmaq qərarına gəldim. Mühasib xanım deyilənlərin yanlış olduğunu, maaşımın rəsmi şəkildə 600 olaraq qeyd edildiyini bildirdi, hətta mənə əmək müqaviləsinin fotosunu da göndərdi. Bundan sonra Beynəlxalq Bankın “qaynar xətt”inə zəng vurub məsələni necə həll edə biləcəyimi soruşdum. Zəngə cavab verən əməkdaş bildirdi ki, son altı ayın maaş göstəricilərini əks etdirən arayışı banka təqdim etməliyəm. İşdən bu arayışı alıb yenidən banka getdim. Arayışı təqdim etdiyim Ülkər adlı xanım sistemə baxıb dedi ki, maaşınız burada 600 manat göstərilir və bu arayışa ehtiyac yoxdur. Bunun mənə onların öz əməkdaşları tərəfindən deyildiyini bildirdim. Təxminən saat yarım vaxt “öldürəndən” , bir sıra öhdəlik və xəbərdarlıq sənədlərinə imza atdırandan sonra xanım bildirdi ki, 62 yaşın astanasında olduğum üçün mənə Tamkart verə bilməzlər, çünki kart 5 illikdir, məni isə 65 yaşımda işdən çıxara bilərlər.

Maraqlıdır, belə bir qanun varsa, niyə kartı sifariş edərkən anket doldurduğum və təvəllüdümü göstərdiyim halda mənə bu haqda heç bir söz deyilmədi? Üstəlik, bundan sonra da şəxsən banka getmişdim və şəxsiyyət vəsiqəmi təqdim etmişdim. Beynəlxalq Bankın bu yarıtmaz iş prinsipinə niyə ciddi irad tutulmur?” - deyə müsahibimiz bildirdi.

  • “Hətta bankı məhkəməyə verə və ona vurulan mənəvi zərərin əvəzini tələb edə bilər”

Beynəlxalq Bankın vətəndaşa qarşı sərgilədiyi qəribə münasibəti şərh edən bank məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov bizə bildirdi ki, banklar istənilən kampaniya, layihə ilə bağlı müştəriyə düzgün məlumat verməyə borcludurlar. Ə.Həsənovun sözlərinə görə, banklar kredit siyasətini müstəqil özləri müəyyənləşdirirlər. Onların öz siyasətlərinə uyğun olaraq, kimə kredit verib-verməmələrini özləri müəyyən edirlər: “Özü də kredit vermək risqdir. Çünki banklar öz maliyyələri ilə kredit vermirlər ki, bu işi müştərinin, əmanətçilərin pulu ilə edirlər. Bu baxımdan, banklar sərbəstdirlər və öz daxillərində meyarlar müəyyən edə bilərlər ki, filan yaş qrupundan olan vətəndaşlara kredit vermirik, yaxud krediti daha sərt tələblərlə veririk. Amma, digər tərəfdən, banklar hansı məhsulu bazara çıxarıb onu reklam edirlərsə və orada yaş məhdudiyyəti varsa, bu, bəyan edilməlidir. Yaş kateqoriyasını əvvəlcədən elan etmədən həmin məhsulun, kredit növünün reklamını aparırlarsa, bu artıq “Reklam haqqında” Qanuna uyğun olaraq, yalan reklam sayılır, buna görə bank məsuliyyətə cəlb oluna bilər. Bu baxımdan ki, antiinhisar və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti həmin bankı cərimələyə bilər. Vətəndaş bankın ona göstərdiyi bu münasibətlə bağlı şikayət etmək hüququna malikdir. Hətta bankı məhkəməyə verə və ona vurulan mənəvi zərərin əvəzini tələb edə bilər. Çünki bank reklam etdiyi məhsulun, kredit növünün hansı yaş qruplarına verilib-verilmədiyini öz reklamında elan etməlidir ki, vətəndaşlar öz yaş kateqoriyalarına uyğun müraciət etsinlər” - deyə Ə.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ