Cümə axşamı günü, 15 oktyabr 2026
     

Əli Kərimlinin hansı cəsarətlə hakimiyyəti hədələdiyi açılır - kartı İnqilab Kərimov açdı

Image


Son vaxtlar hakimiyyətə qarşı radikal mövqeyi ilə tanınan Əli Kərimlinin rəhbərlik etdiyi AXCP daha ifrat şəkildə radikallıq nümayiş etdirməyə start verib. Hətta vəziyyət o həddə çatıb ki, partiya funksionerləri dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilməyən, İslam aləmi tərəfindən belə lənətlənən İŞİD kimi terrorçu təşkilata simpatiyalarını açıq ifadə etməkdən çəkinmirlər. AXCP fəalları sözügedən radikal təşkilatı Azərbaycana dəvət edir, onların ölkəmizdə “kəsəcəyi başlar”la bağlı əməllərini təqdir edirlər. Bu fikirləri konkret fakta söykənərək bəyan edirik.

Siyasi mühacir adı ilə Fransaya sığınan, AXCP-nin ən fəal üzvlərindən sayılan və ən əsası, Əli Kərimlinin doğma əmioğlusu olan İnqlab Kərimovun öz Facebook hesabında yazdığı  statusa diqqət edək:
 “İŞİD heç də hər adamın başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...”

Göründüyü kimi, İnqlab Kərimov İŞİD-in Azərbaycana “gəlişini” alqışlayır, hətta onlara kimlərin başını kəsməklə bağlı konkret ünvanlar da göstərir.  İnqlab Kərimov  partiyada rəhbər post tutmasa da, sıradan biri də deyil. Hələ ölkədə olarkən onun adı Əli Kərimlinin əsas maliyyə qaynağı kimi çəkilirdi. Xaricə mühacirət etdikdən sonra da fəal AXCP-çi kimi çıxış edir. Dəfələrlə söyüş ritorikasını özündə əks etdirən mövqe ortaya qoyub. Partiyanın ianə toplamaqla bağlı marafonlarının təşkilatçısı qismində çıxış edir. Yəni müşahidələrimiz onu deməyə əsas verir ki, Əli Kərimli İnqilab Kərimovdan imtina edə bilməz. İŞİD-lə bağlı yazılan postu İnqilab Kərimovun mövqeyinin partiya tərəfindən də dəstəkləndiyi qənaətini yaradır. Çünki şəxsiyyəti bəlli olan bir çox AXCP fəalı terroru dəstəkləməklə bağlı ortaya qoyulan mövqeyə onu təqdir edən “like” işarəsini qoyub. Bəllidir ki, AXCP sədrinin İnqilab Kərimovun məlum statusundan məlumatı var. Elə isə niyə həmin postun silinməsi ilə bağlı göstəriş verməyib? Bu nəticəyə gəlinir ki, həmin mövqe birbaşa Əli Kərimlinin özü tərəfindən də dəstəklənir. Bizim üçün bu o qədər də qəribə görünmür. Çünki Əli Kərimli radikal dindarlarla çoxdandır siyasi izdivac içərisindədir. Təsadüfi deyil ki, radikal  dindar kimi tanınan Taleh Bağırzadə və onun tərəfdarlarının alovlu müdafiəçisi qismində çıxış edir. İŞİD-ə bəslənən sipmatiya isə yeni xəttidir. Belə nəticəyə gəlmək olur ki, Əli Kərimli və onun tərəfdarları hakimiyyətə qarşı mübarizədə hətta şeytanla belə əməkdaşlıq etməyə hazırdılar. Ən maraqlısı isə budur ki, İnqilab Kərimov bu fikirləri özünü demokratiyanın beşiyi sayan Fransadan səsləndirir. O ölkədən ki, dəfələrlə İŞİD-in terror əməllərindən zərər çəkib. Məhz həmin fikirlərə görə Fransanın əlaqədar qurumlarının əlində İnqilab Kərimovun məsuliyyətə cəlb edilməsi üçün tam hüquqi əsaslar var. Ortada terroru dəstəkləmə və terrora çağrış kimi açıq mövqe var. Yaxşı olardı, Əli Kərimlinin özü bu məsələyə münasibət bildirsin. Necə ola bilir ki, hakimiyyətlə heç bir rəsmi bağlantısı olmayan bir gənclə AXCP fəalları arasında yaranmış fikir ayrılığını həmin gəncin əlində bir ov silahının olmasını əsas götürərək hakimiyyətin siyasi partiyaya qarşı terror hazırlığı kimi qələmə verir, amma bu məsələdə susur? Hər halda, İŞİD-i Azərbaycana dəvət etməklə həmin əməlin təhlükəlilik dərəcəsi müqayisə oluna bilməz. Yəqin ki, Əli Kərimlinin son vaxtlar hakimiyyətlə hədə dilində danışmasının kökündə duran amillərdən biri də məhz  radikal dindar qruplarından aldığı dəstək və onlarla əməkdaşlığa hazır olması ilə bağlıdır. Əli Kərimli ilə yaxından əməkdaşlıq edən Qərbin müəyyən dairələri  xüsusilə bu mövqe ilə tanış olmalıdır. Qoy görsünlər ki, dəstəklədikləri AXCP Azərbaycandakı dünyəvi quruluşu hansı dövlət forması ilə əvəz etməyə hazırlaşır, siyasi rəqibləri ilə necə haqq-hesab çürütməyi təqdir edir...

Məhəmmədəli QƏRİBLİ
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ