çərşənbə günü, 19 avqust 2026
     

Prezident seçkiləri keçiriləcəyi halda, respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcək - Sorğu

Image


"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb.

Trend-in məlumatına görə, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bu gün həmin sorğunun nəticələrini açıqlamaq üçün keçirdiyi mətbuat konfransında bildirib ki, bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik tendensiyalarını müəyyən etməklə, proqnozların verilməsi və təkliflərin hazırlanmasına imkan yaradır.

Təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR-in ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə ("face to face") keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və bundan yuxarı yaşda olan əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Sorğunun keçirilməsi üçün xüsusi hazırlıq kursu keçmiş intervyuerlər qrupu yaradılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğu ilə əhatə edilmiş yaşayış məntəqələrinin 36,2%-ni şəhər, 4,9% - qəsəbələr, 58,9%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb.

Sorğunun əhatə etdiyi respondentlərin 49,2%-ni kişilər, 50,8%-ni isə qadınlar təşkil edib. Ailə vəziyyətlərinə görə onların 75,9%-i evli, 17,7%-i subay, 4,7%-i dul, 1,7%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 53,7%-i orta təhsilli olub. Orta ixtisas təhsillilər 18,3%, ali təhsillilər 17,0%, aspirant və elmi dərəcəsi olanlar isə 0,1% təşkil edib.

İ.Yaqubova deyib ki, respondentlərin 7,9%-ni orta təhsili olmayanlar təşkil edib. Məşğulluqlarına görə respondentlərin 17,1%-i dövlət sektorunda, 22,4%-i özəl sektorda, 14,8%-i özünə işləyən, 2,2%-i tələbə, 11,0%-i işləməyən təqaüdçü, 8,9%-i işsiz, lakin iş axtaran, 23,6%-i isə evdar qadın olub.

Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini dəyərləndirən respondentlərin 92,8%-i vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanların 3,9%-i vəziyyəti qeyri-sabit, 3,3%-i isə cavabdan imtina ediblər. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə inkişaf etdiyini - düzgün, yaxud yanlış - dəyərləndirən respondentlərin 83,7%-i inkişaf istiqamətini düzgün, 4,8%-i yanlış kimi qiymətləndiriblər. Rəyi soruşulanların 11,5%-i cavab verməkdə çətinlik çəkib.

Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezindentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4%-i bu siyasəti dəstəklədiklərini, 4,5%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 4,1%-i cavab verməkdə çətinlik çəkiblər.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (84,7%-i) bu siyasəti dəstəklədiklərini, 5,5%-i isə dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 9,8%-i cavab verməkdə çətinlik çəkib.

Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbələri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd ediblər (67,4%). Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi (62,9%), Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı (59,3%), "ASAN Xidmət" mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti (57,6%), yeni infrastrukturun yaradılması (51,6%), yeni məktəblərin tikilməsi və açılışı/yeni uşaq bağçalarının açılışı (43,9%), beynəlxalq müsabiqələr/yarışlar/tədbirlərin keçirilməsi (35,4%), yeni iş yerlərinin açılması (34,8%), bölgələrə gedən yolların bərpası (34,6%), rayonların qazlaşdırılması (31,2%), neft müqaviləsinin bağlanması (27,3%), məcburi köçkünlərə/şəhid ailələrinə evlərin verilməsi (21,0%), abadlaşdırma işlərinin aparılması (20,3%), “Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınması/idmançılara diqqətin gücləndirilməsi (16,7%), rüşvətxor məmurların işdən çıxarılması (15,9%), pambıqçılığın/baramaçılığı/tütünçülüyün inkişafı (15,4%) və digərləri də rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib.

İ.Yaqubova əlavə edib ki, turizmin inkişafı və xarici turistlərin ölkəyə axınını, müxtəlif festivalları qeyd edən respondentlər bu tədbirləri məhz Azərbaycanın iqtisadiyyatının, o cümlədən daxili turizmin inkişafı, beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndiriblər. Qeyd olunan amillər sırasında kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, baramaçılığın və tütünçülüyün inkişafı qeyd olunub:

"Sorğu zamanı respondentlərə Azərbaycanda mütəmadi olaraq keçirilən seçkilərdə iştiraklarına dair sual verilib. Rəyi soruşulanların 67,2%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd ediblər. Respondentlərin 16,9%-i bəzən iştirak etdiklərini, 12,0%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 3,9% təşkil edib. Səs verənlərin cavablarını cins nöqteyi-nəzərdən təhlil etdikdə, qadınların seçkilərdə iştirakının bir qədər zəif olduğu müşahidə olunur. Bu hal demək olar ki, ənənəvidir".

Sorğu zamanı respondentlərə gələn həftə ölkə Prezidenti seçkiləri keçiriləcəyi halda, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklərinə dair sual verilib.

İ.Yaqubova qeyd edib ki, rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini, 5,1%-i dəstək verməyəcəyini bildirib, 9,7% respondent isə cavab verməkdə çətinlik çəkib: "Seçki ərəfəsində seçkilər və namizədlər barədə məlumatı əsasən hansı mənbələrdən aldıqlarını qeyd edən respondentlər ilk növbədə dövlət televiziyası/radiosunu qeyd ediblər (78,6%). Növbəti təsiredici mənbə kimi özəl televiziya/radio göstərilib (49,4%). Yeni elektron KİV növü olan internet də kənarda qalmayıb. Belə ki, rəyi soruşulanlar internet saytlarını (31,3%) və sosial şəbəkələri (29,7%) seçkilərə dair informasiya mənbəyi qismində qeyd ediblər. Keçən sorğularda olduğu kimi, tanış və qohumların da rəyləri (21,7%) nəzərə alınır. Beləliklə, bu gün Azərbaycan seçicisi ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və Prezidentin fəaliyyətinə böyük ümid bəsləyir".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ