şənbə günü, 03 oktyabr 2026
     

Rusiya-Qərb ziddiyyəti Azərbaycanı Avropa üçün daha əhəmiyyətli ölkəyə çevirir...

Image


Qərblə Rusiya arasında yaşanan gərginlik özünün daha kəskin mərhələsinə qədəm qoymaqdadır. Bunun isə dünya enerji bazarlarına da ciddi təsir etməsi proqnozlaşdırılır.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Avropa Parlamenti aprelin 29-da Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə rəftarı, Ukrayna sərhədi boyunca qoşun cəmləşdirməsi və “Çexiya Respublikasına hücumları” ilə bağlı qətnamə qəbul edib. Tövsiyə xaraketeri daşıyan qətnamə Avropa Parlamentində beş əsas siyasi partiya bloku tərəfindən dəstəklənib. Qətnamənin leyinə 569, əleyhinə 67 səs verilib. 46 deputat bitərəf qalıb. Qətnamədə deyilir ki, Rusiya təkcə Avropa təhlükəsizliyinə xarici təhdid təşkil etməklə qalmır, əksinə, müxalifətin sistematik əzişdirilməsi və küçə həbsləri fonunda öz xalqı ilə müharibə aparır. Sənəddə vurğulanır ki, Navalnının “Noviçok” əsəb-sinir kimyəvi maddəsi ilə zəhərlənməsi Rusiya təhlükəsizlik xidmətlərinin agentləri tərəfindən ölkə daxilində törədilmiş “sui-qəsd” cəhdi kimi qiymətləndirilməlidir. Qətnamədə deyilir ki, Navalnının zəhərlənməsi Vladimir Putinin öz opponentlərinə qarşı dəsti-xəttinə tam uyğundur və bu, indiyədək bir neçə müxalifət fiqurunun, jurnalistin, fəalın və xarici liderin ölümü ilə nəticələnib. Bildirilir ki, Çexiyada 2014-cü ilin silah anbarı partlayışının, İngiltərədə keçmiş casus Sergey Skripal və onun qızı Yuliyanın “Noviçok” maddəsi ilə zəhərlənməsinin arxasında da Rusiyanın hərbi kəşfiyyat idarəsi olan QRU-nun agentləri durub. Bu da xatırladılır ki, Bolqarıstan 2015-ci ildə silah zavodunun sahibi Emilian Gebrevə sui-qəsd cəhdinə görə QRU agentlərinə qarşı ittiham irəli sürüb.

Sənəddə qeyd olunur ki, Rusiya Avropa İttifaqının ərazisində törədilmiş bu cinayətlərin təhqiqatı ilə bağlı əməkdaşlığa razılıq vermir və əsas şübhəliləri himayə edir. Qətnamədə Rusiyadan Navalnının dərhal azad edilməsi, qoşunların Ukrayna sərhədindən geri çəkilıməsi tələb olunur. Əlavə edilir ki, bu qoşunların malik olduqları silahların miqyası və döyüş qabiliyyəti Rusiyanın Ukraynaya hücum niyyətindən xəbər verir: “Rusiya qoşunları Ukraynaya müdaxilə etsə, Avropa İttifaqı bu ölkədən neft və qaz idxalını dərhal dayandırmalı, Rusiya SWIFT beynəlxalq bank köçürmələri sistemindən xaric edilməlidir. Moskva Ukrayna ərazisinə müdaxilə etdiyi təqdirdə Rusiya hakimiyyətinə yaxın olan oliqarxların və onların ailə üzvlərinin Avropa İttifaqı ərazisindəki aktivləri dondurulmalı və onların ittifaq ərazisinə vizaları ləğv edilməlidir”. Enerji məsələlərinə gəlincə, qətnamə Rusiyadan asılılığın azaldılmasına və Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan "Şimal axını-2" kəmərinin tikintisinin dayandırılmasına çağırır. Rusiyanı SWIFT sistemindən çıxarmaq və ya ondan qaz və neft idxalını dayandırmaq kimi sanksiyalar ilk dəfə təklif olunur. Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell isə bundan əvvəl Avropa Parlamentinin sessiyasında bildirmişdi ki, Rusiyanın SWIFT sistemindən çıxarılması və "Şimal axını-2" kəməri tikintisinin dayandırılması Avropa İttifaqının səlahiyyətləri xaricindədir. Söhbət ilk növbədə özəl şirkətlərdən və ayrı-ayrı dövlətlərdən gedir. Amma onun fikrincə, Rusiya hakimiyyəti qarşıdurma kursu götürsə də, onunla dialoq kanallarını açıq saxlamaq lazımdır.

Qeyd edilənlər fonunda açıq görünür ki, Qərb ölkələri Rusiyanın “Şimal axını-2" layihəsi ətrafında daha kəskin mövqeyə keçir. İndi Avropa ölkələrinin bir çoxu bu layihənin əleyhinə çıxır.  Məhz belə vəziyyət “Şimal axını-2"nin gələcəyini ciddi sual altına alır. Bu arada xatırladaq ki, ABŞ da “Şimal axını-2” qaz kəmərinə qarşı sanksiyaların genişləndirilməsini planlaşdırır. Belə vəziyyətdə Avropanın yeni mənbədən qaz alması isə yalnız Azərbaycan hesabına mümkünləşir. Çünki yalnız Azərbaycan qazının Avropaya çatdırılması ətrafında hələ də hansısa ziddiiyyət müşahidə olunmur. Bu gün “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının İtaliyadan başqa Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar var. Bu durumda Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci fazasının reallaşdırılması Azərbaycanın dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildə-ilə artması ölkənin həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir. “Cənub Qaz Dəhlizi”nin tam istifadəyə verilməsindən sonra Azərbaycandan Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi ilk mərhələdə 16 milyard kubmetr artacaq. Sonradan bu rəqəm tədricən yüksələcək. Belə ki, “Şahdəniz”dən savayı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2 trilyon 200 milyard kubmetr həcmində qiymətləndirilir. Bu da Azərbaycanın daha böyük həcmdə qaz nəqlinə imkan verir. Beləliklə, Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik bir sıra perspektiv strukturların mövcudluğu ölkədə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ