ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıya səfər edən NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü, 1-ci dərəcli kapitan Haydemari Marta Stefanişin-Payper Silahlı Qüvvələrin Hərbi Akademiyasının qonağı olub.
Baki-xeber.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə H.Payper Hərbi Akademiyasının professor-müəllim heyətinə və dinləyicilərə fəaliyyəti və kosmosa uçuşları barədə məlumat verib.
Azərbaycana ilk dəfə gəldiyini deyən NASA nümayəndəsi ölkəmiz haqqında təəssüratları ilə bölüşüb.