Cümə günü, 08 may 2026
     

Türkiyə və İrandan Bakının "Expo-2025" sərgisinin keçirilməsi üçün namizədliyinə dəstək…

Image


Türkiyə və İran Bakının "Expo-2025" Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyini alqışlayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində deyilir.

Qeyd olunur ki, xarici işlər nazirləri bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar bəyannamələrindəki öhdəliklərini vurğulayıblar, regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq etdilər, xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd etdilər.

Nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıb və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd ediblər, bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha vurğulayıblar.

Bəyannamədə bildirilir: "Nazirlər müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsini razılaşdılar; Qüdslə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə sammitinin bəyannaməsini və yekun kommünikesini alqışladılar".

Bundan başqa, XİN rəhbərləri iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsini razılaşdırıblar, beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrasturukturunun inkişafı və tranzit potensialının artrırılması naminə yeni layihələrin həyata keçirilmısi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər, sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” maşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışlayıb, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini bildiriblər.

Həmçinin nazirlər mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğulayıblar, neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə ediblər, üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağı razılaşdırıblar, regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıblar, qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd ediblər.

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri 2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər, beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşdırıblar və bu mənada Expo-2025-in Azərbaycanda keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar.

Onlar etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Aliansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd ediblər; terrorizm, separatism və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər; İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini vurğulayıblar; öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan ediblər, separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar.

XİN rəhbərləri milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıblar və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar. Onlar çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayıblar və etiraf ediblər ki, JCPOA-nın uğurla yerinə yetirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

Nazirlər BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırladıblar, İslam dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə islam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd etdilər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə ediblər. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd ediblər.

E.Məmmədyarov, M.Çavuşoğlu və M.C.Zərif bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğulayıblar, üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər, növbəti görüşün Türkiyədə keçirilməsinə dair razılığa gəliblər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

07.05.2026 / 21:30
Nyu-Yorkun müsəlman merinin anti-Azərbaycan çıxışının əsl səbəbi...

07.05.2026 / 20:48
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsri “paslanmış hay silahları”...

07.05.2026 / 20:35
Şərəfli ömür yolu...

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:20
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:54
Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turniri keçirildi

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

07.05.2026 / 13:21
Tramp İrana qarşı əməliyyatın ikisindən də imtina etdi - müharibə bitmiş sayıla bilər...(?)

07.05.2026 / 13:07
Xəzərdə 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

07.05.2026 / 12:52
Trampın növbəti şübhəli əməliyyatı - "Hörmüzsüz blokada" az uğurlu görünür...

07.05.2026 / 12:22
Rubionun “Əzəmətli qəzəb” bitdi” bəyanatı Trampa təzyiq idi?..

07.05.2026 / 12:04
“EFES - 2026” çoxmillətli təlimi davam edir... - FOTO

07.05.2026 / 11:50
Obama İrana qarşı “Netanyahu-Tramp qəsdini” ifşa etdi...

07.05.2026 / 11:10
Müxalifət İlham Əliyevə görə Paşinyanı sərt ittiham edir -“Niyə ona meydan verdin”...

07.05.2026 / 10:45
OPEC-in neft hasilatı son 36 ildə ən aşağı səviyyəyə düşdü – Küveytdən ixrac tam dayandı...

07.05.2026 / 10:31
Rusiya Azərbaycan ərazisi ilə Ermənistana taxıl və alüminium göndərdi...

07.05.2026 / 10:08
Rusiyadan xarici ölkələrə 9 May xəbərdarlığı - diplomatlarınızı dərhal Kiyevdən təxliyə edin..

07.05.2026 / 09:53
FIFA-dan “Neftçi”yə transfer qadağası...

07.05.2026 / 09:40
Sahibə Qafarova Monteneqroya səfər edib

07.05.2026 / 09:01
Zəngəzur dəhlizinin alternativi yaradılır...

07.05.2026 / 08:53
İsrail Beyrutu vurdu – “Hizbullah”ın yüksək rütbəli komandiri öldürüldü...

06.05.2026 / 23:41
Makronun naziri özünü həyasızlığa qoyaraq Azərbaycana böhtan atdı... XİN-dən də tutarlı cavab aldı...

06.05.2026 / 23:28
67 günlük müharibəni bitirmək üçün 14 maddəlik təklif – Tramp İrana bir həftə vaxt verdi, əks halda...

06.05.2026 / 23:23
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı...

06.05.2026 / 22:10
ABŞ Oman körfəzində İrana məxsus neft tankerini vurdu...

06.05.2026 / 21:45
Ağır cinayətdə ittiham edilən şəxsə cəmi 7 il cəza tələbi? – Baş Prokurorluq açıqlama yaydı...

06.05.2026 / 20:53
Paşinyandan Koşta və Leyenə üz-üzə mesaj - “Biz Əliyevlə ikilikdə daha yaxşı çalışırıq”...

06.05.2026 / 20:27
Zelenski Prezident İlham Əliyevə zəng etdi

06.05.2026 / 20:20
Əliyevlə Meloni qaz dəhlizi üzərində Avropanın səhv siyasətini sındıra bilər...

06.05.2026 / 19:51
Almaniya liderləri Aİ-nin İrəvan sammitlərini “boykot” etdilər...

06.05.2026 / 19:33
Əliyevin hərbi-texniki əməkdaşlıq tərəfləri kimi üç maraqlı seçimi...

06.05.2026 / 19:16
ABŞ-İran atəşkəsi qüvvədə - Hörmüz böhranı dərinləşir...

06.05.2026 / 19:05
Avropa İttifaqı Ermənistana üzvlük vədindən imtina etdi...

06.05.2026 / 18:41
Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

06.05.2026 / 18:05
Makron İrəvanda hər şeyi etiraf etdi - İlham Əliyevi illər əvvəl dedikləri təsdiqləndi...

06.05.2026 / 17:23
Masazırda naməlum şəxslər sakinləri təşvişə salır - ərazi nəzarətə götürüldü

06.05.2026 / 17:01
ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...

06.05.2026 / 16:47
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılması qadağan edildi

06.05.2026 / 16:45
Dilənçiliyə görə cərimə tətbiq olunacaq...

06.05.2026 / 16:43
İnzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq

06.05.2026 / 16:40
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

06.05.2026 / 16:35
Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

06.05.2026 / 16:07
Makron İrəvanda Bakı ilə bağlı söz verdi - özünü çətinə saldı...

06.05.2026 / 15:59
AB Ermənistanla 4 prioritet müəyyənləşdirdi -hərbi hazırlıq ön sırada...

06.05.2026 / 15:33
Fikodan anlaşılmaz mövqe - 9 Mayda Moskvaya gedəcək, lakin paradda olmayacaq...

06.05.2026 / 15:15
Qazaxıstandan Rusiyaya cavab zərbəsi?...Neft elektrikə qarşı...?

06.05.2026 / 15:05
Rusiyadan qaçaq qaz daşınmasına Türkiyəni də bulaşdırdılar...

06.05.2026 / 14:44
İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

06.05.2026 / 14:38
Kuklaçılar sığınacaq sakinlərinin qonağı olub

06.05.2026 / 14:33
Əliyevin İrəvan sammitində çıxışı erməni radikallarına "od qoyub"...

06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06.05.2026 / 14:27
Baş nazir Azərbaycan üçün “Avropaya imtiyazlı keçid qapısı” rolu təklif etdi...

06.05.2026 / 14:23
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06.05.2026 / 14:11
Naxçıvanda bu dövlət qurumu ləğv edildi...

06.05.2026 / 14:06
Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

06.05.2026 / 13:56
Türkiyə-Ermənistan sərhədlərinin açılma prosesləri sürətləndi...

06.05.2026 / 13:31
Hörmüzdə Fransaya məxsus ticarət gəmisi vuruldu

06.05.2026 / 13:15
Mərkəzi Bankdan "Yelo Bank"a sanksiya tətbiqinə reaksiya - Aİ-nin qərarında anlaşılmazlıq var

06.05.2026 / 13:06
Rusiya Azərbaycan üzərindən Ermənistana daha 10 vaqon yük göndərdi

06.05.2026 / 13:03
11 yaşlı rəssamın rənglər dünyası

06.05.2026 / 12:43
Ağstafa Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib

06.05.2026 / 12:34
Andrey Sibiqa:"Rusiya atəşkəs rejimini pozub"

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ