Belarus Azərbaycanla aqrar sahədə təcrübə və biliklərini paylaşmağa hazırdır. Trend-in məlumatına görə, bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç deyib.
O bildirib ki, söhbət Qarabağda bütün infrastrukturun bərpasından gedir: "Belarusda mövcud olan aqroşəhərciklərin Qarabağda tikintisi nəzərdə tutulur. Bundan başqa, su elektrik stansiyalarının, elektrik şəbəkələrinin, su təchizatı şəbəkələrinin bərpasından söhbət gedir. Bir sözlə, həmin ərazilərdə kompleks tikintinin həyata keçirilməsi planlaşdırılır".