Cümə axşamı günü, 15 oktyabr 2026
     

XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirildi

Image


Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşüblər. Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var. Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır. “Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb. Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək. Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub. 2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə 1 gümüş və 1 bürünc medal qazanılıb. Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük müvəffəqiyyətlə keçəcək”.

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli açılış mərasiminin unudulmaz anlarının şahidi olub. Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başlay;b. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar. Bundan sonra, demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil olublar. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəlib. İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamlayıb. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov aparıb. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamlayıblar. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olunub. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç səhnəyə çıxıb. XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov çıxış edərək, Festivalda iştirak etmək üçün Azərbaycana gəlmiş qonaqları salamlayıb. Bildirib ki, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa Olimpiya Komitələrinin qarşıya qoyduğu bütün tələbləri yerinə yetirib və Azərbaycan bu festivalın keçirilməsinə tam hazırdır. Fürsətdən istifadə edərək, bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Avropa Olimpiya Komitələrinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirirən Y.Eyyubov gəncləri, bütün idman ictimaiyyətini bu bayram münasibətilə bir daha təbrik edib, gənc idmançılara qələbə sevincləri və azarkeşlərin böyük marağına səbəb olacaq gərgin mübarizə nümayiş etdirməyi arzulayıb.

 Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək deyib ki, “biz əllinci Avropa Olimpiya Komitəsinin nümayəndələri üçün Bakıya, Odlar yurdunun küləklər şəhərinə gəlmək, elə öz evimizə gəlmək deməkdir. Dörd il öncə biz sizin əvəzolunmaz köməyinizlə ilk Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə oldu və Belarusda, Minskdə ikinci Oyunlar keçirildikdən, həmçinin Polşanın Malopolska bölgəsinin Krakov şəhərində üçüncü Oyunların təşkil olunması haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə yeni ənənəni başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini qoyduq. Sizin təşkilatçılıq bacarığınıza və bu sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti, könüllülərinizin mehribanlığı bizə məlumdur. Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi onun gənclərinə qoyulan sərmayədir. Hörmətli idmançılar, Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçıları üçün əsl sınaq meydanıdır. Bu, sizin üçün çox az sayda istisnalarla çox idman növlü ilk Olimpiya təcrübəsidir. Bu, sizdə idmanın inkişafında yeni səhifənin açılması deməkdir. Burada sizin bacarığınızı nümayiş etdirmək üçün nadir şans var. Bu şans göstərir ki, siz yarışlarda qələbəyə qadirsiniz və ola bilsin ki, digər Avropa ölkələrində sizinlə həmyaşıd olan qız və oğlanlardan daha yaxşısınız. Bu, həmçinin Avropada idmançıların yeni nəslinin Olimpiya idealları, bütün xalqlar arasında sülh, dostluq və əməkdaşlıq amalları, bütövlük, inklüzivlik, həmrəylik, düzgünlük və ədalətli oyun ideyaları ilə formalaşdırılmasını sübuta yetirmək fürsətidir. Mən, həmçinin Bakı sakinlərini və Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Bizi bir daha qəbul etdiyinizə görə çox sağ olun!

Daha sonra Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib. Öncə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı arenaya gətirilib. Bayrağı Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları Elnur Məmmədli (cüdo), Zemfira Meftaxetdinova (atıcılıq), Nazim Hüseynov (cüdo), Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol) və Lyudmila Şubina (həndbol) arenaya gətirib. Beynəlxalq Olimpiya Komitəsinin bayrağı bu qurumun himninin sədaları altında Azərbaycanın bayrağı ilə yanaşı ucaldılıb. Sonra Fəxriyə Tağızadə atletlər, Ələkbər Həsənov hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər adından təntənəli şəkildə and içib. Daha sonra 2004-cü ildə Afina Olimpiadasının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəlini “Baku Crystal Hall”un məşəl kasasına gətirdi. Bu zaman ekranda “Məşəlin yolu” filmi nümayiş olunub. Kadrlarda məşəlin paytaxtın bütün idman obyektləri boyunca möhtəşəm səyahəti və statistika təqdim edildi. Festivalın məşəli açılış mərasiminin keçirildiyi “Baku Crystal Hall”a çatana qədər Roma şəhərindən çox böyük yol qət edib. XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəli alovlandırılıb. Məşəl yarışlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq. Məşəlin yandırılmasından sonra “Qələbə elementləri” səhnə şousu nümayiş etdirilib. “Welcome to Azerbaijan” (“Azərbaycana xoş gəlmisiniz!”) - Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminin art şousunun birinci hissəsi belə adlanır. Ekranlarda Bakının fantastik mənzərəsi görünür. Bu mənzərəni fantastik edən sadəcə onun gözəlliyi yox, həm də burada şəhərin bütün tarixi və müasir görməli yerlərinin bir araya gəlməsidir. Bəli, bu, Bakıdır! Həm qədim, həm də çox müasir. Ənənələri qoruyan və yeniliklərə açıq Bakı. Bu yeniliyin rəmzi fəal və həyat gücü ilə zəngin gənclərdir. Səhnədəki dinamik kompozisiyada rəqqaslar, akrobatlar, parkur və breyk-dans ustaları öz məharətlərini göstərir. Bütün art şounun quruluşunda təxminən beş yüz gənc iştirak edib. Bu günün hekayəsi zəfərə aparan yol haqqındadır. Sonra “Külək haqqında əfsanə” süjeti təqdim olunub. Bu hekayənin baş qəhrəmanları oğlan və qızdır. Onlar öz valideynləri ilə Bakının rəmzlərindən biri olan küləyin adı ilə şəhərin yaranmasını söyləyirlər. Azərbaycan - Odlar Yurdudur, Bakı isə küləklər şəhəridir. O, Xəzər dənizi ilə əhatə olunan yarımadada, hər üç tərəfdən küləyə açıq olan məkanda yerləşir. Ekranda Azərbaycanın təbiətini, onun zənginliyi və nadirliyini görürük. Daha sonra “Şəhərin yaranması” kompozisiyası təqdim edilib. Səhnədə şəhərin salınması simvolik olaraq nümayiş etdirilib. Səhnədə iri butafor kərpiclər, pilləkənlər, fənərlər və evlər daşıyan rəqqaslar “Şəhərin doğulması” teatr-rəqs tamaşasını ifa ediblər. Bunun ardınca “Şəhər Günü Bayramı” adlı vokal-xoreoqrafik kompozisiya təqdim olunub. Səhnədə vokalçılar, musiqiçilər, rəqqaslar və aktyorlar çıxış ediblər. Açılış mərasiminin daha bir maraqlı məqamı “Elementlər” adlanır. “Həyat kitabı”, “Od”, “Xarıbülbül gülü”, “Çörək” və “Zeytun budağı” - bu rəmzlərin hər biri adət-ənənələri, nəsillərin enerjisini və xalq mədəniyyətini özündə əks etdirir. Bu an muğam səslənir. 2008-ci ildə UNESKO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri kimi elan edib. “Zəfər” - idmançılara güc və çeviklik, enerji və dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. İndi bütün bu keyfiyyətləri gənc azərbaycanlı idmançılar arenada nümayiş etdirirlər. Bu idmançılardan hər biri, əlbəttə ki, zəfərin rəmzi olan zeytun budağına layiqdir. Nəhayət, təntənəli mərasimin “Final” kompozisiyası başlayıb. Avropa Gənclər Yay Olimpiya Festivalının – “Bakı 2019”un hər bir iştirakçısı indi öz arzusunu, öz yolunu xatırlayır və ümid edir ki, bu yol onu qələbəyə aparacaq. Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə dalğalanıb. Beləliklə, “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başa çatıb.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ