20/11/2019 15:23
728 x 90

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran Prisi iyunun 7-də keçiriləcək

img

"Formula 1" üzrə dünya çempionatının təşkilatçıları 2020-ci il mövsümünün təqvimini dərc ediblər.

Çempionata martın 15-də Avstraliyada start veriləcək, noyabrın 29-da Əbu-Dabidə başa çatacaq. Təqvim 22 mərhələdən ibarətdir.

Çempionta Vyetnam (5 aprel) və Niderlandda (3 may) keçiriləcək 2 yarış daxil edilib.

Azərbaycan Qran Prisi iyunun 7-də (son 3 ildə aprelin sonunda – İF) keçiriləcək. Bu, mövsümün 8-ci mərhələsi və Avropada 4-cü yarışdır.

Bakıda "Formula 1" yarışları 2016-cı ildən keçirilir və 2017-ci ildən rəsmi şəkildə Azərbaycan Qran Prisi adlanır.

2019-cu ildə Azərbaycan Qran Prisini 85 minə yaxın tamaşaçı izləyib.

Son xəbərlər