Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.
Baki-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir. Xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər içəridə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə Xüsusi Risqli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişib.
Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.