YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına 44 ölkənin 64 şəhəri daxil edilib.
Bu barədə Trend-ə YUNESKO-nun mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, bu şəhərlər arasında Azərbaycanın Şəki şəhəri də yer alıb. Şəki şəhəri şəbəkənin "sənət və sənətkarlıq" tematikası üzrə siyahıya salınıb.