“Xəzər beşliyi” ölkələri arasında dənizin statusu, xüsusilə onun akvatoriyasının milli suverenliyə uyğun bölünməsi, balıq ovu zonası və sərbəst su ərazisilə bağlı razılıq əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İnterfaks”a Rusiya XİN-in xüsusi təyinatlı səfiri İqor Bratçikov bildirib. Onun sözlərinə görə, Moskvada 4-5 dekabr tarixlərində Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündə tərəflər dənizin statusu ilə bağlı Konvensiyanın hüquqi statusunun əsas bəndləri razılaşdırılıb. O deyib ki, xüsusilə xəzərin ölkələrin milli suverenliyi üzrə sərhədləri, balıq ovu üçün ərazilərin təyini və sərbəst su səthi, həmçinin gələcəkdə daxili sularda gəmiçilik və sualtı kəmərlərin çəkilişilə bağlı məsələlər həllini tapıb.
Bratçıkov deyib ki, Konvensiyanın imzalanması 2018-ci ilin birinci yarısında Qazaxıstanda keçiriləcək V Xəzər sammitində baş tutacaq.
Qeyd edək ki, Xəzərin statusu ilə bağlı Konvensiya üzrə danışıqlar 20 ildir aparılsa da, bu günə qədər razılıq əldə olunmayıb.