çərşənbə axşamı günü, 18 avqust 2026
     

Kərimlinin köhnə-yeni iddiaları: xalqın gözü tərəzidir, o tərəzidə isə sənin çəkin qramla ölçülür

Image


Dünən yenə bülbül kimi ağız-ağıza vermişdilər. Sevinc Osmanqızının ənənəvi qonağı yenə AXCP sədri Əli Kərimli idi.

Mövzu nə idi? Hər şey, indiyədək dəfələrlə dartışılmış, necə deyərlər, bütün mövzular. Ötən ilin Gəncə hadisələrindən tutmuş şəhid pilotumuz Rəşad Atakişiyevin dəfninə qədər.

Düzü, Osmanqızı nə qədər çalışsa da, yönləndirsə də, Kərimlinin iddiaları sabun köpüyündən başqa bir şey deyildi.

Kərimli nələrdən danışdı? Söhbətə ötən ilin Gəncə hadisələrindən başlayıb, həbs olunanların təqsirsiz olduğunu bildirir, hadisənin mahiyyətini gizlətməyə çalışır. Amma Kərimli bilir, ürəyinin dərinliyində də bilir ki, Gəncədə baş verən hadisələr dövlətə və dövlətçiliyə qarşı atılan addım idi. Kərimli onu da gözəl bilir ki, bu hadisələr bir daha Prezident-Xalq birliyini sübut etdi. Həmin vaxt İqtidar-Xalq birliyi, səmimi münasibəti özünü büruzə verdi. AXCP sədri bilməmiş deyil: polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətinə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər. Bilir, çox gözəl bilir. Axı özü də ixtisasca hüquqşünasdır.

“Ölkədə senzuranın yaranmasına imkan vermirik”. Əcəb məntiqdir. Axı kim istəyir ki, ölkədə senzura tətbiq edilsin? Sosial şəbəkələrə giriş sərbəstdir, İnternet azaddır, elə Kərimlinin özü bu azadlıqdan gen-bol istifadə edərək trol ordusuyla şər makinasını işə salıb çamur atmaqdadır. Məgər bu azadlığı elə bu iqtidar verməyibmi ona?

Mitinq keçirə bilmirik deyir. Və ardınca da deyir ki, mitinqlə heç nəyə nail olmaq mümkün deyil. Adam hələ də ötən əsrdə ilişib qalıb. Mitinq niyə təyin olunur və ictimai sifariş halını alır? Kərimli bilməmiş deyil, təbii ki, bu və ya digər məqamlarla bağlı xalqın narahatlığı yarananda. İndi cəmiyyətdə mitinq əhval-ruhiyyəsi yoxdur. Təkcə bu ilin əvvəlindən Azərbaycanda təkcə sosial yönümlü islahatlar, pensiya və maaşların artımı, xalqın rifah halının yüksəlməsi, on minlərlə yeni iş yerinin açılması…məgər bunlar hansısa mitinq üçün əsas ola bilər? Yox!

Anormal məntiqlə müxtəlif qüvvələr bu islahatları öz adlarına çıxır. Burada məqsəd hakimiyyəti bu islahatlardan çəkindirmək, ya da bu islahatları öz adına çıxmaqdır. Adi bir zəlzələ zamanı insanların dərdinə şərik çıxmaq əvəzinə deyirlər ki, filan vaxt mitinq edəcəyik. Bir məqamı da qeyd edim. Tutaq ki, uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır, deyirlər ki, gəlin mitinq edək, sizə uşaq pulu verdirəcəyik.

Təsəvvür edin, təkcə bu ilin əvvəlindən cənab Prezidentin xalqın rifahı naminə sosial yönümdə imzaladığı neçə-neçə sərəncamı Kərimli xalqı ələ almaq kimi qiymətləndirir. Adam bazar təfəkküründən əl çəkə bilmir. Xalqı ələ almaq deyil bu, anlamaq çətin deyil. Bu öz xalqına xidmətdir. Bu, xalqına sevgidir. Bu yüksək idarəetmə və humanizmin təntənəsidir. Və Prezidentin özünün də dediyi kimi, bu tip sərəncamların ardı da olacaq.

Hə, mitinqdən danışırdıq axı. Kərimli özü də bilmədən özünü ifşa edir. Bir qədər keçmişə qayıdaraq 2016-cı il Konstitusiya dəyişikliyinə qarşı xalqın böyük “etirazı”ndan dəm vurur. Əvvəla, Konstitusiya dəyişikliyi sosial sifariş idi. İkinci, Kərimli deyir ki, xalq bu dəyişikliyə qarşı idi. Ardınca da bildirir: “Çox təəssüf ki, 2016-cı il konstitusiya dəyişikliyi ilə bağlı xalqdan güclü dəstək almadıq. Bizim mitinqə 10-12 min (əslində bu rəqəmi də şişirdir) adam gəldi, dəstək almadıq. Biz ən azı 100 min nəfərin mitinqə qatılacağını gözləyirdik”. Axı xalqın gözü tərəzidir. O tərəzidə isə sənin çəkin qramla ölçülür. Xalq hansı keyfiyyətinə görə sənə dəstək versin ki? Çox gözəl bilirsən ki, xalq öz sözünü elə dəyişikliyə “hə” deməklə verdi.

“Son vaxtlar sıralarımıza min nəfər üz olub”. Bu o qədər absurd fikir və rəqəmdir ki,  sübuta ehtiyacı yoxdur. AXCP sıralarına 1000 yox, 10 nəfər üz qəbul edilsəydi, indi həmin adamlarla bağlı Kərimlinin İnternet resurslarında, FACEBOOK səhifəsində çeşidli xəbərlər gəzirdi. Biz bu priyomları bilirik axı. Amma proseslər əksinədir.

Əli Kərimli və kiçik komandasının ölkənin siyasi həyatında heç bir rola malik olmadıqları günümüzün inkarolunmaz reallığıdır. İndiyə qədər qatıldıqları bütün seçki marafonlarından boynubükük ayrılan, siyasi sistemin təkmilləşdirilməsi, islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında partiyaçılıq oynayan radikal ünsürlərin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Çoxdan Facebook müxalifətinə çevrilən Kərimlini elə oradakı dəstəkçiləri də tərk edirlər. Əsasən Facebook üzərindən aparılan bu mitinqə çağırış kampaniyaları da uğursuzluğa düçar olur ki, cəmi 100-200 bəyənmə qazınır.

Hakimiyyəti trol saxlamaqda ittiham edən Kərimlilinin sosial şəbəkələrdə saxladığı muzdlu “trol” və saxta profil dəstəsi haqqında dəfələrlə yazılıb, hətta ona yaxın adamlar mətbuata açıqlamalarında bununla bağlı maraqlı məlumatlar veriblər. Bu profillərdən Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasətçi olması haqqında rəy yaratmaq üçün istifadə olunur. Amma bununla nüfuz qazanmaq absurddur. Siyasət real aləmin sənətidir, virtual yox!

Və bir həqiqət də odur ki, həm sosial şəbəkələrin, həm də xəbər saytlarının şərhlər bölməsində saxta profillərin Əli Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xislətini gizlətmək mümkün deyil.

Kərimli dünənki çıxışının sonunda şəhid pilotumuz Rəşad Atakişiyevdən, onun dəfninə gedə bilməməsindən danışır. Məncə düz edirlər. Heç bir hüzr yiyəsi istəməz ki, əzizinin dəfni şouya çevrilsin. Əli Kərimlinin məqsədi də bu idi. Əks halda pilotumuzun nəşi tapılana qədər bircə dəfə də olsa onun qayınatası Qabil Hüseynlini ziyarət edərdi. O ki qaldı onun son tezisinə, ordumuzun mənəvi dəstəyə ehtiyacına, bəli, buna hər zaman ehtiyac var. Amma sənin dəstəyinə, qətiyyən!

Səbuhi MƏMMƏDLİ

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ