Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. E.Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşüb.
Daha sonra İran və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Trend-in məlumatına görə, təkbətək görüşlərdən sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü keçirilib. Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.
Qeyd edək ki, bu, nazirlərin 5-ci üçtərəfli görüşüdür.