Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.
M.C.Zərif qeyd edib ki, nazirlərin bu cür formatda görüşü vacib əhəmiyyət kəsb edir:
"Azərbaycan, İran və Türkiyə birgə tarixi ənənələrə malikdir. Biz bu görüş zamanı nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə etdik".
APA-nın məlumatına görə, İranın xarici işlər naziri daha sonra deyib: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".