Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün Naxçıvana səfərə gələcək. Bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib. Məlumata görə, Baş nazir hazırda Banqladeşdə səfərdədir, oradan Azərbaycana səfəri gözlənilir.
Mənbə bildirib ki, B.Yıdırım səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.