Biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehran görüşündə RF dövlət başçısı Vladimir Putin deyib. Qeyd edib ki, bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər. Putinin sözlərinə görə, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var.
Putinin bu fikri Rusiya dövlətinin Azərbaycanın iqtisadi imkanlarından maksimum yararlanmaq niyyətini göstərməklə, həm də onun bu imkanlar arasında daha bir nüans aşkarlamaq baxımından unikal kəşfi sayıla bilər.