Cümə günü, 16 oktyabr 2026
     

ABŞ-da Cümhuriyyətin və Silahlı Qüvvələrin 100 illiyilə bağlı təntənəli tədbir keçirilib - FOTO

Image


ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, ziyafətdə ABŞ tərəfini daxili işlər və ekologiya naziri Rayan Zinke, Ağ Evin rəsmi nümayəndəsi və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill, dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, müdafiə katibinin köməkçisinin müavini Laura Kuper, ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri Andrü Şofer, ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson, konqresmenlər Bill Şuster, Henri Koeller, Mark Medous, Kolumbiya dairəsinin katibi Lauren Vaugan təmsil edib.

Min nəfərədək qonağın iştirak etdiyi ziyafətə ABŞ-ın dövlət qurumları, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkə səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, düşüncə mərkəzləri, geniş ictimaiyyət, o cümlədən Azərbaycan, türk və yəhudi icmasının çoxsaylı nümayəndələri qatılıb.

Tədbirin əvvəlində ABŞ hərbi hava qüvvələrinin hərbi orkestri Azərbaycanın və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa edib.

Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu deyib. O, 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən, cinsindən asılı olmayaraq, hər kəsin bərabərliyinin təmini edildiyini, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini bildirib. 100 il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir ölkənin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırladıb, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini, bu layihələrin yalnız Azərbaycan deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulayıb.

E.Süleymanov Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələr arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı qeyd edib. Həyata keçirilən irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. O, ümidvar olduğunu bildirib ki, tezliklə işğaldakı ölkə torpaqları azad olunacaq, didərgin düşmüş soydaşlarımız öz yurdlarına geri qayıdacaq və Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquq əsasında sülh bərqərar olunacaq.

Prezident İlham Əliyevə istinadən səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günlə fəxr edərdi. O, Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını, ölkənin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. E.Süleymanov ABŞ administrasiyası da daxil olmaqla, ziyafətdə çoxsaylı qonaqların iştirakını Azərbaycanın əhəmiyyətinin göstəricisi kimi qiymətləndirib.

Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər.

Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı səmimi təbriklərini çatdırıb. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkənin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirib. Azərbaycanı müttəfiq, dost və tərəfdaş adlandıran nazir Azərbaycanın həm region, həm də dünya üçün çox vacib olduğunu söyləyib.

ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill çıxışında prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubu oxuyub. Sonra o, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəyə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanının inanılmaz nailiyyətlər əldə etdiyini vurğulayıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink bu yaxınlarda Azərbaycana səfərdən olduqca məmnun qayıtdığını, Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müsəlman demokratik respublikası olduğunu xatırladaraq bu dövlətin nailiyyətlərini sadalayıb. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihənin Xəzər regionunu dünya iqtisadiyyatına inteqrasiya edəcəyinə diqqət çəkib.

Daha sonra ABŞ Milli Qvardiyasının sədr müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Pentaqonun Azərbaycanla əməkdaşlığının tarixçəsinə nəzər yetirib, ABŞ-ın Bakı ilə tərəfdaşlığa önəm verdiyini qeyd edib.

Konqresdə Azərbaycan işçi qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller öz çıxışlarında 100 illik yubiley münasibətilə Azərbaycanı təbrik edib, Bakının ABŞ üçün vacib tərəfdaş olduğunu bildirib, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıblar.

Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2018-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub. Sonra Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxuyub.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, “Silk Road Dance Company” və “Ritm Rəqs” qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib və milli mətbəxin nümunələrindən ibarət təamlar təqdim olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün iftar süfrəsi təşkil edilib.

Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyi təntənəli tədbiri ABŞ tərəfi olduqca yüksək səviyyədə təşkil olunub. Belə ki, ilk dəfə tədbirdə çoxsaylı natiqlər sırasında ABŞ kabineti səviyyəsində nazir, eləcə də “Ağ Ev”, Dövlət Departamenti və Müdafiə Departamentinin yüksək rütbəli rəsmiləri və Konqres üzvləri birlikdə çıxış edib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ