Cümə günü, 08 may 2026
     

Prezident Əliyev Sumqayıtda qeyri-neft sektorunun inkişafına töhfə verəcək 7 müəssisənin açılışını etdi

Image


Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfər edib. Dövlət başçısı öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub. Ardınca dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub.

Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçısı müəssisəni işə salıb.

Prezident İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin də açılışında iştirak edib.

Daha sonra müəssisənin kollektivi ilə görüşən Prezident İlham Əliyev görüşdə etdiyi çıxışında deyib:

- Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub. Bu çox gözəl, əlamətdar hadisədir. Bu bir daha onu göstərir ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır. Bu gün dörd müəssisənin açılışı qeyd olunur, üç müəssisənin isə təməli qoyulub.

Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür. Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.

Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq.

Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik.

Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.

Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.

Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir.

Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.

Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var.

Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.

O ki qaldı sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq.

Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri, demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir.

Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sağ olun.

Görüşdə “Azərikimya” İstehsalat Birliyinin əməkdaşı Şəhla Abdullayeva, “Gilan Sənaye Qrupu”nun baş direktorunun müavini Zaur Qasımov da çıxış edərək verilən dəstəyə görə ölkə başçısına təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Sumqayıtda Bayraq Muzeyinin, YAP Sumqayıt təşkilatının yeni binasının açılışı…

Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin də açılışında iştirak edib.

Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Ardınca  ölkə başçısı Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışını edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək.

“Kimyaçı” Mədəniyyət Sarayı əsaslı təmirdən sonra…

Prezident İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Burada yenidənqurma işləri 2017-ci ilin sentyabr ayında başa çatdırılıb. Sarayın yenidən qurulması istiqamətində işlər yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Hımçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış olub.

Sumqayıtın Lüdviqshafen parkı əsaslı təmirdən sonra…

Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb. Lüdviqshafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb.

Sumqayıt boruyayma zavodu yenidənqurmadan sonra…

Prezident “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

“Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Dövlət başçısı zavodu işə salıb. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər xidməti



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

08.05.2026 / 08:58
İrana gecə hücumu - ABŞ Bəndər Abbası və Qeşm adasını vurdu...

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

07.05.2026 / 22:18
Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

07.05.2026 / 21:30
Nyu-Yorkun müsəlman merinin anti-Azərbaycan çıxışının əsl səbəbi...

07.05.2026 / 20:48
Türk-Müsəlman dünyasına/Osmanlı Türkiyəsinə qarşı XX əsri “paslanmış hay silahları”...

07.05.2026 / 20:35
Şərəfli ömür yolu...

07.05.2026 / 20:02
“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

07.05.2026 / 19:38
Makron İlham Əliyevin Ermənistan barədə daha əvvəllər dediklərini təsdiqlədi... “Forpost”...

07.05.2026 / 19:20
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verildi

07.05.2026 / 19:14
Tramp Ukraynaya uzaqmənzilli raket satışına başlayır - sensasiya, nə baş verir...

07.05.2026 / 18:42
“ABŞ-İran prosesini Çin idarə edir” - iddianın əsasları var?...

07.05.2026 / 18:28
Yaxın müttəfiqi Trampın planlarını alt-üst etdi – İrana qarşı "Azadlıq" əməliyyatının dayandırılmasının pərdəarxası açıldı...

07.05.2026 / 18:07
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirildi - FOTO

07.05.2026 / 17:34
Üç ölkə hərəkətə keçdi: Zəngəzur dəhlizinin alternativi yaradılır – AÇIQLAMA

07.05.2026 / 17:29
8 avqust Vaşinqton sənədi də Avroparlamentin anti-Azərbaycan siyasətini dəyişdirmədi - niyə?

07.05.2026 / 17:18
Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

07.05.2026 / 17:09
"Yada düşdü" jurnalının növbəti sayı işıq üzü görüb

07.05.2026 / 17:01
Moskvanı Avropaya dəyişdiyinə görə Ermənistanı gözləyən dəhşətlər...

07.05.2026 / 16:54
Şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş güllə atıcılığı turniri keçirildi

07.05.2026 / 16:48
Paşinyan-Makron sazişinin hədəfi - hərbi potensialı 15 faizdən yuxarı çıxarmaq...

07.05.2026 / 16:11
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM

07.05.2026 / 16:09
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

07.05.2026 / 16:08
Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib

07.05.2026 / 16:07
"Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirildi

07.05.2026 / 16:05
Erməni müxalifəti Paşinyanın 2028-ci ildə Bakıya gəlmək bəyanatından çox qəzəbləndi -səbəb...

07.05.2026 / 14:10
Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

07.05.2026 / 13:33
AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsinə qoşula bilər

07.05.2026 / 13:21
Tramp İrana qarşı əməliyyatın ikisindən də imtina etdi - müharibə bitmiş sayıla bilər...(?)

07.05.2026 / 13:07
Xəzərdə 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

07.05.2026 / 12:52
Trampın növbəti şübhəli əməliyyatı - "Hörmüzsüz blokada" az uğurlu görünür...

07.05.2026 / 12:22
Rubionun “Əzəmətli qəzəb” bitdi” bəyanatı Trampa təzyiq idi?..

07.05.2026 / 12:04
“EFES - 2026” çoxmillətli təlimi davam edir... - FOTO

07.05.2026 / 11:50
Obama İrana qarşı “Netanyahu-Tramp qəsdini” ifşa etdi...

07.05.2026 / 11:10
Müxalifət İlham Əliyevə görə Paşinyanı sərt ittiham edir -“Niyə ona meydan verdin”...

07.05.2026 / 10:45
OPEC-in neft hasilatı son 36 ildə ən aşağı səviyyəyə düşdü – Küveytdən ixrac tam dayandı...

07.05.2026 / 10:31
Rusiya Azərbaycan ərazisi ilə Ermənistana taxıl və alüminium göndərdi...

07.05.2026 / 10:08
Rusiyadan xarici ölkələrə 9 May xəbərdarlığı - diplomatlarınızı dərhal Kiyevdən təxliyə edin..

07.05.2026 / 09:53
FIFA-dan “Neftçi”yə transfer qadağası...

07.05.2026 / 09:40
Sahibə Qafarova Monteneqroya səfər edib

07.05.2026 / 09:01
Zəngəzur dəhlizinin alternativi yaradılır...

07.05.2026 / 08:53
İsrail Beyrutu vurdu – “Hizbullah”ın yüksək rütbəli komandiri öldürüldü...

06.05.2026 / 23:41
Makronun naziri özünü həyasızlığa qoyaraq Azərbaycana böhtan atdı... XİN-dən də tutarlı cavab aldı...

06.05.2026 / 23:28
67 günlük müharibəni bitirmək üçün 14 maddəlik təklif – Tramp İrana bir həftə vaxt verdi, əks halda...

06.05.2026 / 23:23
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı...

06.05.2026 / 22:10
ABŞ Oman körfəzində İrana məxsus neft tankerini vurdu...

06.05.2026 / 21:45
Ağır cinayətdə ittiham edilən şəxsə cəmi 7 il cəza tələbi? – Baş Prokurorluq açıqlama yaydı...

06.05.2026 / 20:53
Paşinyandan Koşta və Leyenə üz-üzə mesaj - “Biz Əliyevlə ikilikdə daha yaxşı çalışırıq”...

06.05.2026 / 20:27
Zelenski Prezident İlham Əliyevə zəng etdi

06.05.2026 / 20:20
Əliyevlə Meloni qaz dəhlizi üzərində Avropanın səhv siyasətini sındıra bilər...

06.05.2026 / 19:51
Almaniya liderləri Aİ-nin İrəvan sammitlərini “boykot” etdilər...

06.05.2026 / 19:33
Əliyevin hərbi-texniki əməkdaşlıq tərəfləri kimi üç maraqlı seçimi...

06.05.2026 / 19:16
ABŞ-İran atəşkəsi qüvvədə - Hörmüz böhranı dərinləşir...

06.05.2026 / 19:05
Avropa İttifaqı Ermənistana üzvlük vədindən imtina etdi...

06.05.2026 / 18:41
Heyf ki, Türkiyə Ermənistanın bu oyununa getdi... Ani körpüsünün Ermənistana nə dəxli var?!...

06.05.2026 / 18:05
Makron İrəvanda hər şeyi etiraf etdi - İlham Əliyevi illər əvvəl dedikləri təsdiqləndi...

06.05.2026 / 17:23
Masazırda naməlum şəxslər sakinləri təşvişə salır - ərazi nəzarətə götürüldü

06.05.2026 / 17:01
ABŞ və İran arasında 14 maddəlik gizli razılaşma... Vaşinqton Tehrandan cavab gözləyir - son 48 saat...

06.05.2026 / 16:47
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılması qadağan edildi

06.05.2026 / 16:45
Dilənçiliyə görə cərimə tətbiq olunacaq...

06.05.2026 / 16:43
İnzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq

06.05.2026 / 16:40
Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

06.05.2026 / 16:35
Xomeyninin hakimiyyətə gətirilməsində Türkiyə də iştirak edib... 50 illik sirlər...

06.05.2026 / 16:07
Makron İrəvanda Bakı ilə bağlı söz verdi - özünü çətinə saldı...

06.05.2026 / 15:59
AB Ermənistanla 4 prioritet müəyyənləşdirdi -hərbi hazırlıq ön sırada...

06.05.2026 / 15:33
Fikodan anlaşılmaz mövqe - 9 Mayda Moskvaya gedəcək, lakin paradda olmayacaq...

06.05.2026 / 15:15
Qazaxıstandan Rusiyaya cavab zərbəsi?...Neft elektrikə qarşı...?

06.05.2026 / 15:05
Rusiyadan qaçaq qaz daşınmasına Türkiyəni də bulaşdırdılar...

06.05.2026 / 14:44
İranın pulkəsən maşınları gecə-gündüz işləyəcək - Mərkəzi Bank sədri Pezeşkiana məktub yazdı...

06.05.2026 / 14:38
Kuklaçılar sığınacaq sakinlərinin qonağı olub

06.05.2026 / 14:33
Əliyevin İrəvan sammitində çıxışı erməni radikallarına "od qoyub"...

06.05.2026 / 14:30
Türk Dünyasında İnteqrasiya və Texnoloji dönüş: Bakıda strategiya və qardaşlıq vurğusu

06.05.2026 / 14:27
Baş nazir Azərbaycan üçün “Avropaya imtiyazlı keçid qapısı” rolu təklif etdi...

06.05.2026 / 14:23
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

06.05.2026 / 14:11
Naxçıvanda bu dövlət qurumu ləğv edildi...

06.05.2026 / 14:06
Avrottifaqla Azərbaycan ikitərəfli saziş üzrə danışıqlara yenidən başladılar...

06.05.2026 / 13:56
Türkiyə-Ermənistan sərhədlərinin açılma prosesləri sürətləndi...

06.05.2026 / 13:31
Hörmüzdə Fransaya məxsus ticarət gəmisi vuruldu

06.05.2026 / 13:15
Mərkəzi Bankdan "Yelo Bank"a sanksiya tətbiqinə reaksiya - Aİ-nin qərarında anlaşılmazlıq var

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ