şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan avtomobil istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilir

Image


Məlumdur ki, hökumətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Bu siyasət çərçivəsində ölkədə genişmiqyaslı sənayeləşdirmə siyasəti aparılır.

Qeyd edilən istiqamətdə proseslərin təhlili göstərir ki, Azərbaycan üçün həm yeni, həm ənənəvi sənaye sahələrinin inkişafının təmin olunması istiqamətində sistemli işlər həyata keçirilir. Xüsusən də Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına çox ciddi diqqət yetirilir. Bu çərçivədə regionlarda da sənayeləşmənin həyata keçirilməsinə, sənaye sahəsində məşğulluğun təmin olunmasına xüsusi diqqət yetirilir. O da həqiqətdir ki, Azərbaycanda sənayeləşmə siyasəti çərçivəsində sənaye zonalarının yaradılması istiqamətində mühüm işlər icra edilməkdədir. Elə bu çərçivədə artıq ölkədə sənaye məhəlləsi yaradılıb. Bu sənaye zonalarında 100-dən artıq rezident fəaliyyət göstərir. Həmin məhəllələr Azərbaycana xaricdən investisiyaların cəlb edilməsində də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sənaye məhəllələri bəzi məhsullar üzrə Azərbaycanın xaricdən asılılığına son qoyur, ölkədən valyuta axınının qarşısını alır. Bunu Hacıqabul Sənaye Məhəlləsi və burada istehsal edilən “QAZel” avtomobillərinin timsalında görmək olar. Hacıqabul Sənaye Məhəlləsində “QAZel” tipli avtomobillərin yığım zavodu artıq ötən il istehsala başlayıb. Xatırladaq ki, Qorki Avtomobil Zavodu ("QAZ Qrup"a daxildir) və "Azərmaş" arasında Azərbaycanda avtomobil yığımı istehsalı müəssisəsinin yaradılması barədə razılıq 2018-ci ilin aprelində əldə olunub. Rusiya holdinqi Azərbaycana avtomobil hissələri tədarük etmək öhdəliyi və markanın təşviqi, "Azərmaş" əməkdaşlarının təlimi və sertifikasiya xərclərinin bir hissəsini kompensasiya etməyə razılıq verib. İstehsalın təşkili üzrə maliyyə xərclərini Azərbaycan tərəfi öz üzərinə götürüb. Azərbaycan, həmçinin, distribütorluq və servis xidməti ilə də məşğul olacaq.

Hacıqabul Sənaye Məhəlləsindəki zavodda hər il Rusiyanın "QAZ Qrup"unun 1500-ə qədər yük maşınının yığılması həyata keçirilir. Ekspertlərin fikrincə, gələcəkdə “QAZel” tipli avtomobillərin yığım zavodu genişlənə və ölkədə avtomobil istehsalına əhəmiyyətli dərəcədə təkan verə bilər. Rus ekspert Nikita Çikunov bildirir ki, Hacıqabul şəhərində Rusiyanın QAZ markalı yüngül kommersiya avtomobillərinin yığım zavodunun açılması ölkədə geniş çeşidli yük maşınları, avtobuslar və xüsusi texnika istehsalının təşkilinə kömək edəcək. Yeni işlər çərçivəsində Hacıqabulda müəssisə bort, furqon və mikroavtobuslar da daxil olmaqla, “QAZel-Next”, habelə orta həcmli “QAZon-Next” yük maşınları istehsal edəcək. Zavodun istehsal gücü il ərzində 1,5 min avtomobil olacaq. Rusiyanın "QAZ Qrup"unun mətbuat xidmətindən bu xüsusda bildirilib: "Model sırası bələdiyyə təsərrüfatı, kiçik və orta sahibkarlığın, Azərbaycanın sosial qurumlarının müasir, funksional və etibarlı texnologiyaya olan tələbatını ödəyəcək. Ölkənin səhiyyə sisteminin ehtiyac duyduğu yerli istehsal olan təcili yardım maşınlarının istehsalının da təşkili planlaşdırılır". Şirkət ümid edir ki, gələcəkdə müəssisə nəinki Azərbaycanın daxili tələbatını ödəməyə imkan verəcək, həmçinin Türkiyə, Gürcüstan və İrana da avtomobilləri ixrac edəcək.

Ümumiyyətlə, Azərbaycan Qorki Avtomobil Zavodu üçün ənənəvi, eyni zamanda perspektivli bazarlar siyahısındadır. Hətta istehsala yatırılan kiçik investisiyalarla belə QAZ markasının avtomobilləri öz reputasiyası hesabına Azərbaycan bazarının əhəmiyyətli hissəsini tuta bilər. Rus ekspert Yuri Kryukov bu xüsusda bildirib: "Kommersiya maşınları  şirkətin əsas "zərbə" gücüdür. “QAZel”lər özlərini Rusiyada və yaxın xaricdə yaxşı göstəriblər, bu maşınları hamı tanıyır. Buna görə də QAZ-ın onda yaxşı alınan işi inkişaf etdirməyə çalışması təbiidir". Avtomobil üzrə ekspert Vyaçeslav Subbotin isə əmin edir ki, birgə istehsalın təşkilindən yalnız Rusiya şirkəti yararlanmayacaq. Onun fikrincə, müəssisənin işə başlaması Azərbaycanda avtomobil sənayesinin inkişafını sürətləndirəcək: "Ölkəyə yeni texnologiyalar gəlir, orada yeni iş yerləri, yeni infrastruktur yaranıb. Bu zavoddan sonra əslində bütün bir sənaye gələcək. İlkin mərhələdə istehsalın lokallaşdırılması kiçik olacaq ki, bu da təbiidir. Azərbaycanda ehtiyat hissələri tədarükçülərinin sayı elə də çox deyil. Təbii ki, söhbət "buraç" yığımından gedir – avtomobillərin ehtiyat hissələri Azərbaycana Rusiyadan gətiriləcək. Bu, avtomobillərin maya dəyərinin aşağı düşməsi və istehlakçılar üçün münasib qiymətdə olması ilə nəticələnəcək. Müəssisə uğurlu olarsa, lazımi komponentlərin istehsalını təşkil edəcək tədarükçülər də gələcək. Belə kiçik həcmli istehsal üçün ştamplama istehsalının sifariş edilməsinin mənası yoxdur. Satışlar artarsa, lokallaşma da dərinləşəcək. İnkişaf üçün perspektivlər var".

"Rusiya Avtomobil İstehsalçıları Birliyi"nin İcraçı direktoru İqor Korovkin “sputnik” portalına bildirib ki, kommersiya yük avtomobilləri sahəsində güclü rəqabətin olmasına baxmayaraq, Azərbaycanda QAZ avtomobillərinə tələbat olacaq: "QAZel”lər bazarın ilkin qiymət seqmentinə daxildir. Orada böyük rəqabət var, xüsusilə Çin istehsalçıları tərəfindən. Rusiya avtomobillərinin əsas üstünlüklərindən biri münasib qiymətlərinin (Rusiyada “QAZel-Next” qiyməti 1,4 -1,8 milyon rubldur, yəni 31,8 min manat - 40 min manat) “QAZon-NEXT” 2,4 - 3,5 milyon rubl, yəni 54 min manat – 79 min manat) olmasıdır. Onun ən yaxın rəqibləri 200-300 min rubl, yəni 4,5 min – 6,8 min manat bahadır”. Vyaçeslav Subbotin hesab edir ki, aşağı qiymətlə yanaşı, Qorki Avtomobil Zavodunun məhsulları yaxşı keyfiyyət göstəricisi ilə fərqlənir,  Rusiya istehsalçısının avtomobili Avropa modellərindən geri qalmır: "Ədalətli bir rəqabət mühitində QAZ Rusiya bazarından "Ford Transit", "Fiat", "Ducato", "Citroen" və "Hyundai" mikroavtobuslarını çıxarıb və hətta "Mercedes-Benz Sprinter"i də sıxışdırır. “QAZel”lərdə məşhur dünya istehsalçılarının detal və aqreqatlarından istifadə olunur. Məsələn, "Cummins" mühərriki dünyada ən yaxşılardandır və "Bosch" sükan idarəetməsindən istifadə olunub. Eyni zamanda, QAZ aşağı qiyməti də saxlayır. Rəqiblərin bənzər avtomobilləri ondan orta hesabla 20% bahadır". Ekspertin fikrincə, Azərbaycanda yığılan avtomobillərin dəyəri Rusiya bazarında olan qiymətlərə uyğun olacaq. Çünki onlara gömrük rüsumları şamil edilməyəcək.

İndi ölkəmizdə ekspertlər il ərzində 1,5 min avtomobil istehsal həcmini az adlandırır. Yuri Kryukov bu xüsusda bildirib: "Min beş yüz, xüsusən də yüngül ticarət vasitələrinin standartlarına görə çox da böyük rəqəm deyil. Şirkət Azərbaycandakı bazar tutumunu qiymətləndirərkən ehtiyatlı davranır. Ancaq ilk təcrübə üçün bu rəqəm az da olsa, adekvatdır. Bu, sınaq mərhələsidir. Müəyyən mənada bu, uduşlu addımdır,  avtomobilləri ölkə daxilində yığmaq idxal etməkdən daha sərfəlidir. Birgə müəssisənin yaxşı perspektivləri var. Avtomobillər uğurla reallaşdırılsa, zavodun genişlənməsi və lokallaşdırılmanın səviyyəsinin artırılması sadəcə zaman məsələsidir".

Ramil QULİYEV

 

 


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ